Yerevanda 1 mart 2008-ci il qurbanlarının xatirəsinə anım mitinqi

Nümayiş

Yerevan Azadlıq meydanında sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresin təşəbbüsü ilə keçirilən mitinq iştirakçıları 2008-ci il "qanlı 1 mart" cinayətini törədənlərin cəzalandırmasını tələb ediblər.

Düz 10 il bundan əvvəl martın 1-i və 2-də prezident seçkilərinin saxtalaşdırılmasını iddia edən və Serj Sarkisyanın qələbəsini tanımayan müxalifətin Azadlıq meydanında fasiləsiz etiraz aksiyası polis qüvvələri tərəfindən qağıdılmışdır.

Etirazçılara qarşı əməliyyata həmçinin nizami ordu cəlb olunmuşdu. Toqquşmalar nəticəsində yüzlərlə insan, o cümlədən, odlu silahdan yaralanmış, 10 nəfər isə həlak olmuşdu.


Mitinq iştirakçıları 10 il ərzində ölüm halları ilə bağlı heç kəsin məsuliyyətə cəlb olunmadığını vurğulayır, mövcud hakimiyyətin 1 mart hadisələrinin araşdırılmasında maraqlı olmadığını bildirirlər.

Natiqlər 1 mart cinayət işi üzrə 2008-ci ildə prezidentlik müddəti başa çatmış Robert Koçaryan və "saxtakarlıqla seçilmiş prezident Serj Sarkisyandan" ifadə almağı tələb etdilər.

"Kim dinc nümayişçilərə qarşı silahdan istifadə etmək və bəzilərinin ölümünə səbəb olmuş gözyaşardıcı qazdan istifadə etmək əmrini verib? Kim bu əmrləri yerinə yetirib?", - çıxış edənlərin əksəriyyəti bu sualları verirdi.

Anım mərasimi 2008-ci il 1 və 2 mart qarşıdurması baş verən əraziyə - yürüşlə başa çatdı.

Nümayiş iştirakçıları martın 1-i cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsinə çağıran şüar və həlak olanların şəkilləri ilə hadisə yerinə yürüş keçirdilər.

Azadlıq meydanından qovulan etiraz iştirakçıları o zaman mərkəzdəki Myasnikyanın heykəli yaxınlığındakı əraziyə toplaşmışdı.

Martın 1-dən 2-nə keçən gecə hüquq mühafizə və ordu qüvvələrinin nümayişçilərə qarşı əməliyyatı da burada tətbiq edilib.

Nümayişçiləri müşayiət edən polis yürüşə müdaxilə etməyib.

Bu barədə daha geniş