Gürcüstan məhkəməsi azərbaycanlı həkim Fərman Ceyranlı barədə 6 il həbs qərarı çıxarıb

siyasi sifariş, Fərman Ceyranlı Fotonun müəllifi I. Hasanov
Image caption Fərman Ceyranlıya Tbilisi məhkəməsi 6 il həbs cəzası verib

Tbilisi şəhər məhkəməsi azərbaycanlı həkim Fərman Ceyranlıya altı il müddətində həbs hökmü çıxarıb.

Bu barədə BBC Azərbaycancaya Fərman Ceyranlının qardaşı Mübariz Hüseynov məlumat verib.

Onun sözlərinə görə, dövlət ittihamçısı üç müxtəlif cinayət maddəsi üzrə Fərman Ceyranlıya doqquz il iştəyib, amma məhkəmə onu iki maddə üzrə təqsirli bilib.

Mübariz Hüseynov bildirib ki, "məhkəmə iki maddə üzrə, dələduzluq və həkimin səlahiyyəti barədə düzgün məlumat verməmək maddələri üzrə Fərman Ceyranlıya altı il cəza verdi".



Cənab Hüseynov əlavə edib ki, Fərman Ceyranlı ittihamları rədd edir, qərarın "siyasi sifariş" olduğunu və hadisədə "heç bir günahı olmadığını" deyir.

Cənab Ceyranlının qardaşı deyir ki, qərardan apellyasiya şikayəti verəcəklər və lazım gəlsə Avropa Məhkəməsinə də getməyi planlaşdırırlar.

İxtisasca cərrah olan Fərman Ceyranlı Gürcüstanda ən böyük klinika olan Lansetin rəhbəridir.

O, 2017-ci ilin may ayında bu xəstəxanada qaraciyər əməliyyatı olunan bir pasiyentin ölməsindən sonra həbs olunub.

Həbs edilən zaman o, dələduzluqda və klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə ittiham olunub.

Bu barədə daha geniş