Vladimir Putin və Google: Ən məşhur axtarış suallarına cavablar

A picture shows traditional Russian wooden nesting dolls, Matryoshka dolls, depicting Russian President Vladimir Putin Fotonun müəllifi AFP/Getty Images
Image caption Putin niyə gülür? O ölüb? O, Trumpı bəyənirmi?

Bazar günü baş tutan seçkidə qalib gələn Vladimir Putin 2024-cü ilə qədər Rusiyanın prezidenti olacaq. Rusiya prezidenti haqqında bildiyimiz çox şey olsa da, insanlar hələ də onun həyatı ilə maraqlanırlar.

Sınaq kimi biz, Google-da cənab Putin haqqında suallar axtarmağa başladıq ki, axtarışda avtomatik çıxan sual versiyalarını öyrənə bilək. Həmin sualları (aralarında qəribə olanlar da var) sizin üçün cavablamaq qərarına gəldik.


Həmçinin oxuyun:


Vladimir Putin...

...evlidirmi?

Biz bildiyimiz qədər ilə yox. O, 30 illik həyat yoldaşı Lyudmila ilə ayrıldığını 2013-cü ilin iyununda elan edib. Həmin vaxta qədər olan son bir neçə ay ərzində isə onlar ictimaiyyət arasında birlikdə nadir hallarda görünüblər.

Cənab Putinin ritmik gimnast və siyasətçi Alina Kabayeva ilə münasibəti barədə şayiələr dolaşsa da, onların həqiqiliyi barədə heç bir əlamətlər gözə çarpmayıb.

...solaxaydırmı?

Yanvarda çəkilən bu şəkildən bu yana heç nə dəyişməyibsə, xeyr.

Fotonun müəllifi Reuters

...varlıdırmı?

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasının seçkidən əvvəl verdiyi məlumata əsasən, onun rəsmi məvacibi illik 112 min dollardır.

Amma iki il əvvəl həmin dövrdə ABŞ Maliyyə Naziri, cənab Putinin "korrupsioner" olduğunu və var-dövlətini uzun illərdir ki, saxladığını BBC-yə demişdi.

"Onun dostlarının və yaxın müttəfiqlərinin varlandığını və dost kimi görmədiyi insanları dövlət səhmlərindən uzaqlaşdırdığını görürük," Adam Szubin söyləmişdi.

Kreml iddiaları "nağıl" adlandırmışdı.

Fəqət, Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) 2007-ci ildə onun şəxsi sərvətinin 40 milyard dollara yaxın olduğu məlumatı yaymışdı. Donald Trump-ın bir analitik və tənqidçisi 2012-ci ildə demişdi ki, bu rəqəm 70 milyard dollara yaxın ola bilər. Bu isə onu dünyanın ən varlı adamı edir.

...ölübmü?

Yox - onun seçkidə qələbəsi bunu deməyə əsas verir.

Yeri gəlmişkən, 2015-ci ildə 10 gün ictimaiyyətə görünməməsi sağlamlığı haqqında söz-söhbət yaratmışdı.

Çevriliş cəhdində itkin düşüb? Həyatını itirib? Yenidən ata olub? Çoxlu fərziyyələr dilə gətirilmişdi. Prezident isə ortaya çıxan kimi "şayiələrsiz həyatın maraqsız olduğunu" demişdi.

Niyə Vladimir Putin...

...gülümsəyir?

O, bizim heç birimizdən fərqli deyil: özünü xoşbəxt hiss edəndə bədəniniz endorfin ifraz edir, neyronlar üz əzələlərinə siqnallar göndərir və gülüş əmələ gəlir.

Söhbət onu nəyin güldürdüyündən gedirsə, qarda itlərlə oynamağı misal çəkmək olar.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Cənab Putin itləri Buffy (solda) və Yume ilə

...Ukraynanı işğal etmək istəyir?

Artıq edib - və bu prosesdə Krımı ölkəsinə ilhaq edib.

Rəsmi olaraq Rusiya qüvvələri 2014-cü ildə Ukraynanın şərqinə daxil olmasa da - Rusiya, "könüllülərin" Rusiya yönümlü qiyamçılara köməyini təsdiqləyib - demək olar ki, hər kəs hərbi əməliyyatların arxasında Rusiyanın olduğuna inanır.

Rusiyanın manevrləri, Putinin əsas müttəfiqi və Ukrayna prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı (Aİ) naminə etirazlar zamanı hakimiyyətdən getməsi ilə başladı. Aİ-yə yaxınlaşan Ukrayna şərqdəki qonşusundan daha az asılı olacaqdı.

...Suriyanı dəstəkləyir?

Strateji baxımdan Suriya Rusiya üçün çox mühümdür. Çünki orada iki hərbi bazası var. Bəşər Əl-Əssəd hökuməti isə bir müddətdir ki, Rusiyanın vacib müttəfiqinə çevrilib.

Suriyada 2011-ci ildə müharibə başlayan zaman Rusiya cənab Əssədi dəstəkləsə də, münaqişəyə yalnız 2015-ci ilin sentyabrında qoşulub.

Rusiyanın müharibəyə qarışması iki məqsədə qulluq edirdi: cənab Əssədi hakimiyyətdə saxlamaq və Rusiyanın beynəlxalq səhnədə izini qoyaraq, xüsusilə də ABŞ-ın regionda məqsədlərinə nail olmayacağından əmin olmaq.

Vladimir Putinin...

...oğlu varmı?

Yoxdur. İki qızı olduğu deyilir: Moskva Dövlət Universitetində işləyən keçmiş rəqqasə Katerina və endikrinologiya üzrə işləyən Mariya.

Onlar haqqında çox şey bilinmir və cənab Putin də bu barədə danışmır, amma 2015-ci ildə Reuters-in apardığı bir araşdırmada Katerina və ərinin son dərəcə zəngin olduğu üzə çıxmışdı.

...ingiliscə danışırmı?

Bəli. İngiliscə sərbəst danışdığı video da var və sözçüsü Dmitri Peskov, cənab Putinin ingiliscə düzgün tərcümə etməyən tərcüməçilərin səhvini düzəltdiyini də deyib.

...Trumpı bəyənirmi?

Hə, bax bu maraqlı sualdır.

Putinin keçmiş əməkdaşı da daxil olmaqla 13 rusiyalı 2016-cı il ABŞ seçkisinin nəticəsinə təsirdə günahkar bilinib.

Bəs cənab Putin həqiqətən cənab Trumpı bəyənirmi? Bu suala təkcə Rusiya prezidenti özü cavab verə bilər.

Fotonun müəllifi AFP/Getty Images

Görəsən Vladimir Putin...

...Super Bowl üzüyü oğurlayıbmı?

Qəribə sual kimi səslənsə də, bunun arxasında bir hekayə yatır.

2005-ci ildə New England Patriots Amerika futbol komandasının sahibi Robert Kraft Rusiya prezidenti ilə görüşür.

Sankt Peterburqa səfərində cənab Kraft cənab Putinə öz Super Bowl üzüyünü verir. 124 karat almazdan olan həmin üzük, Patriotların Super Bowl qələbəsi münasibətilə xüsusi hazırlanıb.

O zaman cənab Kraft onu cənab Putinə hədiyyə etdiyini demişdi. 2013-cü ildə isə o, söhbəti dəyişərək cənab Putinin üzüyü cibinə qoyub, uzaqlaşdığını söyləyir.

Bir həftə sonra, cənab Putin deyir ki, "əgər dəyəri cənab Kraft və komanda üçün bu qədər böyükdürsə" yeni üzük hazırlatdıra bilər.

...mimləri qadağan edib?

2015-ci ildə belə məlumat yayıldı. Amma bu qadağadan daha çox məsləhət idi.

Amma keçən il Rusiya Ədliyyə Nazirliyi, aşağıdakı foto və bənzəri şəkilləri "ekstremist material" kimi qəbul etdiyi barədə bəyanat yayır.

Fotonun müəllifi Getty Images

Əlaqəli mövzular

Bu barədə daha geniş