Mühasirədəki Hələb sakinləri niyə ingiliscə tvitlər paylaşırlar?

Əfraa Haşem öz uşaqlarının xaraba qalmış Hələbdəki həyatını əks etdirən fotolarını paylaşır Fotonun müəllifi @Mr_Alhamdo
Image caption Əfraa Haşem öz uşaqlarının xaraba qalmış Hələbdəki həyatını əks etdirən fotolarını paylaşır

Suriya silahlı qüvvələri qiyamçıların nəzarətində olan şərqi Hələbin hava bombardmanını intensivləşdirdikcə, şəhərin bir hissəsində olan sakinlər səslərini dünyaya yetirmək yollarını axtarırlar.

Bəziləri kömək çağırışı etmək və ya "kor dünyanın gözlərini açmaq üçün" ingilis dilindən istifadə edirlər. Twitterlə göndərdikləri mətn və şəkillərlə onlar evlərinə və həyatlarına dəymiş ziyanı, özlərinin və uşaqlarının müharibə məşəqqətində necə yaşadıqlarını dünyaya yetirmək istəyirlər.

Bu trend Moskva və Washington-un atəşkəs yaratmaq cəhdlərinin iflasa uğramasının ardınca Hələbin dünya xəbərlərinin başlıqlarına çıxandan sonra yaranıb. Belə bir narahatlıq var ki, indi şəhər tammiqyaslı hücuma məruz qala bilər.

Əsl mənzərə

Bu yaxınlarda şərqi Hələbdən olan 7 yaşlı Bana anasının köməyi ilə ingiliscə yazdığı tvitlərin sayəsində dünya xəbər başlıqlarına çıxıb.

Lakin Bana tək deyil. Sentyabr ayının axırlarından şərqi Hələbdən ingiliscə yazanların sayı əhəmiyyətli dərəcədə artıb. Bəziləri Twitter-i yeni öyrənir, bu mikrobloq saytından uzun müddət istifadə edənlər isə postlarını yalnız ingiliscə yazırlar.

Fotonun müəllifi @Mr_Alhamdo
Fotonun müəllifi @Mr_Alhamdo
Fotonun müəllifi @Mr_Alhamdo

"Beş ildir ki Hələbdəki mülkilər öz mesajlarını ərəblərə ünvanlayıblar. Biz bu yaxınlarda Əsədin və onun müttəfiqlərinin ingiliscə mesajlarla dünyanı necə aldatdıqlarını gördük" Hələb Universitetinin mühazirəçisi Abdulkafi əl-Həmədo BBC-yə deyib.

O oktyabrın 15-dən ingiliscə tvitlər paylaşır.

Əl-Həmədo əlavə edib: "Hələb mühasirəyə düşəndən sonra bəzi jurnalistlər zəng edib vəziyyəti şoruşurdular. Mən bizim iztirab çəkdiyimiz dilemma barədə heç bir düzgün məlumatın olmamasından şoka düşdüm"

Fotonun müəllifi @3fra2_hashem
Image caption Qanlı gündən sonra sığınacaqda uşaqlarımızın qələbə işarəsi ilə fotosu... #Dairies, Wissam, Zein & NYE

Onun kimi Əfraa Haşem də oktyabrın 5-dən ingiliscə tvitlər paylaşmağa başlayıb. O xarabalığa çevrilmiş Hələbdə uşaqlarının günədlik həyatlarını əks etdirən fotoları göndərir.

O deyir ki, oktyabrın 4-də Hələbin blokadası bərpa olunandan müxbirlər ona zəng etməyə başlayıblar və Hələbdəki vəziyyəti soruşurlar. "Mən onlara çəkdiyimiz iztirabları göstərmək istəyirdim" - deyib

Twitter və qlobal miqyas

Lakin Hələb sakinləri üçün xarici media nümayəndələri ilə danışmaq kifayət olmayıb. Onlar dünya ilə öz aralarında daimi körpü istəyirlər.

"Mediaya yalnız bizim cəhənnəmimiz haqqında danışmaq kifayət deyil - deyib Abdulkafi, - Çox sayda insan Hələbdə başlarına gələnlər barədə ingiliscə məlumat verməyə başlayıblar ki, kor dünyanın gözlərini açsınlar".

Öz hesabını oktyabrın ortalarında açan Abdulkafinin tvitləri Hələbdəki həyatın ağrı-aclarına diqqət çəkir. Bir aya 850 davamçı cəlb edən Abdulkafi həm də tez-tez Periscope canlı yayım tətbiqilə özünün evdə və işdə çəkilmiş videolarını paylaşır.

