"Yaşasın kraliça!", "başımız sağ olsun!" və ya "xeyirxah bir xanımdı"

Mehriban Əliyeva və İlham Əliyev Fotonun müəllifi Dan Kitwood/ Getty

Sosial media istifadəçiləri Mehribal Əliyevanın Azərbaycanın Birinci Vitse-Prezidenti seçilməsi münasibətilə şərhlər yazıblar.

İstifadəçilərin bəziləri tənqidi şərhlər yazsalar da, bir qismi buna sevindiyini və gözləntilərinin çox olduğunu bildirib.

"Ölkə elə bil şəxsi mülkdür", İlham Bilalov adlı Facebook istifadəçisi yazır.

Lana Lee isə belə düşünür: "Əyri oturaq düz danışaq. Xeyirxah bir xanımdı. Bir çoxlarına kömək edib. Uğurlar".

"Yaşasın kraliça!" Dayanat Oruj yazır. Celal Haciyev isə "başımız sağ olsun!" yazır.

Yasir Bagirov adlı istifadəçi isə gözləntilərinin böyük olduğunu deyir.

"Onun yerinə olsaydım 14 fevralda verərdim fərmanı. Heç romantik deyilsiniz, möhtərəm," Parviz Ganbarov adlı Facebook istifadəçisi yazır.

Siz də sosial mediada aktiv olun və xəbərə münasibət bildirin.

Bu barədə daha geniş