Rusiya: iqtisadi çətinliklər fonunda arağın qiyməti endirilib

Rusiya Fotonun müəllifi BBC World Service
Image caption Rusiyada arağ ucuzlaşıb

Rusiyada əldəqayırma araqdan istehlakçıları çəkindirmək üçün arağın minimum qiyməti ucuzlaşdırılıb.

Yarım litr arağın Rusiyada qiyməti indi 185 rubla ($2.70) bərabərdir.

Arağın bundan əvvəlki 220 rubl qiymətilə müqayisədə yeni qiymət 16% ucuzdur, The Moscow Times vebsaytı xəbər verib.

Rəsmilər ucuz arağın insanları qeyri qanuni hazırlanmış əldəqayırma spirtli içkilərdən uzaqlaşdıracağına ümid bəsləyirlər.

Rusiyada 2010-cu ildə arağın minimal qiyməti ölkədə spirtli içkilərin istehlakını azaltmaq məqsədilə bahalaşdırılmışdı.

Lakin iqtisadi vəziyyət ağırlaşdıqca və ölkədə qiymət artımı dərinləşdikcə əldəqayırma arağa üsünlük verənlərin sayı da artmağa başlamışdı.