Dabbinqə görə səudiyyəli futbolçusunun "başı bəladadır"

Footballer dabbing Fotonun müəllifi @dawriplusksa

Futbol matçı vaxtı sosial mediada məyusluq və ya şəxsi fikir paylaşmaq qeyri-adi hal sayılmır.

Hərçənd ki, Səudiyyə Ərəbistanında peşəkar futbolçunun meydançadan kənardakı texniki zonada göstərdiyi bacarığı internetdə mübahisələrə səbəb olub.

3 yanvarda keçirilən görüş vaxtı Al Nojoom klubunun oyunçusu dab rəqsinin hərəkətlərini nümayiş etdirib.

Bəzi sosial media istifadəçiləri arasında bu hiddət doğurub.

Dawri Plus idman yayım kanalında "beş vur" təklifini qaytarmaqdan imtina edən futbolçunun bunun əvəzinə rəqs etdiyini görmək olar.

Arxa planda aparıcının " Yox, yox, yox" dediyini eşitmək olar. Hərçənd ki, bu şərhin dabbinqə aid reaksiya olub-olmadığını demək çətindir.

Dabbinqin narkotiklərlə əlaqəli imicinə görə bu mübahisəli rəqs Səudiyyə Ərəbistanında qadağan olunub.

Oyunçunun hüquqi məsuliyyətə cəlb olunub-olunmayacağı naməlum qalır.

Lakin ötən il dab rəqsini ifa edən müğənni müvafiq kliplərin yayılmasından sonra həbsə alınmışdı.

Dabbinq nədir?

Bu rəqsi ifa edilərkən bir qol düz qalır, digəri isə bükülərək alına yaxınlaşdırılır.

Dab hərəkətlərinin Amerikadakı Georgia ştatının Atlanta şəhərində yarandığı güman olunur.

Fotonun müəllifi NCNC

Tezliklə qlobal fenomenə çevrilən rəqs dünya boyunca yayılıb. Onu Norveç kral ailəsinin üzvlərindən tutmuş ABŞ siyasətçilərinədək ifa edənlər var.

Səudiyyənin Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə qurumu "rəqsin gənclər və cəmiyyətə" qarşı yaratdığı təhlükə ilə bağlı xəbərdarlıqla çıxış edib.

Bir çox sosial media istifadəçisi qadağadan agah olan futbolçunu "səfeh" hərəkətə görə qınayır.

"Onlar [narkotiklərlə mübarizə qurumu] bu hərəkətə qarşı mübarizə aparır, sən peşəkar bir oyunçusan, axı bunu niyə edirsən?

"Məxsusən sizin üçün, hörmətlə!" yazan daha bir istifadəçi postunda Narkotiklərlə Mübarizə üzrə Baş İdarənin saytına keçidi əlavə edib.

Daha bir şərhdə isə olaya o qədər də əhəmiyyət verməməyə çağırış əks olunur.

Bu barədə daha geniş