Bir avro son iki ildə ilk dəfə 80 rublu keçib

Rusiya Fotonun müəllifi ANTON NOVODEREZHKIN/TASS

Avronun kursu 2016-cı ilin mart ayından bəri ilk dəfə olaraq 80 rublu keçib. Eyni zamanda bir ABŞ dolları 64 rubldan baha olub.

Rusiya valyutasının enişi ABŞ-ın bir sıra nüfuzlu rusiyalı iş adamlarına qarşı sanksiyasından sonra müşahidə edilir.

Həftənin ikinci günü Rusiya rublu dollara nisbətdə 4 faizdən çox ucuzlaşıb.

ABŞ sanksiyalarının yeni mərhələsinin dalğası rubla yanaşı Rusiya şirkətlərinin səhmlərini də ucuzlaşdırıb.

Rusiya valyutası dollara nisbətdə 4.2 faiz itirərək 63.28, avroya nisbətdə 4.4 faiz ucuzlaşaraq 77.94 rubl olub.

Brent markalı neftin qiymətinin qalxması Rusiya neftinin qiymətini 1,3 faiz bahalandırsa da, bu, rublu dollara nisbətdə möhkəm saxlaya bilməyib.


Həmçinin oxuyun:


Aprelin 6-da ABŞ 38 rusiyalı biznesmenə, şirkətlərə və rəsmi şəxslərə sanksiya tətbiq edib.

Səhmlərin ucuzlaşması nəticəsində bəzi şirkətlər bir gündə milyonlarla dollar itiriblər.

Mərkəzi Bankın rəsmisi Elvira Nabiullina səhmdarları sakitliyə çağırıb, deyib ki, maliyyə bazarı üçün ciddi risklər görünmür. Onun sözlərinə görə, iqtisadi və maliyyə sektorunun xarici şərtlərə adaptasiyası üçün bir müddət lazım olacaq.

"Əminəm ki, iqtisadi və maliyyə sektoru xarici şərtlərə adaptasiya olacaq", Elvira Nabiullina əlavə edib.

Bu barədə daha geniş