Ermənistan: Serj Sarkisyan hakimiyyətinə qarşı etirazlar davam edir

Yerevan
Image caption Etiraz aksiyalarının lideri Nikol Paşinyan mövcud hakimiyyətə qarşı olan tərəfdarları ilə kütləvi "küçə etiraz aksiyaları" vasitəsilə baş nazir Serj Sarkisyanın istefasına nail olub

Ermənistanda mövcud hakimiyyətə qarşı etiraz hərəkatı iki günlük fasilədən sonra bazar günü yenidən Ermənistan paytaxtında aksiyalarını davam etdirir.

Cümə və şənbə günləri ölkənin digər iri şəhəri Gümri və Vanadzordan sonra etiraz hərəkatının tərəfdarları bu gün Yerevanda mitinqə toplaşırlar.

"Xalq hərəkatı" adlandırıldığı etiraz hərəkatının lideri, "Yelk" (Çıxış) parlament fraksiyasının rəhbəri Nikol Paşinyan mövcud hakimiyyətə qarşı olan tərəfdarları ilə kütləvi "küçə etiraz aksiyaları" vasitəsilə baş nazir Serj Sarkisyanın istefasına nail olublar.

Hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) yeni baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəyini bəyan edib, Daşnaksutyun və "Tsarukyan" parlament fraksiyaları etiraz hərəkatının lideri Nikol Paşinyanın namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

Bazar günü aksiyalarına birinci tələbələr çıxıb

Image caption Ermənistan paytaxtında etirazlar davam edir

Ermənistan paytaxtında bazar günü səhəri son iki həftəni "küçə" etiraz aksiyalarında keçirən tələbələrin yürüşü ilə başlayıb.

Tələbələr və yuxarı sinif .agirdləri baş nazir Serj Sarkisyan hakimiyyəti və onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP) hakimiyyətdə qalmasına qarşı artıq 17 gün davam edən etiraz aksiyalarının ən fəal iştirakçılarıdır.

Tələbələrin yürüşü Yerevan Dövlət Universiteti qarşısından başlayıb. Nümayişçilər Tibb, Aqrar, İqtisadiyyat, Politexnik unversitetləri, Teatr kolleci yerləşən küçələrdən keçərək cərgələrini tamamlayacaq.

Tələbələr, "Azad, müstəqil tələbə!", "Azad, ədalətli Ermənistan!", "Bizik ölkənin sahibi", "HHK heratsir, Hayastanı moratsir!" və digər çağırışları səsləndirərək yürüşə başlayıblar.

Paytaxtın başqa yerlərində və şəhərə gələn avtomobil yolları Nikol Paşinyanın elan etdiyi "dinc vətəndaş itaətsizliyi" çərçivəsində fəallar tərəfindən bağlanıb.

Saat 16-da tələbələr paytaxta gələn və şəhər daxilində bağlı saxladıqları yolları açdılar ki, axşam saat 7-yə təyin olunmuş mitinqində iştirak etmək istəyənlər Yerevanın mərkəzinə, Respublika meydanına gələ bilsinlər.

Saat 17-də Nikol Paşinyan Fransa meydanına gəldi və tələbə və gənclərlə birlikdə Yerevanın küçələri ilə Respublika meydanı istiqamətində yürüşə qatıldı.

Polis nümayişçiləri müşayiət edir, lakin mane olmur. Bəzi binaların arxasında polis qüvvələri, texnika və avtobuslar görünür.

"Nikol - baş nazir"

Nümayiş iştirakçılarının səslədiyi çağırışlardan biri də budur: "Nikol - baş nazir!".

Bu gün artıq Nikol Paşinyanın elan etdiyi "dinc məxməri inqilabı"ın, ən azı ilk mərhələsinin qələbəsini qeyd etdiyini demək olar.

Serj Sarkisyan baş nazir vəzifəsində bir həftə də qalmadı, etiraz aksiyalarının təzyiqi altında istefa verməyə məcbur oldu.

Parlamentdə çoxluq (təxminən 61%) təşkil edən hakim ERP isə şənbə günü bəyan edib ki, baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək.

Yeni baş nazir mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasinda seçilməlidir.

Müxalif "Yelk" (Çıxış) fraksiyası Nikol Paşinyanın namizədliyini təklif edib.

ERP ilə koalisiyanı tərk etdiyini bəyan etmiş Daşnaksutyun Erməni İnqilabi Federasiya fraksiyası da Paşinyana səs verəcəyini bəyan edib.

Sayca ikinci (31 millət vəkili olan) "Tsarukyan" parlament fraksiyasının rəhbəri Qaqik Tsrukyan bəyan edib ki, fraksiyası "xalqın namizədini" dəstəkləyir və ona da səs verəcək.

Belə olan halda Paşinyanınbaş nazir seçilməsi lehinə daşnaklardan - 7, "Tsarukyan" fraksiyasından - 31, "Yelk"-dən - 9, ümumən, 47 səs ala bilər.

Qələbə üçün parlament üzvlərinin 50 faizi plyus 1 - 53 səs lazımdır.

Nikol Paşinyanın sözlərinə görə, bəzi respublikaçılar da ona səs verəcəklərini bildiriblər.

Fotonun müəllifi epress.am
Image caption Etirazçı tələbələrin çantasında belə yazılıb: "Yaşasın sevgi və həmrəylik inqilabı"

Bu barədə daha geniş