BBC müxbirinə seksual qısnamalar etməkdə ittiham olunan Slutski qadınları "narahat etdiyinə" görə üzr istəyib

Leonid Slutsky speaks during a press conference in Moscow, Russia in December 2016 Fotonun müəllifi Alamy
Image caption Leonid Slutski Liberal Demokratik partiyasının üzvüdür

Rusiyalı deputat Leonid Slutski Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı Facebook şərhində "qəsdən və ya bilmədən" narahat etdiyi qadınlardan üzr istəyib.

Bundan əvvəl üç rusiyalı qadın jurnalist onu seksual qısnamada təqsirləndirib.

Cənab Slutski iddiaları təkzib edir və diffamasiyaya görə onlar barədə məhkəməyə müraciət edəcəyini xəbərdar edib. Şərhində, o, heç kəsin adını çəkməyib.


Həmçinin oxuyun:


Rusiyada seksual qısnama barədə ayrıca bir qanun yoxdur.

Nüfüzlu şəxslərin büründüyü qalmaqallar nəticəsində ABŞ və qərbi Avropada yaranan ictimai qalmaqal Rusiyada hiss olunmayıb.

Leonid Slutski nə deyib?

O, Facebook-da Beynəlxalq Qadınlar Günü münasibətilə rusca şərh yazıb.

"Bu fürsətdən istifadə edərək nə vaxtsa qəsdən və ya bilmədən necə olur, cənab Slutski yazıb.

"İnanın, mənim heç bir bədniyyətim olmayıb."

50 yaşlı Leonid Slutski Dövlət Dumasının nüfuzlu beynəlxalq əlaqələr üzrə komitəsinin sədridir və Liberal Demokratik partiyasının mühüm üzvlərindən biridir.

Slutskiyə qarşı iddialar nədən ibarətdir?

Üç rusiyalı jurnalist qadın deputat Leonid Slutskini nalayiq hərəkətdə ittiham edir.

Image caption Jurnalist Fəridə Rüstəmova deputat Slutskinin seksual qısnaması barədə Dojd telekanalında yayımlanmış xəbərin anonim mənbələrindən biri olub. İndi isə o, açıq çıxış etmək qərarına gəlib

BBC Rusca Xidmətinin müxbiri Fəridə Rüstəmova onlardan biridir.

Onda 2017-ci ilin martın 24-də baş vermiş hadisənin audioyazısı var. BBC bu audioyazını dərc etməmək qərarını verib.

Hadisə günü Fəridə Rüstəmova deputatın kabinetinə gedərək ondan Fransa prezidentliyinə namizəd Marine Le Pen-in Rusiyaya səfəri barədə məlumat almağa cəhd edib.

Lakin müsahibə vaxtı Slutski gözlənilmədən mövzunu dəyişib və təklif edib: "Dovşancıq, bəlkə bu [...] BBC-ni buraxasan? Mən səni bir yerə götürərəm". Rüstəmova təklifdən imtina edib və soruşub ki, bəlkə, fransız siyasətçinin səfəri barədə şərh ala bilməməsi məhz BBC-də işləməsi ilə bağlıdır?

"Yox, çünki sən məndən qaçırsan, öpüşmək istəmirsən, mən də səndən incimişəm" - deputat deyib.

Rüstəmova bundan sonra da Le Pen haqqında bir neçə sual versə də, ağıllı-başlı cavab ala bilməyib. Daha sonra deputat ayağa qalxaraq ona yaxınlaşıb: "Yaxşı, dovşan, kefin olanda görün, səninçün darıxmışam". Jurnalist xatırlayır ki, siyasətçi qəfildən ona yaxınlaşıb və "əlinin içi ilə onun qasığına toxunub". Müxbir qadın bu anda geri sıçrayıb.

Rüstəmova xatırlayır ki, bu hərəkətin gözlənilməzliyindən şoka düşüb və süst qalıb: "Mən nə baş verdiyini anlamırdım. Bu, çox kəskin hərəkət idi. Dilim topuq çalırdı, iflic olmuşdum. Mən mızıldandım ki, "daha sizin yanınıza gəlməyəcəyəm, siz əl-qol atırsınız..."

Audioyazıdan belə görünür ki, Slutski hərəkətinin belə qiymətləndirilməsi ilə razılaşmayıb:

"Mən əl-qol atmıram...Belə də...bir az...Əl-qol atmaq yaxşı ifadə deyil" - deputat deyib.

Slutski martın 24-də baş vermiş insidentlə bağlı, bu material dərc edilənədək heç bir şərh verməyib.

Rüstəmova ilə yanaşı iki ayrı jurnalist də deputata qarşı iddialar qaldırıb.

RTVI kanalı baş redaktorunun müavini Yekaterina Kotrikadze Slutskinin hərəkəti barədə öz adı ilə açıq danışan ilk jurnalist olub. Digər jurnalist isə Dojd telekanalının əməkdaşı Darya Jukdur.

Fotonun müəllifi RTVI
Image caption RTVI kanalı baş redaktorunun müavini Yekaterina Kotrikadze Slutskinin hərəkəti barədə öz adı ilə açıq danışan ilk jurnalist olub.
Fotonun müəllifi TVRAIN
Image caption Darya Juk Slutski tərəfindən qısnamaya qaldığı barədə anonim məlumat verən üç qadın jurnalistdən biridir.

Əlaqəli mövzular

Bu barədə daha geniş