Bu fəndlər sizi daha cazibədar göstərəcək

Clooney Fotonun müəllifi Getty Images

Otağa daxil olduğunuz ilk andan insanlar haqqınızda fikir yürütməyə başlayır. Xoşbəxtlikdən sizi cazibədar göstərməyin yolları var.

Bir çoxumuz bu hala şahidi olmuşuq - yad insanlarla dolu otağa girib, oradan 10 yeni dostla ayrılan və növbəti gün nahar yeməyinə dəvət olunan şanslı insan.

Cazibədarlar. Bəzilərimiz dayanmadan çalışdığımız halda, bəzilərimizi asan xoşagəlimli edən nədir? Əksəriyyətimiz cazibənin bir vergi olduğuna inansaq da, bunun arxasında inanılmaz dərəcədə elmin gücü yatırmış.

Bizim başqa insanları ələ almağımız və onlar üzərində təsirimiz, hətta onlarla görüşməmişdən əvvəl başlaya bilər.

Bir araşdırma göstərib ki, biz adətən görüşdüyümüz insanlar haqqında görünüşlərinə görə mühakimə yürüdürük.

Princeton Universitetindən psixologiya üzrə professor Alexander Todorov, insanların xoşagəlimliliyi, etibarlılıq və səriştəliliyi haqqında ilk 10 saniyədən daha az vaxtda mühakimə yürüdə bilir.

Fotonun müəllifi Getty Images
Image caption Təbii cazibəyə sahib James Bond, hər şeyi əldə edə bilib

"Üstünlük kimi bəzi şeylər daha çox morfoloji xüsusiyyətlər ilə əlaqəli olsalar da, etibarlılıq və hətta cazibədarlıq kimi şeylər üz ifadəsindən asılıdır," Face Value: The Irresistible Influence of First Impressions (Nominal Dəyər: İlk Təəssüratların Dəfedilməz Təsiri) adlı kitabın müəllifi Todorov deyir.

Süni görünən bir şey haqqında kəskin mühakimə yürütmək tələskənlik kimi görünsə də, biz hiss etmədən bunu tez-tez edirik.

Və bunun ciddi nəticələri də ola bilər. Məsələn, kimə səs verəcəyiniz barəsində düşdüyünüz təsir. Bir tədqiqat göstərib ki, üz görünüşü ABŞ Senatına seçkilərin nəticələrini müəyyənləşdirə bilər.

Eynilə də qabiliyyət ilə bağlı olan üz xarakteristikası Bolqarıstan, Fransa, Meksika və Braziliya siyasətçilərinin seçimində uğurlu rol oynayıb.

Kiminsə siması haqqında rəy bildirmək, bizim maliyyə qərarlarımıza da təsir göstərə bilər. Bir sınaqda, daha az etibarlı görünən şəxslərə borc verən səhifələrın daha az borc verdiyi müəyyənləşib. Borcverənlər, əllərinin altında borc götürənin işi və kredit tarixçəsi ilə bağlı məlumat olsa da, xarici görünüşə üstünlük verirmişlər.

Üzünüzü xoşbəxt göstərin

Təbii ki, üzünüzün fiziki quruluşunu idarə etmək mümkün deyil, lakin ifadələrinizi hakim olmaq və gülümsəmək öz əlinizdədir. Todorov, statistik məlumlatlardan seçdiyi modellər sayəsində üzü daha çox etibarlı göstərə bilən alqoritmlər qura bilib.

Onun işinə əsasən, daha xoşbəxt görünən üzə inam da daha çox olur.

"İnsanlar gülümsəyən üzü daha etibarlı, xoş və ünsiyyətcil qarşılayır," Todorov izah edir.

"Bu təəssüratları zənginləşdirməyin ən böyük yollarından biri emosional ifadələrdir. Əgər modellər içində daha etibarlı və ya ekstrovert simaları sezsəniz, onların xoşbəxt üz ifadəsi ilə qarşılaşacaqsınız."

Fotonun müəllifi Getty Images
Image caption Bizim başqa insanları ələ almağımız və onlar üzərində təsirimiz, hətta onlarla görüşməmişdən əvvəl başlaya bilər

İlk təəssüratımızın uğurlu alınmadığı vəziyyətlərdə isə həmişə bir ümid yeri var - biz ilkin sərt mühakiməmizin unudulması üçün insanların qəlbini ələ ala bilərik.

