Bakıda Formula 1 yarışları: "Qoy sakit yaşayaq”

Formula1 Fotonun müəllifi Aziz Karimov

Artıq ikinci ildir ki, Formula 1 üzrə yarışlar Bakıda keçiriləcək.

Keçən il Avropa Qran Prisi adıyla təşkil edilmiş yarışlar bu il Azərbaycan Qran prisi adlanır.

Bu il yarışlar 23-25 iyun tarixlərində keçiriləcək.

Sosial mediada bəzi istifadəçilər yarışların keçirilməsinə sevindiklərini bildirsələr də, bir çoxu narazılıqlarını çatdırıblar.

Xüsusilə də istifadəçiləri yarışların keçirilməsindən bir neçə gün öncə şəhərin mərkəzindəki əsas yolların və bulvarın bağlanması narahat edib.

"Təəssüf ki, F1 Bakıdakı normal həyatı ciddi şəkildə pozur və yerli sakinləri və biznesləri təzyiq altında saxlayır", Rashad Aliyev adlı Facebook istifadəçisi yazıb.

Fira Qasanova Talishinskaya isə yarış iştirakçılarının Bakıya gəlməsinə təəssüfləndiyini bildirib: "Yığıblar uje milləti boğaza. Qoy sakit yaşayaq", istifadəçi şikayətlənib.

İslam Qafarov isə belə bir təklif edib: "Azərbaycan avtoşlarını yığıb belə bir yarış keçirsəydilər, hamı bilet də alacaqdı, razı da qalacaqdı".

Fotonun müəllifi Aziz Karimov

"Başladı. Bu il Bakıda keçiriləcək Formula 1 yarışlarından öncə əsas yollar ictimaiyyətin üzünə bağlıdır", bloqqer @arzugeybulla tvit edib.

Formula 1 yarışlarının sahibi olan Liberty Media icraçı direktoru Greg Maffei bu ilin əvvəli Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham etmişdi.

Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı olan Bakı Şəhər Halqası isə cənab Maffei-in Bakı yarışı barədə tənqidi bəyənatından təəccübləndiyini bildirmişdi.

"Biz çox təəccübləndik, çünki keçən ilki Grand Prix-ni çox böyük uğurla həyata keçirdik", Bakı Şəhər Halqasının kommunikasıya şöbəsinin rəhbəri Nigar Arpadarai həmin vaxt bildirib.

Bu yarışlar sizin həyatınıza necə təsir edib?

Fikirlərinizi və təcrübənizi bizimlə bölüşməyə unutmayın.

Əlaqəli mövzular

Bu barədə daha geniş