Depressiya xəstəsi otağını yığışdırır, internet hitinə çevrilir

Aylardır təmizlənməmiş otaq Fotonun müəllifi IMGUR
Image caption Otaq təmizlənməzdən əvvəl aylarla bu halda olub.

"Hər bir adamın çəkdiyi, dünyaya naməlum qalan gizli çətinliklər var", amerikalı şair Henry Wadsworth Longfellow vaxtilə belə yazıb.

Depressiyadan əziyyət çəkən biri isə onlayn paylaşdığı foto ilə bu çətinliklərə kiçik də olsa mühüm bir qələbəsini göstərdi.

Həmin adam Imgur fotopaylaşma saytında "Mən 1 - Depressiya 0!" adlı postunda iki foto paylaşıb. Fotoya 24 saat ərzində 300 000-dən çox dəfə baxılıb.

Birinci foto (yuxarıda) dərhal diqqət cəlb edir. Yerə onlarla boş şüşə və su qabı atılıb, yanından da bir neçə pambıq parçası.

Əslində yerin çox balaca hissəsini görmək olar. Yatağın üstündə paltar, kağızlar və tənha bir ayıcıq.

"Mən ağır depressiyadan əziyyət çəkirəm və evi təmizləmək kimi evdarlıq işləri mənə çətin gəlir", altyazıda izah olunur. "Mənim otağım aylardır ki, bu gündədir, çünki mən özümü onu təmizləməyə məcbur edə bilmirəm. Amma bu cümə günü mən nəhayət bunu etməyə qərar verdim!"

İkinci fotoda 3 günlük təmizləmə işlərindən sonrakı vəziyyət göstərilir.

Fotonun müəllifi IMGUR

"Nəhayət görmək olur ki, evimdə parket var!" - yeni altyazıda fəxr hiss olunur.

"Bilirəm ki, böyük qələbə deyil, lakin mənim üçün ... sanki dünya mənimdir. İndi özümü çox rahat hiss edirəm, gözəl İmgurlularla bunu paylaşmaq istəyirdim sadəcə".

Dəstək göstərən şərhlərin çoxu digər depressiya xəstələrindən gəlib. "Ağır depressiyadan əziyyət çəkən biri kimi bu məni çox sevindirir :) qoyma ki, [depressiya] qalib gəlsin!"

"Bu mənə təsəlli verir ki, mən də bunu edim. Afərin!" - yazıb daha bir istifadəçi.

Lakin digər istifadəçilər dəstək verməkdə o qədər ürəkli olmayıb. Biz istifadəçinin kim olduğunu, cinsini, yaxud da yaşını bilmirik və bəziləri sual edib ki, bu depressiyanın əlamətidir, yoxsa sadəcə gənc adamın tənbəlliyini?

"Narahat olma, mən depressiyada deyiləm amma otağın eyni gündədir", bir adam yazıb. Digər istifadəçi sual edib: "Depressiya və tənbəlliyi nə ayırır?"

Bu sualı təkcə sözügedən fotonun altında verməyiblər: "depressiya, yoxsa tənbəllik" sözlərini ingiliscə axtarışa verəndə Google milyondan çox cavab təklif edir.

Forumlarda da məsələ ilə bağlı çoxsaylı müzakirələr mövcuddur.

Bloq:Megha Mohan

Həmçinin oxu

Depressiyadan əziyyət çəkən gənclər BBC Azərbaycancaya danışıb

Bundan əvvəlki Trending yazımız: Qeysər kəsiyi "asan çıxış yolu deyil"

Fotonun müəllifi RAYE LEE/FACEBOOK

Əlaqəli mövzular

Bu barədə daha geniş