"Yaxşı tərəf budur ki, biz görünüş əsasında formalaşan ilkin rəyi asanlıqla dəf edə bilirik," Todorov deyir.

"Siz, haqqında yaxşı məlumat aldığınız insan ilə görüşərkən onun görünüşü ikinci plana keçir."

Əgər kimdəsə güclü təsir yarada bilsəniz, ilk görüşdəki təəssürat neqativ olsa da belə, işiniz alınacaq.

Cazibənizi istiqamətləndirin

Artıq cazibə işə düşə bilər. The Charisma Myth (Xarizma Əfsanəsi) adlı kitabın müəllifi Olivia Fox Cobane, cazibəni xoşagəlimlilik və "başqası ilə münasibətdə ürəyəyatımlılıq" kimi izah edir.

Məşhur təsvirlərin əksinə, xoşagəlimli olmaq biznesdə öz faydasını göstərə bilər. Daha çox ünsiyyətcil olan sahibkarlar daha uğurlu və daha çox xoşagələn işçilər işdə daha sevimli olurlar. Massachusetts Universiteti tərəfindən aparılan bir araşdırmada, menecerlərin daha xoşagəlimli və daha əsaslı arqument irəli sürə bilən daxili auditorlar ilə razılaşdığı üzə çıxıb.

Seattle Universitetindən idarəetmə üzrə fəlsəfə professoru Suzanne de Janasz deyir ki, son illərdə təşkilatlar qədimi və iyerarxiya quruluşundan qaçdıqlarına görə işdə ünsiyyət bacarıqları daha mühüm olmağa başlayıb.

"Qruplarda işləmək və rəsmi titula olub-olmasa belə, təsir göstərmək qabiliyyəti daha münasib və vacib hesab olunmağa başlanılıb," o deyir.

Fotonun müəllifi Social Perception Lab/Princeton University
Image caption Şəkil: Xoşbəxt sima, sizi daha etibarlı göstərə bilər

Ən yaxşısı isə özünüzü cazibədar olmağa alışdıra bilməkdir. Keçmiş FBI agenti, psixoloq, hazırda xoşagəlimlilik üzrə mütəxəssis və The Like Switch (Bəyənmə Düyməsi) adlı kitabın müəllifi Jack Schafer, tək qalmağa üstünlük verən, amma kamera qarşısında son dərəcə ünsiyyətcil olmağı öyrənən Johnny Carson-u misal gətirir.

Uzun illər The Tonight Show (Bu Gecə Şousu) verilişinin keçmiş aparıcısı kimi çalışmış Carson, müsahibələrdən yayınarmış və bir dəfə LA Times-a deyibmiş ki, 98% halda verilişdən sonra, birbaşa evə gedir.

"Carson özünü ekstrovert olmağa alışdırmış kəskin introvert olub," Schafer deyir.

"Veriliş bitər-bitməz o, evə gedərmiş. Lakin, televiziyada gülüşü və zarafatları ilə tanınırdı."

Yuxarı qalxan qaşlar

Daha cazibədar görünmək üçün başqa nə edə bilərik? Schafer-ə görə, cazibə, sadəcə qaşların qalxması ilə başlayır.

"Beyinlərimiz mütəmadi olaraq dost və düşmək siqnalı axtarışında ətrafı nəzərdən keçirir," o deyir.

"Kimə isə yaxınlaşarkən düşmən siqnalları ötürməmək üçün edə biləcəyimiz üç mühüm şey var: qaş tərpətmək - saniyənin altıda biri qədər vaxt aparan qaşların sürətlə qalxıb enməsi - başı cüzi yana əymək və gülümsəmək."

Girişi belə uğurla başa vurduqdan sonra, mütəxəssislərin də razılaşdığı kimi növbəti addım qarşınızdakı insan haqqında danışmaqdır.

"Dostluğun qızıl qaydası budur: insanlara özləri barəsində nə qədər xoş sözlər söyləsəniz, bir o qədər də sizi bəyənəcəklər," Schafer deyir.

Cobane bununla razılaşsa da, bildirir ki, bu yalnız qarşınızdakı insana həqiqi marağınız olduqda baş verir.

