Metroda öpüşmək olarmı? Sosial media müzakirə edir

Öpüşmək Fotonun müəllifi DANIEL LEAL-OLIVAS/ Getty

"...Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da... Utanmırsız?" jurnalist Xaqani Səfəroğlu Facebook-da status yazıb.

Onun bu statusu sosial mediada geniş müzakirələrə səbəb olub. Hətta Bakı Metropoliteninin rəsmisi də metroda öpüşməyin qadağan olmadığını deyib.

Jurnalistin dediyinə görə övladları ilə metroda gedərkən iki gəncin bir biri ilə öpüşmək istəməsi onun qəzəbinə səbəb olub və o qışqıraraq gəncləri bu hərəkətdən yayındırıb.

"Qışqırmağımdan elə bil ayıldılar: Bağışlayn, bağşlayn... deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim", jurnalist əlavə edir. "Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!"

Sosial media istifadəçilərinin bəziləri onun hərəkətinə haqq qazandırsa da, digərləri tənqid və iztehza dolu şərhlər yazıblar.

"Onların öpüşməsinə baxmaq sizin uşaqların tərbiyəsini qətiyyən pozmazdı. Sizin hərəkət uşaqlara daha ziyan olmuşdur", Zamin Vəzir Hacı Facebook-da şərh yazıb.

Fotonun müəllifi Twitter

Natiq Cavadli Facebook-da yazıb: "İlk dəfə metroda öpüşənləri 1989-cu ildə Piterdə, hərbi xidmətdə olanda görmüşdüm. Gənclər elə ehtiraslı öpüşürdü ki, hələ də yaddaşımda izi qalıb. 25 il keçib, amma biz hələ Piterə 25 km də yaxınlaşmamışıq".

"Öpüşmək əxlaqı pozur amma insanlara söyüb vurmaq uşaqların əxlaqını pozmur. Çox maraqlıdır", @restinshits adlı Twitter istifadəçisi yazıb.

Yegane Cansail Hesenova isə belə düşünür: "Bu ölkənin savadlı gənci kimi metroda qucağlaşan gəncləri dəstəkləyirəm! Uşaqlarınıza sevməyi, qucağlamağı öyrədin. Təpik atmağı, adam döyməyi, savaşmağı deyil!"

Fotonun müəllifi Twitter

Ulvi Hasanli isə hesab edir ki, jurnalistin hərəkəti örnək ola bilməz: "Hökumət hər cür tərbiyəsizliyi edir, susur, amma iki gənc öpüşür deyə onlara təpik vurub qatardan çıxarır".

İstifadəçilərin bəziləri isə metroda öpüşməni əxlaqsızlıq adlandıraraq jurnalistin hərəkətinə haqq qazandırıblar.

"Düz elədin qardaşım. Sovet vaxtı biz belələrinə çuşka deyərdik. Yəni özünü cəmiyyətdə idarə edə bilməyən..." Hacı Ahmedov adlı Facebook istifadəçisi yazıb.

Elçin Bayramlı isə belə yazıb: "Bəzilərinin dediyindən belə çıxır ki, metroda fahişəxana açmalıyıq ki, pozğun avropalıların bizdən xoşu gəlsin. Bu camaat gmo yeməkdən zibilə dönüb, elementar əxlaq normalarını belə dərk edə bilmir".

Fotonun müəllifi Twitter

"Bu hadisə həm uşaqlarınız, həm metrodakı digərləri üçün həyatları boyunca gördükləri ən böyük tərbiyəvi dərs olacaq!" Elxan Agayev belə düşünür.

Sevinc İbrahimqızı Əsgərova: "Sizin kimilər çox olsa cəmiyyət düzələr. Bu gün mən də iki qıza aclqlanmışam. Qarşısında uşaq dayanıb. Heç biri yer vermədilər. Anaları yaşındayam. Mən durub yer verdim. Veclərinə də olmadı. Dedim: siz ana olmayacaqsız?"

Bəs siz necə düşünürsünüz, metroda öpüşmək olar, yoxsa jurnalist düzgün hərəkət edib?

Şərhlərinizi bölüşməyi unutmayın.

Əlaqəli mövzular

Bu barədə daha geniş