"Rusiyanı təhqir etməyi ağlından belə keçirmə!"

Screengrab of tweet by @KermlinRussia Fotonun müəllifi Twitter/@KermlinRussia
Image caption Rusiya sosial mediasında yayılmış bu şəkildə cənab Safronkov deyir: "Ey, mən danışanda üzümə bax!"

Rusiya sosial media istifadəçiləri BMT-dəki səfirlərinin britaniyalı həmkarına qarşı "qeyri diplomatik" müraciətini tənqid edirlər.

Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyadakı "kimyəvi hücumu" pisləyən səsverməsinə veto qoyub.

Rusiya səfirinin müavini Vladimir Safronkov Böyük Britaniya səfiri Matthew Rycroft-a deyib: "Mənə bax! Gözlərini qaçırma. Başqa yerə niyə baxırsan?" və əlavə edib: "Rusiyanı təhqir etməyi bir daha ağlından belə keçirmə!"

İstifadəçilər onun çıxışı zamanı "siz" əvəzinə "sən" deyə müraciət etməsinə diqqət çəkiblər.

Hakimiyyətə qarşı olan istifadəçilərdən biri Twitter-də Safronkovun "lotu" kimi təsvir olunduğu fotosunu paylaşıb.

Fotonun müəllifi Twitter/Bezizyanov

Rəssam @Bezizyanov Safronkovu Rusiya xarici işlər naziri və Xarici İşlər Nazirliyinin sözçüsünün arasında "briqada" kimi təsvir edib.

Safronkovun qaba sözləri Twitter-lə yanaşı VK-də də geniş yayılıb. Bir Telegram kanalı belə şərh yazıb: "Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı lotusu britaniyalı diplomata hürür".

Rusiyanın dövlət mediası isə səfirin britaniyalı diplomatı "susdurmasını" effektiv adlandırıb.

Bir İnstagram istifadəçisi isə Safronkovun müdafiəsinə gəlib: "Deyəsən unutmusunuz ki, o, ilk növbədə Rusiya vətəndaşıdır və bir çoxlarından fəqrli olaraq Vətənin maraqlarını müdafiə edən əsil vətənpərvərdir".

BBC Monitoring

Əlaqəli mövzular