Sosial mediada İran üsulu ilə azadlıq üçün...

Twitter loqotipi Fotonun müəllifi Reuters

İranlılar həbsdə olan fəalların azad olunması üçün tvitləməkdə davam edirlər.

Fotonun müəllifi Mana Neyestani
Image caption Twitter İranda qadağan edilib, lakin iranlılar siyasi məhbusların azad edilməsi üçün kampaniyanı davam etdirilər

İranın daxilində və xaricində yaşayan iranlılar siyasi məhbusların azad edilməsi tələbi ilə yenidə sosial mediaya üz tutublar.

Keçən həftə uğurla nəticələnmiş kampaniyanın ardından indi onlar fəal Əli Şəriətinin azad edilməsini tələb edirlər. O, 65 gündür aclıq aksiyası keçirir.

#SOSALI həştəqi dünya boyunca Twitter-də trendə çevrilib və İnstagram və Facebook-da da istifadə edilib.

Paylaşılan postlar təkcə fars dilində deyil, həmçinin ingilis və ərəb dillərindədir.

Cənab Şəriəti oktyabrda həbs edilib və Tehranın məşhur Evin Həbsxanasına aparılıb. Amnesty İnternational bildirir ki, o, "milli təhlükəsizlik əleyhinə toplaşmaq və əlbir olmaqda" təqsirləndirilərək beş illik həbs cəzasına məhkum edilib.

Ona qarşı ittihamlar iştirak etdiyi etirazlarla bağlıdır, qadınlara kimyavi maddə ilə hücumda mühakimə olunub.

Belə hücuma məruz qalanlarda biri, Məsumə Ataeyi onun azad olunması kampaniyasına qoşulub.

"Mən turşunun buraxdığı izlər və görməyən gözlərlə sənin ağlamağının səsi olacağam... Cinayətkarın azadlıqda olduğu vaxt Əli Şəriəti kimi belə hücuma qarşı etiraz etmiş şəxsin həbsdə olması qədər ədalətsizlik olmaz", o, İnstagram-da paylaşdığı postda bildirib.

Onun üçün keçirilən kampaniya çərçivəsində belə hücumlara məruz qalmış şəxslərin və digər siyasi məhbusların da fotoları paylaşılır.

Cənab Şəriətinin anasının adını daşıyan Twitter hesabı da onun azadlığa buraxılmasını tələb edib. "66 gündür ki, oğlum yemək yemir #SOSALI", ən son postların birində deyilir.