Qərb ictimai rəyi ilə əlaqə məqsədilə nə üçün Twitteri platforma seçdiyini izah edən üç uşaq anası Əfraa deyir ki, bunu ona Fransada yaşayan suriyalı dostu məsləhət görüb, çünki Twitter qlobal miqyasda yayılır.

"Həmin vaxta qədər mən postlarımı yalnız ərəbcə və yalnız Facebook-da yazırdım …Biz Qərb dünyası ilə əlaqə yaratmaq üçün ev tapşırığımızı hələ etməmişik" - Əfraa deyir.

Hökumətlərə yox, ictimaiyyətə

BBC-nin əlaqə saxlaya bildiyi adamlar deyirlər ki, onlar mesajlarını hökumətlərə yox, adi adamlara vermək istəyirlər.

Əfraa Haşem öz uşaqlarının və hər şeyə rəğmən həyatdan qalmağa çalışanların fotolarını göndərir.

Fotonun müəllifi @3fra2_hashem
Image caption Yanacaq və un çatışmazlığından kürələr işləməyi dayandırıb, biz də evdə çörək yapdıq #Dairies, Wissam, Zein & Nye
Fotonun müəllifi @3fra2_hashem
Fotonun müəllifi @3fra2_hashem

"Məqsəd bu idi ki, Hələbin mühasirədə olan uşaqlarından dünya uşaqlarına mesaj verək, - ana deyir, - Biz artıq hökumətlərə yox, bizi duya biləcək insanlara inanırıq".

Sentyabrın axırlarından etibarən şərqi Hələbdəki vəziyyət barədə ingiliscə müntəzəm məlumatlar verən Lina Şami (@Linashamy) deyir ki, onun məqsədi "Suriya inqilabı barədə dünyada ictimai fikir formalaşdırmaqdır".

Fotonun müəllifi @Linashamy
Image caption Uşaqlarına insanlığı öyrət, de ki bütün həyatlar dəyərlidir və bütün dünyanın susması fonunda onların qətllər barədə suallarına cavab ver #holocaustaleppo

"Suriyalılar düşünürlər ki, hökumətlər öz maraqları çərçivəsində hərəkət edirlər, amma bu hökumətləri adamlar seçiblər. Ona görə də biz mesajlarımızı hökumətlərə yox, adamlara çatdırmaq istəyirik" - Lina deyir.

Məşəqqətlər və ümidlər

270 minədək şərqi hələblinin öz səslərini sosial media vasitəsi ilə ətraf aləmə çatdırması asan bir iş deyildir. Hələbin məruz qaldığı hücumlar şəhər infrastrukturuna ciddi ziyan vurub və burada elektrik və kommunikasiyalar tez-tez kəsilir.

"Generatorlar internetdən yalnız 6 saatlıq istifadə üçün imkan verir" - deyib Əfraa.

Bütün çətinliklərə baxmayaraq şərqi Hələbin sakinləri səslərini dünyaya yaymağa çalışırlar.

Fotonun müəllifi @3fra2_hashem
Image caption Mənim səmimi şəhərimdə.. heç nə təslim olmağa və ümidsizliyə dəyməz #steadfast#Dairies Wissam, Zein & NYE
Fotonun müəllifi @3fra2_hashem
Image caption Mənim səmimi şəhərimdə.. heç nə təslim olmağa və ümidsizliyə dəyməz #steadfast#Dairies Wissam, Zein & NYE
Fotonun müəllifi @3fra2_hashem
Image caption Mənim səmimi şəhərimdə.. heç nə təslim olmağa və ümidsizliyə dəyməz #steadfast#Dairies Wissam, Zein & NYE

"Suriyanın, İranın, Rusiyanın səfirlikləri qarşısında etirazlar, nümayişlər və dinc aksiyalar keçirilsin. Əsədin və Rusiya diplomatlarının üzərinə təzyiq göstərilməsi məqsədilə parlament müzakirələri keçirilsin, sanksiyalar barədə qərarlar qəbul olunsun" - Lina bunlara ümid edir.

"Əgər real addımlar atılmasa bizi qırıb məhv edəcəklər. Biz öz torpağımızı tərk etmək istəmirik. Biz istəyirik ki xalqlar bizim nə üçün bu torpağı tərk etmək istəmədiyimizi başa düşsünlər" Abdulkafi yazır.

Əfraa isə öz növbəsində çatdırmaq istəyir ki, onun ailəsinin ərzaqı tükənmək üzrədir.

"Çörəyimiz qurtarıb" o deyir.