#PrayforTehran: Hücumdan sonra həmrəylik mesajları

Screen grab of tweet by @tameniyan Fotonun müəllifi Twitter/@tameniyan
Image caption Sosial media istifadəçiləri 7 iyun hücumlarının ardınca İranla həmrəyliyi nümayiş etdirən mesajlar paylaşıblar

Tehranda qoşa hücumdan sonra dünyanın müxtəlif ölkələrindən sosial media istifadəçiləri İranla həmrəylik mesajları paylaşırlar.

Çərşənbə günü parlament binası və Xomeyni məqbərəsi silahlı hücumlara məruz qalıb.

Nəticədə, azı 16 nəfər həlak olub.

Çoxları #prayforiran və #prayfortehran həşteqlərindən istifadə edərək həmrəylik nümayiş etdirirlər. Bəziləri bu hücumlara digər yerlərdə törədilən bənzər hadisələrə göstərilən reaksiya və münasibət bildirilməsinə çağırır.

İranlılar keçirdikləri sarsıntı və xof hissini ifadə etmək üçün sosial mediada "Tehran hücuma məruz qalıb" kəlməsindən istifadə edirlər.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma hücumlara görə məsuliyyəti üzərinə götürüb.

Bu qrup İranda hücuma görə ilk dəfədir ki, məsuliyyəti üzərinə götürür.

İran Suriyada İD və digər üsyançı qruplara qarşı hökümət qüvvələrilə birlikdə mübarizə aparır.

Fotonun müəllifi Twitter/@StylessBel

"Bu, onilliklər ərzində Tehranda törədilmiş ilk terror hücumudur, biz hamımız təəccüb və qəzəb içindəyik", - Twitter istifadəçilərindən biri deyib.

"Mən həmişə başqalarına çoxsaylı həşteqlər yazmışam, kim bilərdi ki, indi özümüz üçün eyni işi görəcəyəm", - iranlı Twitter istifadəçisi əlavə edib.

"Biz Tehran, Kabul, London, Paris və hamı ilə həmrəyik! Biz dünya üçün sülh istəyirik" - pakistanlı istifadəçi davam edib.

Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini "Tehranda hücumların qurbanlarına başsağlığı" göndərib.

"Bu, növbəti çox kədərli bir gündür. Dünyanın istənilən yerində baş verən terror hücumunu yaxından izləyirik", - Federica Mogherini bildirib.

Fotonun müəllifi Instagram/ehsan00989122050787

Cənubi Afrikadakı Rusiya səfirliyi isə bunu əlavə edib: "Tehranda törədilən terror hücumlarından sonra fikirlərimiz İran xalqının yanındadır. Qlobal təhlükəyə qarşı birlikdə olmağımız bizi güclü edir."

Lakin digərləri insanları susmamağa çağıraraq, sual edirlər ki, görəsən, dünya paytaxtlarının mərkəzi meydanlarında həmrəylik rəmzi kimi, bu dəfə də İranın milli bayrağı rənglərinin nümayişini seyr etmək mümkün olacaqmı?

Fotonun müəllifi Twitter/@Waqas_amjad

Ötən ay Manchester hücumundan sonra dünya boyu müxtəlif paytaxt şəhərlərinin mərkəzi meydanları çiraqbanlarla Britaniya milli bayrağı rənglərinə boyanmışdı.

Bundan əvvəl isə, eyni aksiyalar vasitəsilə qlobal həmrəylik nümayişi Paris və Brüssel hücumları ilə bağlı təşkil edilmişdi.

Bu hisslərə uyğun olaraq, ABŞ Xarici Əlaqələr Şurasının sədri Richard Haass prezident Trump-ı Tehranda törədilən hücumu ittiham edən bəyanat verməyə çağırıb.

"Terrorizmin pislənməsində ayrı-seçkilik ola bilməz", - Richard Haass yazıb.

Fotonun müəllifi Twitter/@RichardHaass

Əlaqəli mövzular

Bu barədə daha geniş