Erdoğan ABŞ-a: “Bizə “Mənbicdən çıxacağıq” dedilər. Yaxşı niyə durursunuz?"

Erdogan Fotonun müəllifi Getty Images

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Adalet ve Kalkınma Partiyasının (AKP) qrup iclasında etdiyi çıxışında deyib ki, Afrin əməliyyatından sonra Türkiyə "Mənbic torpaqlarını əsl sahiblərinə təslim etmək üçün gələcək".

Cənab Erdoğan, həmçinin ABŞ-ı Mənbicdən çıxmağa çağırıb: "Bizə "Mənbicdən çıxacağıq" dedilər. Yaxşı niyə durursunuz? Gedin çıxın. Kimləri gətirdiniz oraya? PYD-ni, YPG-ni, PKK-nı. Biz Mənbic torpaqlarını əsl sahiblərinə təslim etmək üçün gələcəyik. Bizim fərqimiz budur."

Afrin əməliyyatınn İdliblə davam edəcəyini qeyd edən cənab Erdoğan ABŞ-ı tənqidə tutub:

"Necə yanı nə vaxt bitirəcəksiniz? Bizə nə vaxt sualını verənlərə deyirəm ki, siz Əfqanıstandakı əməliyyatlarınızı nə vaxt bitirəcəksiniz? Siz İraqda əməliyyatlarınızı nə vaxt bitirdiniz? 18 il keçib. Hələ oradasınız."


Həmçinin oxuyun:


Afrin əməliyyatında həyatlarının itirənlərin "ağrısını" çəkdiyini deyən prezident əlavə edib:

"Türkiyəni topladıqları qarətçilərlə eyni olduğunu düşünənlər, kimin quldur sürüsü, kimin də həqiqi dövlət olduğunu yavaş-yavaş görməyə başlayırlar. Bir səbirli bir millət və dövlətik. Sülh üçün hüzur üçün özümüzlə birlikdə bütün dostlarımızın da təhlükəsizliyi üçün əlimizdən gələni etməkdən çəkilmirik."

Fotonun müəllifi Getty Images
Image caption CHP sədri Kemal Kılıcdaroğlu Erdoğanı tənqid atəşinə tutub

Əsədlə əməkdaşlığa çağırış və Erdoğana qarşı iddialar

Müxalifətçi Cumhuriyyet Halk Partiyasının (CHP) sədri Kemal Kılıcdaroğlu isə partiyasının məclis qrup iclasında Türkiyənin xarici siyasətini tənqid edib, Türkiyənin xarici siyasətində "yalnızlaşdığını" deyib.

Türkiyənin sözünün beynəlxalq aləmdə ciddiyə alınmadığını iddia edən partiya sədri, xarici siyasətdəki mənfiliklərin daxili siyasətə də təsiri olduğunu deyib.

"Suriyada sülhün təməlini qoymaq istəyiriksə, Türkiyə Əsədlə təmasa keçməlidir. Suriyada nə qədər terror təşkilatı varsa, Əsədlə birlikdə təmizləyək. Bu həm Suriyanın, həm də Türkiyənin xeyrinə xidmət edər", o əlavə edib.

Cənab Kılıcdaroğlu, həmçinin bir neçə il əvvəl Suriyanın Kürd Demokratik Birlik Partiyasının (PYD) lideri Salih Müsliminin Türkiyəyə dəvət edilməsi barədə danışaraq Erdoğanı tənqid edib:

"Mən sənə sual verirəm Recep bəy, sən məhkəmə qərarına baxmayaraq, terror təşkilatı sayılmasına baxmayaraq, hansı vətənsevər hisslərlə Salih Müslimi Ankaraya dəvət etdin, ayağının altında xalçalar sərdin? Hünərin çatırsa açıqla. Sən onun terror təşkilatının üzv olduğunu bilmirdinmi? Onu həbs etmək gərəkmirdi?"

Bununla yanaşı, o, Recep Tayyip Erdoğanı FETÖ (Türkiyənin Fethullah Gülen tərəfdarlarının təşkilatına verdiyi ad), özünü İslam Dövləti adlandıran qruplaşma, Əl Qaidənin qolu olan Əl Nüsrə qruplaşması və PKK-ya dəstək verməkdə təqsirləndirib.

Fotonun müəllifi Getty Images
Image caption MHP sədri Devlet Bahçeli isə partiya iclasında deyib ki, "Lazım olarsa öndə bozqurd kimi Afrinə gedərəm; bu millət üçün daşıdığım canı sevə-sevə qurban verməyə hazıram"

Müxalifətçi partiyalar arasında narazılıq

Milliyetçi Halk Partiyasının (MHP) sədri Devlet Bahçeli isə partiya çıxışında "Lazım olarsa öndə bozqurd kimi Afrinə gedərəm; bu millət üçün daşıdığım canı sevə-sevə qurban verməyə hazıram" deyib.

O, həmçinin Afrin əməliyyatını tənqid edən Türk Təbiblər Birliyinin (TBB) üzvlərini də qınayaraq, onları "Türk düşməni" və "həkimlərin utancı" adlandırıb.

Son olaraq, o, CHP-ni Suriyadaki kürd Demokratik Birlik Partiyasının tərəfini tutmaqda təqsirləndirib.

Bu barədə daha geniş