Trump Twitterdə qızı Ivankanı səhv salıb

ABŞ-ın seçilmiş prezidenti Donald Trump Twitter-də qızı Ivankanın əvəzinə yanlışlıqla ingiltərəli Twitter istifadəçisini tərifləyib.

Brighton şəhərindən olan və elektron məsləhətçi işləyən Ivanka Majic bildirib ki, o və əri səhər saat 6-da mediadan gələn zənglərə oyanıblar.

Onlar Majic-ə bildiriblər ki, 20 milyon istifadəçisi olan Donald Trump onu tərifləyib.

Başqa bir Twitter istifadəçisindən sitat gətirərək qızını tərifləmək istəyən cənab Trump, yanlış istifadəçi adını seçərək təq edib.

Fotonun müəllifi Twitter
Image caption Donald Trump: "@drgoodspine: @realDonaldTrump @Ivanka Trump böyükdür, əsil xarakteri olan qadındır".

İstifadəçilər dərhal yanlışlığı sezərək onu diqqətə çatdırıblar və Majic cavabını verib:

Image caption Ivanka Majic cavabında: @realDonaldTrump @drgoodspine - siz böyük cavabdehlikləri olan şəxssiniz. Twitter-də daha diqqətli olmağınızı və #iqlimdəyişikliyinə daha çox vaxt ayırmağınızı təklif edirəm.

Keçmişdə Leyboristlər Partiyası ilə əməkdaşlıq etmiş Majic bildirib ki, baş verənlərdən xəbər agentliyinin onun həyat yoldaşına mesaj göndərməsindən sonra xəbər tutub.

"Telefonumu yoxlamaq üçün aşağı düşdüm və çoxlu bildirişlərin gəldiyini gördüm", o BBC-ə bildirib. "Gününün 45 dəqiqəsini İTV və BBC-ə danışmaq çox qəribə haldır".

Fotonun müəllifi Ivanka Majic
Image caption Majic deyir ki, o, Twitter-də Macarıstanın Ivanka Concrete şirkətilə də səhv salınır.

Majic-in istifadəçi adı @Ivanka-dır, İvanka Trump-ın isə @IvankaTrump.

O deyib ki, keçən il dəfələrlə Donal Trump-ın qızı ilə səhv salınıb, lakin bu yanlışlıqlar heç vaxt bu miqyasda olmayıb.

Image caption Bu arada isə, görünür Twitter qalmaqalından xəbərsiz olan İvanka Trump öz fotosunu paylaşıb

"Seçki vaxtı Twitter-də səhvən məni qeyd edənləri Hillary-ə [Clinton] səs verməyə səsləyirdim".

"İvanka çox darıxdırıcı və populyar slavyan qız adıdır. Məni həm də Macarıstanın sement şirkəti olan İvanka concrete ilə də səhv salırlar", o əlavə edib.

"Hələ də istifadəçi adımı dəyişdirməklə bağlı qərar verməmişəm. Twitter-dən elə də çox istifadə etmirəm. Yanlışlıqlara görə normal insanlardan gələn tvitlər yoxa çıxır".

"Mən 2007-ci ildən bəri Twitter-dən istifadə edirəm. Bu hesabı açarkən heç ağlıma da gəlməzdi ki, İvanka Trump-ın atası bir gün prezident seçiləcək".

Patrick Evans, UGC and Social News

Bu barədə daha geniş