Rohinca fəalları tərəfindən olan paylaşımlar niyə silinir?

SHAH HOSSAIN Fotonun müəllifi SHAH HOSSAIN
Image caption Shah Hossain-in sosial media kanalları Myanmada baş verən münaqişələrdən sonra məhdudlaşdırılıb

Myanmadakı son münaqişələr zamanı bir qrup Rohinca fəalının sosial media hesablarının məhdudlaşdırılması, onların razılaşdırılmış kampaniya tərəfindən hədəfə alınıb-aılnmadıqları sualını ortaya çıxarıb.

Shah HossainSəudiyyə Ərəbistanında yaşayan tanınmış bir fəaldır. 2010-cu ildən bəri bir Facebook səhifəsini idarə edən Hossain Myanmanın Raxin əyalətində baş verən son hadisələri ətraflı şəkildə göstərən bəzi paylaşımlarının silindiyini görəndə təəccüblənib.

Paylaşdığı məzmunun əksəriyyəti şiddət təsvirləri olsa da, onlar ictimai maraq oyadıbsa paylaşmağa icazə var. Çünki, Facebook sosial şəbəkəsinin təlimatlarına görə, əgər şəkillər "sadist zövq üçün paylaşılan və ya şiddəti şöhrətləndirmək" üçün olarsa onların paylaşımı qadağandır.

"Biz çoxlu şəkillər əldə edirik, onların hamısı şiddət təsvirləridir. Biz bu şəkilləri dünyaya göstərməsək, bəs onda nə göstərək?"- Hossain BBC Trending-ə deyib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Rohinca müsəlmanları kimdir?

Paylaşımlar silinir

Hossain regionda, baş verən münaqişələrlə bağlı hesabları və videoları böyük sosial şəbəkələr tərəfindən silinmiş Rohinca fəallarından biridir. Və bu məsələ yalnız Facebook sosial şəbəkəsi ilə məhdudlaşmır. Hossain həmçinin, Youtube-da Arakan Xəbər Agentliyini də idarə edən fəallardan biridir.

"Orada təxminən 60,000 abunəçi var idi və Youtube qəfildən bu kanalı sildi. Bu, bizim sosial mediadan gözlədiyimiz bir şey deyil. Biz məsələni ön plana çıxarmağa çalışırdıq, ancaq sosial media platformaları bizi blokladı", Hossain deyir.

Trending Youtube sosial şəbəkəsi ilə əlaqə saxlayıb və şirkət deyib ki, kanalın qısa zaman ərzində bağlanmasına səbəb olacaq bir neçə etiraz alınıb, lakin onlar kanalı yenidən bərpa etmək barəsində qərar veriblər.

Fotonun müəllifi SHAH HOSSAIN
Image caption "Orada təxminən 60,000 abunəçi var idi və qəflətən Youtube sosial şəbəkəsi bu kanalı sildi", Hossain deyib.

Hossain-nin vurğulamağa çalışdığı şiddət və mübarizə dolu hekayələrlə dolu olan bir mürəkkəb bir məsələdir.

Keçən aydan bəri, 400,000 dən çox Rohinca müsəlmanı, BMT-nin etnik təmizlənməyə bənzətdiyi, Myanmanın Raxin əyalətindəki hərbi hücumdan sonra Myanmadan qonşuluqdakı Banqladeşə köçüb.

İnsan haqları qruplarına görə, hərbçilər Rohinca kəndlərini yandırırlar. Ancaq ordu, silahlıların hücumlarına cavab verdiklərini bildirirlər və mülki şəxsləri hədəf aldıqlarıını inkar edirlər.

Fotonun müəllifi Getty Images
Image caption Yüz minlərlə Rohinca müsəlmanları ölkəni tərk edib.

Facebook sosial şəbəkəsinin Shah Hossain-nin səhifəsindən sildiyi paylaşımların bəziləri şiddəti göstərir. Onlardan birində yerdə cansız uzanan qadınlar üçün bir qrup kişi qəbir qazır.

Başqa bir videoda isə, çılpaq və özünü itirmiş vəziyyətdə olan cavan oğlan göstərilir, başında dərin yara izi var və külə bənzər bir şeylə örtülüb.

Hadisə yerindəki kişilər deyir ki, silahlılar kəndlərə od vurduqdan sonra, oğlan yanğından xəsarət alıb.

BBC Trending, bu videolardan hər hansı birinin həqiqiliyini müstəqil olaraq yoxlaya bilməyib.

Yalnız Hossain-nin hekayəsi təcrid olunmuş deyil.

Silinən paylaşımlarından heç də hamısı şiddəti göstərmir.

Almaniyada fəaliyyət göstərən Rohinca fəalı Nay San Lwin, Raxin əyalətində yerli fəallar şəbəkəsini idarə edir. Lwin müntəzəm olaraq, Birma-dakı Facebook səhifəsində hadisə yerində baş verənlər barəsində eşitdiklərini ətraflı şəkildə şərh edir.

Lwin deyir ki, yalnız Birma ordusuna qarşı ittihamlardan ibarət olan mətnlər və şeirlər də silinib.

"Kuala Lumpur-dakı həmkarım ingilis dilində çox sadə xəbərlər paylaşır", o deyir, "Onlar Facebook sosial şəbəkəsi tərəfindən silinir və onun hesabı 72 saatlığına dondurulur."

Sosial şəbəkədə minlərlə izləyicisi olan fəal deyir ki, bəzən onlar onu təhqir də edir:

"Onlar məni ölümlə təhdid eləyirlər, çünki mən bütün bu məlumatı öz Facebook səhifəmdə paylaşıram."

Lwin inanır ki, paylaşımların silinməsi hökümət və hökümət dəstəkçiləri tərəfindən olan bir kampaniyadır və onlar sosial media şirkətlərinə fəallarının paylaşımları barəsində məlumat verərək, Rohicanı nüfuzdan salmaq istəyirlər. Bu ittihamı sübut etmək çətindir, ancaq insan haqları qrupları tərəfindən qəbul edilib.

Fotonun müəllifi Getty Images
Image caption Banqladeş sərhəd qoşunları, qaçqın düşərgəsinin yaxınlığındakı yoldan Rohincalı müsəlman qaçqınlarını "təmizləməyə çalışırlar. "

"Biz, tanıdığımız və ya birlikdə işlədiyimiz Rohinca fəallarından, onların Facebook Twitter sosial şəbəkələrindəki hesabları və ya paylaşımlarının silinməsi ilə bağlı məlumatlar alırıq", - Amnesty İnternational-un Birma üzrə araşdırmacısı Laura Haigh bildirib.

Haigh deyir ki, "bunun hardan gəldiyi və niyə baş verdiyi əslində bizə aydın deyil.

"Bizim fəallardan anladığımız şey, istər Facebook, istərsə də Twitterdə provayderlərin, fəalların paylaşımları ilə bağlı çox sayda şikayət almasıdır. Çox sayda paylaşımlar silinir və onlardan çoxu Raxin əyalətindəki vəziyyət barəsində məlumat verən fəalların paylaşımlarıdır. Bütün bunlar səhnələrin arxasında davam edən təbliğat müharibəsinin bir hissəsidir", o, əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş