İranda Türkiyə təyyarəsi qəzaya uğrayıb: Bütün sərnişinlər həlak olub

Irna haber ajansı Fotonun müəllifi IRNA

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula dönən Başaran Holdinqə aid özəl təyyarə İranın Çaharmahal ve Baxtiyari vilayətindəki dağlıq bölgədə qəzaya uğrayıb.

ISNA və FARS agentliklərinin İranın yerli rəsmilərə istinadən verdiyi xəbərə görə, təyyarədə olan 11 adamın heç biri sağ qalmayıb.

Türkiyənin "Hürriyet" qəzeti yazıb ki, təyyarədə Başaran holdinqin İdarə Heyətinin üzvü olan, şirkət sahibinin qızı Mina Başaran və onun 7 rəfiqəsi olub. Qəzet yazır ki, onlar Dubaydan "Subaylığa əlvida" şənliyidən geri dönürmüşlər.

Mina Başaran Instagram hesabında Dubaydan #minasbachelorette (Minanın subaylığa əlvidası) haştaqı ilə təyyarənin içindən foto paylaşıbmış.

Təyyarənin qəzaya uğrama səbəbləri hələ bəlli deyil, ancaq yerli rəsmilər bildiriblər ki, təyyarənin mühərriklərindən birindən alov çıxırmış.

Bu, son həftələrdə İran ərazisində ikinci təyyarə qəzasıdır.

Fevralın axırında Aseman Airlines-ə məxsus sərnişin təyyarəsi qəzaya uğramış, göyərtədəki 66 adam həlak olmuşdu.

Bu barədə daha geniş