İran etirazları: ABŞ "çirkin müdaxilədə" ittiham olunur

Iranian pro-government supporters march during the funeral of a young member of the Revolutionary Guards, Sajjad Shahsanai, in the city of Najafabad, west of Isfahan, on Wednesday Fotonun müəllifi AFP

İran BMT-yə ünvanladığı məktubunda ABŞ-ı onun daxili işlərinə "çirkincəsinə" müdaxilədə ittiham edib.

O bildirib ki, ABŞ rəhbərliyi "çoxsaylı absurd tvitlərlə iranlıları, beynəlxalq hüquq normalarını pozan dağıdıcı əməllərlə məşğul olmağa təhrik edib".

İranın bir neçə şəhərində təxminən 6 gün davam edən iqtisadi problemlərə etiraz nümayişlərində 21 nəfər həlak olub.

Böyük etiraz aksiyaları barədə məlumat verməyən hökümət mediası dövləti dəstəkləyən mitinqlər barədə geniş reportajlar yayımlayıb.

Qiymət artımı və korrupsiya əleyhinə keçirilən etirazlar, sonradan elitaya və xüsusilə də Ali Dini Lider Ayətullah Əli Xameneyinin əleyhinə nümayişlərə çevrilib.

Bu, İranda 2009-cu ildə mübahisəli prezident seçkilərinə qarşı keçirilmiş etirazlardan sonra ən böyüyüdür.


Həmçinin oxuyun:


İran niyə ABŞ-dan narazıdır?

Etirazlar başladıqdan bəri, ABŞ prezidenti Donald Trump hadisələri tərifləyib, çərşənbə günü isə ABŞ-ın etirazçılara "yaxşı kömək" təklif edə biləcəyini deyib.

Bu sözlər mühafizəkar İranın, etirazlara görə İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-ı təqsirləndirdiyi cümlələrlə üst-üstə düşür.

İranın BMT-dəki səfiri Ğolaməli Xoşru deyib ki, ABŞ İran xalqının həmrəyliyinə dəstək verməkdənsə, sadə iranlıları ABŞ-a buraxmamaqla və cənab Trump-ın İranın nüvə proqramı ətrafında proqramı təsdiq etməməklə onları təhqir edib.

Fotonun müəllifi AFP
Image caption Artıq hökumətin tərəfdarları İranın müxtəlif şəhərlərində dəstək yürüşləri keçirirlər

Hazırda nə baş verir?

Etirazlar zəifləməyə doğru getsə də, çərşənbə günü İranın bir neçə şəhərində kiçik miqyaslı nümayişlər keçirildiyi deyilir.

İnqilab Keşikçiləri bildirib ki, "düşmənlər" məğlub edilib və keşikçilər yalnız üç vilayətdə etirazçılara "məhdud yollarla" müdaxilə ediblər.

Etirazlar başlayandan bəri qapadılan Telegram və Instagram kimi sosial söhbət proqramları hələ də blokdadır.

Bu barədə daha geniş