Məşhur repçi Səudiyə Ərəbistanında yalnız kişilər üçün konsert verəcək

nelly

Musiqi Şərqlə Qərbi birləşdirməli olsa da, Səudiyyə Ərəbistanında əksinə, kişilərlə qadınları ayırır.

ABŞ-ın hip-hop ifaçısı Nelly və əlcəzairli müğənni Cheb Khaled 14 dekabrda Ciddə şəhərində birgə konsert verməyi planlaşdırırlar.

Lakin konsertin qapıları yalnız kişilərin üzünə açıqdır və buna münasibət əsasən müsbət olsa da, ölkədəki bəzi qadınları çox əsəbləşdirib.

Mövzu sosial mediada da geniş müzakirələrə səbəb olub.

@kidshop_ksa İnstagram-da belə sual verir: "Niyə yalnız kişilər üçün?"

Digər istifadəçi isə Nelly-nin İnstagram-da tədbirlə bağlı paylaşımına təxminən eyni münasibət göstərib: "Çox təəssüf ki, qızların ora gəlməsinə və sizi görməsinə icazə verilmir".

Bəziləri isə rep ifaçısının 2015-ci ildə marixuanaya görə, keçən ay isə cinsi təcavüzdə ittiham olunaraq həbs edilməsini əsas gətirərək onun konsertinə icazə verilməməli olduğunu bildiriblər.

Nelly kollec tələbəri tərəfindən irəli sürülmüş zorlama iddiasını rədd edib.

Lakin heç də hər kəs konsertə maraq sərgiləməyib.

Bir Twitter istifadəçisi yazıb: "Ya rəbbim, aramızdakı axmaqlara görə, bizi məsul bilmə. Ən pisi isə qızların bu konsertə getmək istəmələridir".

Əlaqəli mövzular

Bu barədə daha geniş