Tarixiçilər Trump-a "dərs verir"

Trump Fotonun müəllifi Getty Images
Image caption Trump deyib ki, "tarixdə heç bir siyasətçi... onun qədər pis və haqsız münasibət görməyib"

ABŞ prezidenti Donald Trump, tənqidçilər tərəfindən ən pis münasibət görən siyasətçi olduğunu dilə gətirdikdən sonra, tarixçilər Twitter-də onu qınayıblar.

Çərşənbə günü Connecticut ştatında Sahil Mühafizəçilərinin məzun günündə çıxış edən Cənab Trump deyib: "Tarixdə heç bir siyasətçi, və bunu əminliklə deyirəm, bu qədər pis və haqsız münasibət görməyib."

Bu şərhlər cənab Trump-ın, keçmiş FTB başçısından sabiq Milli Təhlükəsizlik Müşaviri Michael Flynn-in Rusiya ilə əlaqələrinə dair araşdırmasını dayandırmaq istədiyi barədə iddialardan sonra səsləndirilib.

Prezident tərəfdarları Trump ilə Rusiya arasındakı sövdələşmə haqqında dəlil olmadığını və medianın prezidentə qarşı qərəzli münasibət bəslədiyini deyirlər.

Bəzi tarixçilər prezidentin ifadəsinə dərhal reaksiya veriblər.

Fotonun müəllifi TWITTER/@THEHISTORYGUY
Image caption Dan Snow: "İmperator Valerian bir döyüşdə əsir götürülüb, ayaq kətili kimi istifadə olunub, ərimiş qızıl içməyə məcbur edilib, sonra isə dərisi soyularaq müqəvva halına salınıb."

BBC tarix proqramlarının aparıcısı Dan Snow Twitter-də İmperator Valerian, Oliver Cromwell, Patrice Lumumba və II Edward da daxil olmaqla tarixdə ən pis davranışa məruz qalmış liderlərin adlarını çəkib və bu məlumatlar başqa istifadəçilər tərəfindən min dəfələrlə paylaşılıb.

Tarixçinin paylaşımlarına şərh yazan istifadəçilər, Nelson Mandela, Mahatma Gandhi və X Malcolm kimi görkəmli şəxsiyyətlərin qatlaşdığı əziyyətləri də qeyd ediblər.

Cənan Trump-n ifadəsinə cavab olaraq tarixçi Tom Holland Twitter-də yazıb: "Götürün bunu, Kleopatra!"

Fotonun müəllifi TWITTER/@GREG_JENNER
Image caption Greg Jenner: "Yuli Sezar dostları və həmkarları tərəfindən 23 dəfə bıçaqlanıb."

BBC-dəki Dəhşətli Tarix (Horrible Histories) sənədli seriyalı ilə tanınan Greg Jenner Twitter-də belə bir şey paylaşıb: "Ser Arthur Aston-n beynini öz taxta ayağı ilə əziblər."

Keçmiş tarixçi dosent yazıçı Jelani Cobb, 1989-cu ildə arvadı ilə birgə güllələnən Rumıniyalı siyasətçi Nicolae Ceaușescu-n həyatını qələmə alıb.

Cənab Trump-n ifadəsinə şərhində Cobb yazıb: "O, buranı teatr səhnəsi, özünü isə çarmıxa çəkilmiş sanır və podium və ketçap ləkəsindən istifadə edir."

Princeton Universitetinin Afrika-Amerika Elmləri üzrə bir professoru isə prezidentin sözlərini dəyişib: "Tarixdə məndən pis siyasətçi olmayıb."

Başqaları, güllələnən və ya qəsd olunan keçmiş ABŞ prezidentləri, eləcə də, əvvəlki prezident Barack Obama-n üzləşdiyi ittihamlar haqqında yazıblar. Cənab Trump Cənab Obama-n ABŞ-da doğulmaması ittihamını dəstəkləyənlərdən biri idi.

2016-cı ilin iyulunda Tarixçilər Trump-a Qarşı adlı bir petisiya mindən çox imza toplamışdı: "Tarix dərsləri bizi Trump-a qarşı çıxmağa məcbur edir."

Lakin, bəziləri prezidenti müdafiə edərək bildiriblər ki, medianın "ona qarşı haqsız münasibəti" fikri ilə razıdırlar və deyiblər ki, media "onun uğurlarını" heç vurğulamır.

"Mən bildiyim qədəri ilə Trump haqlıdır," bir nəfər söyləyib.

"Heç zaman prezidentə qarşı belə nifrətin şahidi olmamışam. Onlar faktlarla çıxış etmək qabiliyyətində deyillər. Sadəcə Demokratlara qarşı təbliğatdır," - başqa bir istifadəçi yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş