Tacikistanda artıq prezidentə təkcə prezident müraciəti kifayət deyil

Screen grabs of Tajik Akhbor news programme displaying President Rahmon's full title Fotonun müəllifi Tajik TV
Image caption It takes a full 15 seconds for the president's title to scroll across the screen

Tacikistanda ötən həftə yeni qanun qüvvəyə minib. Belə ki, artıq dövlət televiziya kanalları prezident Emomali Rahmon-a rəsmi titulu ilə müraciət etməlidirlər.

Yəni, xəbər buraxılışlarında ölkə liderinə "Sülh və Milli Birliyin Qurucusu, Xalqın Lideri, Tacikistan Respublikasının Prezidenti, Zati-aliləri Emomali Rahmon" kimi müraciət olunacaq, Azadlıq Radiosu bildirib.

Əsas xəbər verilişlərində tam titulun ekranın aşağısında göstərilməsi üçün 15 saniyə lazımdır.

Jurnalistlər üçün sadəcə, "Xalqın Lideri" ifadəsi vaxt aparan bir hal kimi görünsə də, dövlət başçısının sözçüsü media orqanlarına bütün rəsmi məlumatlarda yeni qaydanın tətbiq olunmasını deyib.

Eyni qayda, dövlət tərəfindən idarə olunan xəbər agentlikləri və internet səhifələrinə də şamil olunur.

Yeni addım sosial mediada yumorla qarşılanıb.

İstifadəçilər, "aydakı adam", "kainatın yaradıcısı" və "taciklərin böyük rəhbəri" kimi ayamalarla fikir bildiriblər.

Bəziləri isə Tacikistanın, prezidentin titullarından daha çox problemləri olduğunu deyiblər.

"Bütün vətəndaşlarına iş və stabillik ver, sonra özünü nə istəyirsən, lap Qüdrətli adlandır," bir Facebook istifadəçisi şərh yazıb.

Azadlıq çatışmamazlığı

Liderlərə şişirdilmiş titullarla müraciət, Mərkəzi Asiyaya yad bir hal deyil.

Qazax mediası prezident Nursultan Nazarbayevə Yelbaşı (Xalqın Lideri) kimi müraciət etdiyi halda, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov da Arkadağ (Qoruyucu) titulundan həzz alır.

Prezident Rahmon 1992-ci ildən bəri postundadır və ölkə insan haqları və söz azadlığının olmaması ilə bağlı daim tənqid olunur. Prezidentə qarşı təhqir isə cinayət sayılır.

Sərhədsiz Reportyorların Dünya Mətbuat Azadlığı İndeksində Tacikistan, 180 ölkə arasında 149-cu yerdə qiymətləndirilib. İndeksdə bildirilir ki, "hədə-qorxu və şantaj azad jurnalistlərin gündəlik qorxusuna çevrilib".

Fotonun müəllifi AFP
Image caption Prezident Rahmon artıq bir neçə onillikdir ki, ölkənin rəqibsiz lideridir

Əlaqəli mövzular

Bu barədə daha geniş