Aziz Sancar: təkamül və Allah barədə dediklərim təhrif olunub

Aziz Sancar Fotonun müəllifi Getty Images
Image caption 2015-ci ildə kimyaçı alim Dr. Aziz Sancar-a Nobel mükafatı təqdim edilib

Nobel mükafatçısı kimyaçı alim Dr. Aziz Sancar onun adından yayılmış "Mən Allaha inanıram, istəyən təkamülə, istəyən Allaha inansın" cümləsi ilə bağlı şərh verib.

O bildirib ki, həmin gün o əslində "mən müsəlmanam və Allaha inanıram. Təkamülə inanmaq kimi bir şey yoxdur. Təkamül bir gerçəkdir və inam məsələsi deyil" deyib.

CNN Türk kanalının məlumatına görə, Sancar əlavə edib ki, onun Azərbaycanda səfərdə olarkən dediyi sözləri media "qəsdən yanlış çatdırıb".

Bəs əslində nə olub? "Bir gəncimiz elm və inam mövzusunda sual verdi. Ona bu cavabı verdim: "mən müsəlmanam və Allaha inanıram. Təkamülə inanmaq kimi bir şey yoxdur. Təkamül bir gerçəkdir və inam məsələsi deyil."

Bu hadisədən sonra Aziz Sancar mediaya müsahibə verməkdən çəkinir.

Alimin başına gəlmiş bu hadisə Twitter-in türkiyəli istifadəçiləri arasında geniş müzakirə edilir.

Cənab Sancar-ın sözlərinə dəstək verənlərin əksəriyyəti sadəcə onun mediaya yansımış fikirlərini foto və yazı şəklində paylaşıb. Tənqid edənlər isə müxtəlif fikirlər yürüdüb.

@goztepe_li yazıb ki, "[Aziz Sancar] elm adamlarının da, müsəlman ola biləcəyini göstərdi. Ona etiraz edenlər əslində ya alim deyil, ya da müsəlman deyil".

"Cübbəli tayfası sorğulamadan biət edər, Aziz Sancar təkamül həqiqətdir dedikdə onu dinsiz elan edərlər. Bu dünyaya nə faydanız oldu ki, sizin", @akbay_fuat bildirib.

@konseptualizm: "Hey bir söz etmədiyiniz Aziz Sancar qalmışdı. İndi onu da dilinizə doladınız. Kişi Nobel mükafatı almış bir elm adamıdır..."

@mutia_ekin isə deyir ki, "Aziz Sancar-ı anlaya bilmək üçün lazım olan: BEYİN"

@sezginturk: "Təhsil; elmi və dini bilgi fərqini öyrətməklə işə başlamalıdır, çox insan Aziz Sancar-ın bu ifadəsini anlamayacaq təəssüf ki."

@ozturkubrra: "Aziz Sancar kimi mən də enerjimizi saç-sancaq, mini ətək, başörtüsü, tatu kimi şeylərə xərcləməməyiz lazım olduğunu düşünürəm."

@omurkayaoz: "Bir bakteriyanın antibiotikə dayanıqlı hala gəlməsinin gözümüzün önündə həyata keçən bir təkamül olduğunu Aziz Sancar bilmirmi?"

"Aziz Sancar-ın "müsəlmanam" deməsinə sevinənlərin yarısından çoxu Allaha niyə inandığını bilmir.", @schach_novelle paylaşıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş