Michelle Obamanı “meymun” adlandıran Facebook statusuna görə mer istefa verib

First lady Michelle Obama speaks at a Mayor's Challenge to End Veterans" Homelessness event on, Monday, Nov. 14, 2016. Fotonun müəllifi AP

Michelle Obama haqqında irqçi şərhlərə görə yaranmış qalmaqaldan sonra ABŞ-ın Qərbi Virginia ştatının qəsəbə meri istefa verib.

Beverly Whaling xanım Obamanı "dikdaban ayaqqabıdakı meymun" adlandıran Facebook statusunu bəyənib.

Birinci xanıma Facebook-da "meymun" kimi müraciəti isə Clay qəsəbəsində yerli qeyri-kommersiya qrupunun rəhbəri Pamela Ramsey Taylor edib.

"Ağ Evdə səviyyəli, gözəl və alicənab birinci xanım görmək yenilik olacaq. Hündür dabanda gəzən meymuna baxmaqdan yorulmuşam," o yazıb.

Yerli mer Beverly Whaling də posta "bu lap yerinə düşdü, Pam" deyə fikir bildirib.

Xanım Whaling 491 nəfər əhalisi olan Clay qəsəbəsinin meridir.

2010-cu il əhalinin siyahıyaalınmasına əsasən oranın Afrika-Amerika mənşəli sakini yoxdur. Clay dairəsinin 9000 nəfərlik əhalisinin 98% ağdərilidir.

Fotonun müəllifi WSAZ
Image caption Bu Facebook postuna ilk olaraq yerli xəbər kanalı WSA23 rast gəlib

Regionun əhalisinin sayının az olmasına baxmayaraq, post Birləşmiş Ştatlar və beynəlxalq mediada sürətlə yayılıb. Eyni zamanda hər iki qadının işindən kənarlaşdırılmasını istəyən petisiya təşkil olunub və 85000-dən artıq imza toplanıb.

Washington Post və New York Daily News Pamela Ramsey Taylor-un bazar ertəsi vəzifəsindən kənarlaşdırıldığı xəbərini yayıb.

Post haqqında ilk məlumatı paylaşan yerli xəbər kanalı WSA23-ə müsahibəsində xanım Taylor, Fecbook postunun "irqçi səslənməsinə rəğmən, məqsədinin bu olmadığını" söyləyib. O, bunu bir şəxsin dərisinin rəngi deyil, cəlbedici olması haqqında şəxsi fikir kimi qiymətləndirib.

O, həmçinin naməlum şəxslərə qarşı iftira əsasında hüquqi addım atacağını da kanala bildirib.

Xanım Taylor-un rəhbəri olduğu Clay Dairəsi İnkişaf Qrupu dövlət və federal qrantlar tərəfindən maliyyələşdirilir və qrup yaşlı və aztəminatlı əhaliyə xidmət göstərir.

Mer Whaling Washington Post-a müsahibəsində deyib: "Mənim şərhi yazmaqda məqsədim qətiyyən irqçiliklə əlaqəli deyildir." O, "iş başqa məcra aldığı" üçün şərhinə görə üzr istəyib.

"Mən Ağ Evdəki dəyişikliyə sevindiyimə istinad edirdim! Həqiqətən də üzgünəm və insanların hisslərinə toxunduğuma görə üzr istəyirəm! Məni tanıyanlar qətiyyən irqçi olmadığımı təsdiq edə bilərlər!" o deyib.

Fotonun müəllifi White House
Image caption Seçkinin nəticəsindən sonra hazırkı və gələcək birinci xanımlar Ağ Evdə görüşüblər

Rəngli İnsanların Tərəqqisi Milli Assosiasiyasının Qərbi Virginia təmsilçisinin direktoru Owens Brown "insanların hələ də gizli irqçi hisslərə malik olmasını bədbəxtçilik" adlandırıb.

"Çox təəssüf ki, bu, bizim Amerikada hələ də məşğul olduğumuz həqiqətdir. Dövlətimizdə bənzəri münasibət bəsləyənlərə yer yoxdur."

Qərbi Virginia Demokratik Partiyasının həmsədri xanım Belinda Biafore Michelle Obamaya "yerli Dağlıların adından" üzrxahlıq ünvanlayıb. Ştatın sakinlərinin ləqəbi Dağlılardır.

"Qərbi Virginia həqiqətən yaxşı yerdir. Biz Qərbi Virginia Demokratik Partiyası olaraq bu radikal, nifrət dolu və irqçi fikirlərlə mübarizə aparırıq," o bəyan edib.

Ştatdan prezident seçkilərində Respublikaçı namizəd Donald Trumpa 68.7% səs verilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş