İran televiziyası AS Roma klubunun emblemində canavar əmziklərinə senzura qoyub

Screen capture of Iranian TV showing censorship of AS Roma's club badge Fotonun müəllifi Iranian TV/Mehdi Rostampour
Image caption İran televiziyası AS Roma klubunun emblemində canavarın əmziklərini toranlaşdırıb.

İran dövlət televiziyası İtaliya futbol klubunun emblemini senzura edib.

Ötən gün UEFA Çempionlar liqası kuboku uğrunda keçirilmiş İtaliyanın AS Roma klubu ilə İspaniyanın Barselona klubu arasında oyunu işıqlandıran İran televiziyası Roma klubunun loqosunun təsvirini senzura edib.

Böyük hesabla Barselonanın xeyrinə başa çatmış matçın işıqlandırılması zamanı İtaliya klubunun loqosundakı dişi canavarın əmzikləri bulanıqlaşdırılıb.

Roma klubunun loqosunda qədim romalıların totemi sayılan Kapitoli Canavarının iki uşağı öz südü ilə yedizdirdiyi an təsvir edilib.

Həmin iki uşaq qədim rəvayətlərə görə Romanın əsasını qoyan Romulus və Remus adlı əkizlərdir.

İran radiosu və televiziya rəhbərliyi klubun loqosunda canavarın əmziklərini bulanıq göstərib.

Bu hərəkət sosial mediada lağa qoyulub.

"3000 il idiki Remus və Romulus ana südündən məhrum idi, İran dövlət televiziyası indi onları canavar südündən də məhrum etdi", - Danimarkada mənzillənən iranlı idman jusnalisti Mehdi Rostampour Telegram kanalında yazıb.

Fotonun müəllifi AFP
Image caption AS Roma klubunun oyunçuları məşq zamanı

Bu barədə daha geniş