İslamın ən müqəddəs məbədi tvitləyir

Kəbə Fotonun müəllifi AFP

Twitter-də İslamın ən müqəddəs məbədinin adıyla bağlı hesab yaradılıb və onun öz emojisi var.

Kəbə Səudiyyə Ərbistanının Məkkə şəhərindəki böyük məscidin mərkəzində yerləşən daş binadır.

Bura qiblə adlanır, bütün müsəlmanların ibadət zamanı istiqamətləndikləri məkan.

@HolyKaaba (Müqəddəs Kəbə) çərşənbə axşamından bəri tvitləyir. İllik həcc mərasimində iştirak etmək üçün Məkkəyə təxminən iki milyon müsəlman gəlib.

Cümə axşamı @HolyKaaba-nın Kəbənin üzərindəki örtüyün dəyişdirilməsindən yayımladığı canlı video 14000-dən çox izlənilib və 400 dəfə paylaşılıb.

Fotonun müəllifi Reuters

Gözlənildiyi kimi Kəbənin intonasiyası hələ ki, ciddidir.

Kəbənin Twitter-dəki ilk bəyanatı belə olub: "Kəbə - İslamın sülh rəmzi".

İzləyicilər buna xeyir-dua və Qurandan ayələrlə cavab veriblər.

Kəbənin hesabı 2017-ci ilin mart ayında açılsa da, çərşənbə axşamından bəri 33 dəfə tvit edilib və 24 saat içində izləyicilərinin sayı 14000-dən çox olub.

Hazırda onun 16000-dən çix izləyicisi var.

Ən son tvit #Kaaba həştəqi və binanın emojisi ilə məsləhətlər verir.

Twitter hesabının rəsmiliyini təsdiq edən "mavi işarəyə" baxmaraq onu kimin idarə etdiyi məlum deyil.

"Hesabın Səudiyyə Mədəniyyət və İnformasiya Nazirliyinin yaratdığı hər hansı bir sosial media hesabına bağlı olmadığı görünür", BBC Ərəbcənin sosial media sksperti Fayzal İrşad bildirib.

Bundan əvvəl də məşhur binaların sosial mediada hesabları yaradılıb.

Twitter-də məşhur @big_ben_clock hazırda Big Ben təmirə dayandığ vaxt hər saat "BONG" tvitini edir.

Eyfel Qülləsi isə abidə ilə bağlı şəkil və mesajlar tvitləyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş