Tehranın küçə musiqiçiləri: "İndi isə baş örtüyünü çıxar..."

Tehran Fotonun müəllifi Twitter

Tehran küçələrində çəkildiyi iddia edilən videolarda gənc musiqiçilər rok musiqisi ifa edirlər.

Gənc qız və oğlanın gitarada ifa etdiyi videolar Twitter-də marağa və müzakirələrə səbəb olub.

Videoları paylaşan @arminarefi belə sual edir: "Bu, həqiqətənmi İrandır? Donald Trump-ın təcrid etmək istədiyi ölkə?"

"Ümid edirəm bu həqiqətən Tehrandır, çox əladır. İndi isə baş örtüyünü çıxar və saçlarını silkələ, qızcığaz", @kymmie5471 yazır.

@ankitphonix isə hesab edir ki, "media heç vaxt bu kimi şeyləri bizə göstərmir".

"Doğrudur. Biz mediada İranla bağlı yalnız pis şeyləri görürük, çünki media pis hadisələrə diqqət ayırır. Lakin İran insanlarında o qədər gözəlliklər var ki..." @Mwforhr razılaşır.

Fotonun müəllifi Twitter
Image caption @samtamiz isə Tehranda çəkildiyi iddia edilən başqa videonu paylaşaraq yazıb: "Tehranın küçə musiqiçiləri hamıdan yaxşıdır"

@citygirlabroad isə videoları izlədikdən sonra İrana getmək istədiyini deyir.

@SarahDemirci adlı istifadəçi İranda rok musiqisinin qadağan olması ilə bağlı maraqlanıb. "Onları küçədə musiqi ifa etdikləri üçün həbs etmirlər?" o təəccüblənib.

Bəzi istifadəçilər isə bundan narahat olduqlarını ifadə ediblər.

"Bütün qeyri-müsəlmanlar düşünürlər ki, qadınlar bədənlərini göstərdiyi zaman azad olurlar... Bədənlərini göstərmirlərsə, quldurlar... İyrənc", @majidhani yazır.

Əlaqəli mövzular

Bu barədə daha geniş