Öz-özünə danışmaq uğurun ilk əlamətidir

Reflection Fotonun müəllifi Getty Images

Londonda işləyən bir diş həkimi insanların ağzına baxmağı dayandırıb, öz ağzını işə salmağa başlayıb. Nəticəni isə yəqin ki, hər kəs çeynəyə biləcək.

Eugene Gamble stomatoloq kimi vaxtını uzun müddət Londonda başını aşağı salıb işi - insanların dişi ilə məşğul olmaqla keçirib.

Sonra isə üç il əvvəl o, həyatının işindən imtina edib, sahibkar olmaq qərarına gəlib.

Amma bir problem var idi: biznes bacarığına malik deyildi.

İdeyaları reallaşmadıqca, onun özünə olan güvəni də sarsılırdı.

Yenidən işinə qayıdıb diş düzəltməklə məşğul ola bilərdi, lakin, biznes dünyasında uğur qazanmaq əzmində idi.

Buna görə də o, biznes məşqçisindən təlim almaq qərarına gəlir və məşqçinin ona verdiyi ilk məsləhət çox qəribə olur.

"O, mənə dedi ki, ucadan danış," artıq zəngin insanlar üçün daşınmaz əmlak üzrə yatırımlar ilə bağlı kömək edən Gamble deyir.

Elədir ki var. O, öz-özünə danışmağı öyrənir.

"Qəribə idi çünki, mənim üçün tamamilə yeni bir şey idi," o deyir.

"Bunun işə yarayacağına inanmasan da, sınadım və ilk andaca hər şey ağlıma batdı."

Öz-özünə danışmaq qəribə görünə bilər. Çünki, adətən belə insanların ruhi xəstə olduğunu düşünürük.

Halbuki, özlüyündə ucadan danışmağın yaddaş, əminlik, diqqət və s. kömək etdiyi ilə bağlı araşdırmalar artmaqdadır.

Fotonun müəllifi Getty Images
Image caption Öz-özünə danışmaq insanı, söhbətlərin ən maraqlı simasına çevirir

"Bu, heç də irrasional bir şey deyil," Wisconsin Universitetinin psixologiya üzrə dosenti Gary Lupyan deyir. O, öz-özünə danışmağın yaddaşa təsirin araşdırıb.

"Ağzından çıxacaq növbəti fikirdən xəbərsiz olursan, hətta özünü təəccübləndirə də bilərsən."

Onun işi, bu sahə üzrə ən çox araşdırılan bir mövzudur: insanların yaddaşı kompüter ekranında əşyalara baxaraq müəyyən edilir. Onların bəzilərindən gördükləri şeyi ucadan demək, bəzilərindən isə sakit qalmaq tələb olunur.

Nəticə? Sözləri ucadan deyən insanlar, əşyaların ekrandakı yerini daha tez müəyyənləşdirə bilirlər.

Başqa bir oxşar sınaqda insanlardan mağazada satılan ümumi məmulatların adlarını ucadan demək istənilir.

Sonra isə onlar şəkillərə baxaraq həmin məmulatları tapmalı olublar. Adları ucadan çəkən insanlar, qidaları daha sürətlə tapa biliblər.

Hamımız bananın görünüşünə bələdik, fəqət, sözü ucadan demək beynimizin həmin şey haqqında əlavə məlumatı işə salmasına kömək olur.

Biz əlbəttə ki, mağazada bananı tapacağıq, lakin, ucadan onun adını çəkmək prosesi daha da sürətləndirəcək.

"Adları ucadan çəkmək, nəyisə axtararkən güclü təkanverici amilə çevrilir," Lupyan deyir

"Elə bilin ki, bu, beyninizdə yığılan informasiyaya tuşlanmış bir əqrəbdir. Adı eşitmək nəyisə yada salmaq ilə müqayisədə, həmin şeyi beynimizdə daha da qabardır. Dil isə bu prosesi sürətləndirir.

Fotonun müəllifi Getty Images
Image caption Uşaqlar həmişə özlüyündə danışırlar - yəqin ki, bildikləri bir şey var

Bu yolla özünü daha yaxşı hiss etmək olur

Keçmiş psixoloq hazırda isə yazıçı və spiker Anne Wilson Schaef, tez-tez müştərilərinin öz-özünə danışmağa şövq edirmiş. Bu, müştərilərinin yaddaşını gücləndirməklə yanaşı, həm də onların əhvalını dəyişirmiş.

Məsələn, əgər müştəri acıqlı olarsa, buna səbəb olan şey haqqında ucadan danışmağı məsləhət görərmış. Bununla da əsəb, yox olarmış.

O inanır ki, bu, sözləri eşitməkdən asılıdır.

"Hamımız maraqlı, savadlı, bizi yaxşı tanıyan və həmişə tərəfimizi tutan biri ilə danışmağı çox xoşlayırıq, bu insan isə elə özümüzük," o deyir.

"Yəqin ki, tanıdığımız ən maraqlı insan özümüzük. Özümüzü tanımaq və hisslərimizə bələd olmaq, inkişaf etməməmizə kömək edə bilər."

Araşdırmalar Schaerf-n haqlı olduğunu göstərir.

2014-cü ildə Michigan Universitetindən Ehtan Kross, bir məqalə dərc edir.

Məqalədə deyilirdi ki, öz-özünə danışmaq bizim özümüzlə bağlı əhvalımızı yaxşılaşdıra və çətin anlarda güvənimizi itirməməyə kömək ola bilər.

Fəqət, bunun işləməsi üçün düzgün sözlərdən istifadə etmək lazımdır.

Bir neçə həmkarı ilə birgə Kross, müxtəlif eksperimentlər aparıb.

İnsanlardan ya öz adını, ya da "sən" və "o" deyərək emosional təcrübələrini təsvir etmək istənilib.

O müəyyənləşdirib ki, birinci şəxs kimi müraciətdən daha çox ikinci və ya üçüncü şəxs kimi danışmaq, insanların hisslərinə və fikirlərinə hakim olmasına səbəb olur.

Nəticəsini Harvard Biznes İcmalında dərc başqa bir tədqiqatda Kross, insanlardan çıxışa hazırlaşarkən özlərinə sakitcə ikinci və ya üçüncü şəxs kimi müraciət edərək danışmağı istəyir.

Nəticədə bu insanlar, özlərini birinci şəxs kimi müraciət edənlərdən daha əmin hiss ediblər və daha yaxşı çıxış edə biliblər.

Nəticələr o qədər təsirli olur ki, Kross, artıq kiçik qızının gərgin zamanlardan özünə üçüncü şəxs kimi müraciət etməyə məcbur edir.

Öz-özümüzə danışmağın başqa xeyirləri də var.

"Bizim əldə etdiklərimiz, öz-özünə danışmaq üzrə aparılan geniş miqyaslı araşdırmaların kiçik bir hissəsidir."

"Özünə birinci şəxsdə müraciət etməmək, təkcə stress zamanı özünü ələ almaq və hisslərini cilovlamağı bacarmağa yox, həm də daha yaxşı nəticə çıxarmağa kömək edir."

Şəkil: Özünə üçüncü şəxsdə müraciət etmək təşəxxüslü səslənsə də, Kross-a görə bu, işləri daha yaxşı həyata keçirməyə şövq edə bilər

Fotonun müəllifi Getty Images
Image caption Özünə üçüncü şəxsdə müraciət etmək təşəxxüslü səslənsə də, Kross-a görə bu, işləri daha yaxşı həyata keçirməyə şövq edə bilər

Əzələ yaddaşını yaxşılaşdırır

Gamble özünə üçüncü şəxs kimi müraciət etməsə də, - bu ona qəribə gəlir - məşqçisi ona özünü təsdiq ilə bağlı sözləri təkrarlamağı tapşırıb. Misal üçün "əlindən gələni etmə, nə lazımdırsa, onu et".

O, məsləhəti qulaq verir və bu yaxşı da nəticə əldə edir.

Öz-özünə danışmaq onun təqdimat çıxışları üçün də əlverişli olub.

Varlı bir yatırımçı ilə görüşməmişdən qabaq o, təqdimatını ucadan oxuyur.

Gamble əvvəlcə çıxışını bir yerə yazır, sonra isə onu dəfələrlə ucadan oxuyur və beləliklə lazımı düzəlişləri də edə bilir.

O deyir ki, özünü eşitmək fikirlərini nizamlamaq üçün əla vasitədir.

Belə olduqda həm də təqdimat daha yaxşı yadında qalır.

"Bu, əzələ yaddaşıdır," o deyir.

"Eynən piano öyrənməyimə oxşayır. Bütün əsəri tam mükəmməl ifa edənədək dəfələrlə çalardım."

Ucadan öz-özünə danışmaq qeyri-adi qarşılanır - ictimai yerlərdə belə görünmək istəmərik - və buna görə də çoxumuz bundan qaçırıq.

Lakin, uşaqlar edirlər. Və uşaqların bunu etməsi inkişaflarının ən mühüm hissəsidir.

Bir çox araşdırmalar da bunu təsdiq edir. 2008-ci ildə, məsələn, bir araşdırma göstərmişdi ki, öz-özlərinə danışan beş yaşlı uşaqlar tapşırıqları danışmayanlardan daha yaxşı yerinə yetirirlər.

Gamble inanır ki, o özündən həmişəkindən daha çox razıdır.

Diş həkimindən uğurlu sahibkarlığa gedən yolda bir çox amillərin təsiri olsa da, mütləq ki, öz-özünə danışmaq da rol oynayıb.

"Bəzən geri çəkilib baxıram və düşünürəm ki, bu doğurdanmı baş verir, həqiqətəmi təsirlidir?" o deyir.

"Sizə deyim ki, indi üç il bundan qabaqkından daha yaxşı imkanlara sahibəm. Özümlə söhbət heç şübhəsiz ki, nəticəsini göstərir."

Əlaqəli mövzular

Bu barədə daha geniş