Niyə milyonlarla çinli kişi özünə yar tapa bilmir

Две китаянки Fotonun müəllifi Getty Images

Gender bərabərsizliyi Çin üçün böyük problemə çevrilib. Həyat yoldaşı tapmaq üçün çinli kişilərin yaşadıqları haqqında BBC Capital müxbiri danışır BBC Capital saytı xəbər verir.

Çində 30 yaşdan yuxarı olub evli olmayan kişilərə "shengnan" deyilir, mənası isə "geridə qalmış, lazımsız" deməkdir.

Onlar hələ həyat yoldaşı tapmalıdırlar və kişilərinin sayının qadınlardan çox olduğu ölkədə (və bu artmaqdadır) bunu bacarmaq bir o qədər də asan deyil.

Çində kişilərlə qadınların sayı arasındakı fərq, milyonlarla hesablanır. Bu, 2015-ci ildə dayandırılan "tək uşaq siyasətinin" nəticəsidir.

Gender bərabərsizliyinə görə, bir çox kişilər özlərinə yar tapmaqda çətinlik çəkirlər. Aradakı kəmiyyət fərqi isə getdikcə daha da artacaqdır.

Mütəxəssislərin hesablamalarına əsasən, 2020-ci ildə Çindəki subay kişilərin sayı 30 milyonu keçəcək.

Demoqrafik Gələcək (The Demographic Future) adlı kitabında siyasi iqtisadçı Nicholas Eberstadt 2030-cu ilə qədər 30 yaşlı çinli kişilərin dörddə birinin subay qalacağını qeyd edib.

Uyğun partnyor tapmaq üçün çinli kişilər arasında hazırda bir yarış mövcuddur.

Fotonun müəllifi Getty Images
Image caption Çində sevgili axtaran kişi, qadından qat-qat çoxdur və aradakı fərq getdikcə böyüyür

Doxsan doqquz iPhone - və yox

2015-ci ildə bir çinli biznesmen Şanxayda yerləşən bir tanışlıq agentliyini məhkəməyə verərək onları, 7 milyon yuan (1 milyon dollar) xərclədiyi halda hələ də münasib tərəf müqabili tapmamaqda ittiham edib.

Cənubda yerləşən Quançjou şəhərində yaşayan bir kompüter proqramçısının, sevdiyi qızın evlilik təklifini qəbul etməsi üçün 99 iPhone aldığı deyilir. Təəssüf ki, o rədd cavabı alır.

Hadisənin şəkilləri sosial mediada geniş yayılır və şiddətlə qınanılır.

Problemin bir hissəsi yeni insanlarla tanışlığın köhnə - eləcə də yeni - üsullarının işə yaramamasıdır. Çinlilərin Yeni İli, subaylar üçün həmişə əlverişli məqam kimi qiymətləndirilib. Yanvarın sonu başlayıb fevralın ortasınadək davam edən festivallar ərəfəsində bir çoxları qohum və dostlarının evlərinə baş çəkir. Bu da subayların tanışlıq şanslarını artırır.

Fotonun müəllifi Getty Images
Image caption Çin Yeni İli ərəfəsində partnyor tapmaq təzyiqi daha da artır

Lakin, bu qədim ənənə yerini müasir üsullara verib. Çində internet tanışlığı getdikcə daha geniş yayılır.

"Çində son illər, Qərbdə bilinən üsullarla tanış olmaq halları artmaqdadır," Jun Li deyir. "Gənc nəsillərin daha çox seçimi var və daha çox valideynlərin sözünə yox, öz ürəklərinə qulaq asırlar."

Jiangsu vilayətinin Suzhou şəhərindən olan Jun Li, 20 yaşlarında gənc və subay qadındır. O, subay kişilərin görüşlər üçün təşkilatçı şirkətlər vasitəsilə ictimai əyləncə yerlərini kirayələdiyinin artdığını deyir.

Bəzi kişilər isə psixoloq və stilistlərə müraciət edirlər. Tələbkar valideynlərin suallarında qurtulmaq üçün bəzi kişilər Hire Me Plz. kimi proqramlardan istifadə edərək saxta sevgililər kirayələləyirlər.

Fotonun müəllifi Alamy
Image caption Müasir tanışlıq Çindəki qadınlar üçün daha çox imkanlar yaradır. Sürətli qida yemək tanışlıq tədbiri

Çinin, adətlərin hakim olduğu daha ucqar ərazilərində vəziyyət daha çətindir. Belə ki, kişi maddi baxımdan ailəsini təmin edəcək vəziyyətdə olmalıdır ki, evlənə bilsin.

30 yaşlarında və hazırda evli olan qadın Hong Yang, bunu Çinin "qaynana iqtisadiyyatı" adlandırır. "Əgər ailə qurmaq istəyirsə, gələcək qaynana ilk öncə ev almağı tələb edir. Son illərdə ev qiymətlərinin artımı da bununla bağlıdır," o deyir.

Kişilərin maddi çətinliyi, qadınlardan da yan keçmir. Bu, evliliyin maddi tərəflərinə görə kişilərin daha gec evlənmək istəməsinə səbəb olur. Ailə qurmaq haqqında qərar verdikdə isə, onlar daha gənc qadınlara üstünlük verirlər. Çinli ailələrdə yaş fərqinin 10 və 20 il arası olması adi haldır.

Fotonun müəllifi Getty Images
Image caption Jun Li deyir ki, tanışlıq tədbirlərinə qoşulan kişlilərin sayı artır

Əlbəttə ki, əksi də mümkündür. Yaxşı təhsil almış və maddi baxımdan aza qadınlara "istənməyən qızlar" deyilir. 30 yaşlarında evli olan qadın Heather Ma deyir.

Valideyn günahkardır

Valideynlər partnyor tapmaq üçün ən böyük təzyiq mənbəyidirlər.

"Valideynlər düşünür ki, onlar, yetkin övladlarının ailə qurmasından cavabdehdirlər," Sucjou-da yaşayan 39 yaşlı evli kişi Roger Zhou söyləyir.

Bu isə başqa bir problemə yol açır. Valideynlər hər şeyə daha çox baş qoşurlar.

"Valideynlərin təşkil etdiyi kor-koranə tanışlıq, çox məşhurdur," 32 yaşıl subay qadın Melinda Hu deyir. "Onlar subay qız və oğlanlarına görə ictimai qınağa tutulurlar. Buna görə də, xüsusilə, qız valideynləri 30 yaşadək evlənsin deyə onları istənilən tanışlığa vadar edirlər."

Fotonun müəllifi Getty Images
Image caption Valideynlər Şanxaydakı evlilik bazarında yarışda iştirak edirlər...

Bir də evlilik bazarları mövcuddur. Ölkənin ən böyük bənzəri bazarlarından biri Şanxayda yerləşir.

Burada valideynlər, övladlarının gəliri, təhsili və şəxsiyyəti ilə bağlı detalları əl ilə yazılmış elanlar şəkilində təqdim edirlər. Bəzi valideynlər hətta, heç bir nəticə əldə etmədən illərlə bazara gedirlər.

İnsanların hansı yolla tanış olması və kişilərin sevgili tapmaq üsulları, maddi təminatın praktik cəhətlərindən daha çox sevgini vurğulayır.

Məsələn, Jun Li deyir ki, o, evlənmək üçün tələsmir və "qəlbinin sahibini" gözləməyə üstünlük verir.

Dünyanın hər yerində olduğu kimi Çində də sevgi, universal qaydalara dayanır.

  • Bu məqalənin orijinalını ingilis dilindəBBC Capital. saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular