Rubl dollar və avroya qarşı bahalaşmaqda davam edib

Rusiya Fotonun müəllifi RIA Novosti
Image caption Moskva birjasında dolların rubla qarşı məzənnəsi 30 qəpik enib.

Moskva birjasının cümə axşamı günü keçirilmiş açılış sessiyasında rubl dollar və avroya nisbətən bahalaşmaqda davam edib.

Beləki, 1 dollar səhər keçirilmiş alqı-satqı əməliyyatlarında 52,5 rubldan da aşağı düşüb.

Günortaya yaxın 1 dolların dəyəri 52,36 rubl, 1 avro isə 64,2 rubl təşkil edib.

Təhlilçilərə görə, rubla qarşı dollar və avronun bu dərəcədə aşağı enməsi dekabrın 4-dən bəri ilk dəfədir ki qeydə alınıb.

Bu arada Rusiya Bankı bu gün bildirib ki, nə bu qurum, nə də Maliyyə Nazirliyi tərəfindən valyuta bazarında valyuta intervensiyası həyata keçirilməyib.

Rusiya Mərkəzi Bankının bundan əvvəl yaydığı məlumatına əsasən, dekabrın 18-19-da Maliyyə Nazirliyi ümumilikdə 920 milyon dollar dəyəri olan valyuta ehtiyyatını bazara buraxmışdı.