Rusiyalı milyarder rişxəndli memlərə görə iPhone paylayıb

Alişer Usmanov (solda) və Aleksey Navalnı (sağda) video üzündən ictimai ədavət aparırlar Fotonun müəllifi Alisher Usmanov/Alexei Navalny
Image caption Alişer Usmanov (solda) və Aleksey Navalnı (sağda) video üzündən ictimai ədavət aparırlar

Rusiyalı milyarder - Arsenal futbol klubunun səhmdarı - Alişer Usmanov, müxalifətçi fəal Aleksey Navalnıya qarşı ən yaxşı memi düzəldənlərə pulsuz iPhone telefonlar paylayıb.

Sərvəti 14 milyard dollar olduğu güman edilir cənab Rusiyanın aparıcı müxalifətçisi Aleksey Navalnı ilə sosial mediada ədavət aparır.

Çəkişmə Usmanovun Rusiyanın baş naziri Dmitri Medvedevə torpaq bağışlaması haqqında yayılan videodan sonra başlayıb. Materialı Navalnının Korrupsiyaya Qarşı Fondu hazırlayıb.

Alişer Usmanov Aleksey Navalnını videoda göstərilən məlumatların böhtan olması iddiası ilə məhkəməyə verib və May ayında məhkəməni udub.

'Üzünə tüpürüm'

Məhkəmə prosesindən əvvəl cənab Usmanov, cənab Navalnının filminə cavab olaraq iki video bloq yayımlayıb və opponentini "məğlub" və "yalançı" adlandırıb.

Videolar cənab Usmanova tuşlanmış zarafat və memlərlə qarşılanıb.

Bəziləri cənab Usmanovun videolardakı davranışını Xaç Atası filmindəki səhnələrlə oxşadıb.

Fotonun müəllifi Mr Setevik
Image caption Xaç Atası 2017

Başqa bir nəfərin holland rəssamı Margriet van Breevoort-n heykəlindən istifadə edərək yaratdığı mem isə Rusiyada çox məşhurlaşıb.

"Zhdun - "Gözləyən kəs" ləqəbi verilmiş bu əsərdə dəniz fili başlı və boz rəngli kök bir fiqur stulda oturub gözləyir. Bir çox sosial media istifadəçisi onu cənab Usmanov ilə müqayisə edib.

Fotonun müəllifi N Troitskaya

Bəziləri isə cənab Usmanovun videolarının ən son məşhur cümləsi "üzünə tüpürüm" ilə memlər hazırlayıblar.

Fotonun müəllifi Offliner
Image caption "Aleksey Navalnı Alişer Usmanovun filmini izlədikdən sonra"

Mem yarışı

Növbəti bloq postunda cənab Usmanov yazıb ki, o, memlərlə zəngin bütün şəkilləri bəyənib və cənab Navalnıya ünvanlanmış memlərdən ibarət yarışın başlamasını elan edib. Bildirib ki, qaliblər iPhone telefonları ilə təltif ediləcək.

O, ilk qaliblərin adını iyunun 5-i Rusiyanin sosial media şəbəkəsi VKontakte-də elan edib və söyləyib ki, yarışa 10 mindən çox şəkil göndərilib.

Fəqət, heç də hər kəs qaliblərin düzgün seçilməsi ilə razılaşmayıb. Rusiyanın tanınmış mədəniyyət səhifəsi Meduza, qalib memləri "qəribə" adlandırıb.

Bəzi Twitter istifadəçiləri isə razılaşıblar.

Bir Twitter istifadəçisi şərh verib: "Uşaqlar, Usmanov özü bəyəndiyi memləri seçib, sizin bəyəndiklərinizi yox."

Qaliblərdən biri olan və cənab Usmanovun cənab Navalnını "gəvəzə yox, həm də ən böyük gəvəzə" adlandırdığı mem üçün isə "gülməli deyil" deyə şərhlər gəlib.

Fotonun müəllifi AFP
Image caption "Navalnı gəvəzə yox, həm də ən böyük gəvəzədir"

Digər iPhone qalibi isə memində deyib ki, Cənab Navalnı həqiqəti danışmağa başlayanacan saqqal uzadacaq və uzun müddət gözlədikdən sonra, qalın tük kütləsi içindən səs gəlib "Lənət sənə, Aleksey!".

Fotonun müəllifi AFP

Ən maraqlısı isə dördüncü qalib memin cənab Navalnı ilə əlaqəsi olmamasıdır. Əksinə mem, cənab Usmanova ünvanlanıb.

Burada Kung-Foo Panda afişası üzərində cənab Usmanov "Kung-Tfoo Panda" - kimi göstərilib. "Tfoo" rus dilində tüpürmək ifadəsi mənasına gəlir.

Fotonun müəllifi Zhgun

Bu memin yaradıcısı müxalif yönümlü mem düzəldən @zhgun-dur.

Cənab Navalnı mem yarışı ilə bağlı heç bir fikir bildirməyib, lakin, Usmanova cavab videoları hazırlayıb.

Bu videolarda da o, rüşvətxorluq iddialarını irəli sürüb.

O, bir videosunda bildirib ki, məhkəmənin "iftira" adlandırdığı videonu silmək niyyətində deyil.

Adam Robinson, BBC Monitoring

Əlaqəli mövzular

Bu barədə daha geniş