Yer kürəsinin prezidenti və Türk Hava Yollarından Somali kampaniyasına cavab

Kelly ailəsinin Cənubu Koreyanın Pusan şəhərində martın 15-i baş tutan mətbuat konfransında Marion əsas yeri tutub Fotonun müəllifi Associated Press
Image caption Kelly ailəsinin Cənubu Koreyanın Pusan şəhərində martın 15-i baş tutan mətbuat konfransında Marion əsas yeri tutub

Dörd yaşlı Marion Kelly, çərşənbə günü Cənubi Koreyada baş tutan mətbuat konfransında yenidən diqqətləri özünə cəlb edə bilib.

O, keçən həftə kiçik qardaşı və anası ilə atası professor Robert Kelly-n BBC-ə canlı skype müsahibəsinə mane olmuşdu.

Mətbuat konfransında professor Kelly bildirib ki, əli ilə Marion-u itələmək istəməyib.

Marion prezident olsun

O, qızının arxaya keçərək oyuncaq və kitabları görüb oynayacağına ümid edirmiş ki, müsahibəni yekunlaşdıra bilsin.

Marion konfrans boyu halını pozmadan nabat sovurmasını yeyib.

Bəzi sosial media istifadəçiləri onun "Yer kürəsinin Prezidenti" olaraq tanınacağını qeyd ediblər.

Fotonun müəllifi Twitter/@TheDaiLlew
Image caption Tvit: Əgər 80 yaşımadək o, Dünyanın Prezidenti olmazsa, bərk məyus olacağam

Bir istifadəçi Marion-un mətbuat konfransından şəklini paylaşaraq yazıb: "Prezident Marion".

"O, şirin və ərköyündür - bu ləzzət edir," başqa istifadəçi qeyd edib.

Digər bir istifadəçi isə Marionun və onun kiçik qardaşının müsahibədən cizgi GIF-i hazırlayıb və yazıb:

"Mən, əsas qəhrəmanın Marion Kelly-nin dəlisov əhvalını xarakterizə etdiyi bir kitab oxumaq istəyərəm. Kimi məsləhət görürsünüz, twit-dostlarım?"

Fotonun müəllifi Associated Press
Image caption Kelly-lər martın 15 baş tutan mətbuat konfransından qabaq

Bir Twitter istifadəçisi, ölkə prezidentinin keçən cümə günü devrilməsindən sonra, qarşıdan gələn 9 may prezident seçkilərinə diqqət çəkərək yazıb:

"Mənə deyiblər ki, Cənubi Koreyaya yeni prezident lazımdır."

Bunu təqviminə qeyd et, Marion!

Fotonun müəllifi Twitter/@jeromejarre
Image caption Tvitlər: Ana media bu haqda danışmır!!!; Gəlin səs salaq!; İyrənc!!!; #TurkishAirlinesHelpSomalia (Türk Hava Yolları Somaliyə Yardım Et).

#TurkishAirlinesHelpSomalia

Məşhurlar, Türk Hava Yollarından aclıqdan əziyyət çəkən Somaliyə kömək istəyib və hava yolları, çağırışa cavab verib.

#TurkishAirlinesHelpSomalia hashtag-i - çərşənbə günü axşam yaradılıb - yüz minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Vine və Snapchat ulduzu Jerome Jarre, Somalidə humanitar vəziyyəti vurğulamaq üçün sosial media kampaniyasına başlayıb.

İngiliscə başlığı olan videoda Cənab Jarre, Somalidə olan bir könüllünün ona, anası ilə 150 km su axtaran altı yaşlı qızın susuzluqdan öldüyünü dediyini qeyd edib.

O, əlavə edib ki, media aclıq haqda "demək olar ki, danışmır" və insanlar əllərindən heç bir şey gəlmədiyini düşünürlər.

O davam edir: "Bəlkə də dediklərim ağılsız səslənəcək, amma, bir hava yolu şirkəti tapa bilsək? Və onu qida və su ilə doldurub Somaliyə yollasaq?

"Bunun qayğısına qalan qeyri-hökumət təşkilatları mövcuddur.

"Mən Somaliyə uçan yalnız bir hava yolu şirkətinin olduğunu müəyyənləşdirmişəm, Türk Hava Yolları."

Cənab Jarre sonra insanları, #TurkishAirlinesHelpSomalia hashtag-dən istifadə edərək hava yollarını səsləməyə çağırıb.

Aktyor Ben Stiller kimi bəziləri onun çağırışına qoşulublar.

Fotonun müəllifi Twitter/@RedHourBen

Cənab Stiller öz videosunu paylaşaraq deyib:

"Dünyada o qədər hadisə baş verir ki, bizdən kənarda baş verənlərə köklənib əl uzatmaq çox çətindir."

O, Jerome-n ideyasını "bir növ dəlilik" adlandırsa da, əlavə edib ki, bu işə yaraya bilər və insanlardan hashtag-dan istifadə edərək sosial mediada mesajlarını yaymağı təmənna edib.

Fotonun müəllifi Twitter/@TurkishAirlines
Image caption Biz Somalini sevirik. Bu əhəmiyyətli uçuş çağırışınızdan xəbərdarıq.

"Bu insanlar ailələrdir, bizim kimi sağ qalmağa çalışan adamlardır və bəlkə də biz kömək edə bilərik."

Türk Hava Yolları onlayn kampaniyaya cavab versə də, bunu necə həyata keçəcəyi hələ aydın deyil.

Əlaqəli mövzular

Bu barədə daha geniş