"Qarşı tərəfin daxili dünyaya daha çox bağlı biri olduğunu təsəvvür edin," o söyləyir.

"Bu cür xasiyyətə malik insanlar, onlar haqqında daha çox öyrənmək istədikcə daha cəlbedici olurlar. Sizdə onların manevr və şəxsiyyətlərinə qarşı həqiqi maraq yaranacaq."

Əgər bu baş tutmazsa, maraq da süni forma alacaq.

"Bu halda, onların gözlərindəki müxtəlif rənglərə köklənin," o təklif edir.

"Həmin səviyyədə göz təması, maraq təəssüratı oyadacaq."

Schafer deyir ki, özündənrazılıq da qarşıdakı insanın haqqınızda rəyinə təsir göstərir.

"Bir dəfə liftdə bir tələbə gördüm və özündənrazı görünürdü," o izah edir.

"Ona, 'deyəsən yaxşı gün keçirirsən' dedim. O isə həftələrlə oxuduğu imtahanını uğurla keçdiyini dedi. Bu dəyişiklik, onu özü haqqında daha yüksək fikirli etmişdi."

Söhbət etdiyiniz adam haqqında məlumatlı olmaq, sizi daha təsirli göstərə bilər.

"Birbaşa tərif əvəzinə, insanların özünü tərifləməsi üçün zəmin yaratmaq lazımdır," o deyir.

"Sizin yaşınızı biləndən sonra, belə bir şey desəm, '30 yaşınızdasınız və BBC üçün yazırsınız? Belə gənc yaşda bunu hər adam bacara bilmir'. Bu zaman siz özünüzdə psixoloji əminlik formalaşdıracaqsınız."

Vəziyyəti əlaqələndirərkən - bir çoxunun qaçdığı məqam - həmsöhbətiniz haqqında eşitdiyiniz bir şeyi mövzu kimi təqdim etmək də mümkündür.

"Məsələn, 'eşitmişəm ki, başınıza çox maraqlı bir hadisə gəlib, onu sevə-sevə dinləyərdim' deyə bilərsiniz," Janasz təklif edir.

Ortaq yanları aşkarlamaq

De Janasz həmçinin, fikirləriniz fərqli olsa da, ortaq yanları qabartmağı təklif edir. Cazibədar insanlar ortada heç bir şey olmadığı halda belə, ünsiyyətdə olduqları insanlarla ortaq tərəf tapa bilirlər.

Fotonun müəllifi Getty Images
Image caption Psixoloq və keçmiş FBI agenti Jack Schafer, tək qalmağa üstünlük verən, amma kamera qarşısında son dərəcə ünsiyyətcil olmağı öyrənən Johnny Carson-u misal gətirir

"Əgər razılaşmırsınızsa, münasibətinizi irəli sürməmişdən qabaq qarşınızdakı insana qulaq asmağa çalışın," o deyir.

"Ola bilsin ki, heç razı deyilsiniz, amma diqqət etsəniz bir neçə şey ilə bağlı eyni fikri paylaşdığınızı sezə bilərsiniz. Ən azından prinsip naminə."

O əlavə edir ki, cari hadisələr və sənaye xəbərlərində xəbərdar olmaq da yaxşı fikirdir. Adətən insanları birləşdirən bənzəri şeylər olur. Schafer həm də, ortaq yanları müasirlikdə (Californiadansınız? Mən də Californiadanam), müvəqqətilikdə (Gələn il Californiaya baş çəkməyi planlaşdırıram) və ya əvəzedicilikdə (Qızım Silicon Vadisində yerləşən bir şirkətdə işləyir) axtarmağı məsləhət bilir.

Onların bədənini diqqətdən yayındırmayın

Digər insanın bədən dilini əks etdirmək, xoşagəlimliliyin başqa bir açarıdır. İnsanlar söhbət edərkən bir-birlərinin hərəkətini təkrarlayırlar. Bu isə qarşılıqlı uyuma işarədir, Schafer deyir.

"Siz bundan istifadə edərək onları bəyəndiyiniz barədə siqnal göndərə biləriniz," o deyir.

Bu, söhbətin necə keçdiyini yoxlamaq üçün də yaxşı vasitədir. Vəziyyətinizi dəyişirsiniz və həmsöhbətiniz sizin etdiyinizi təkrarlayırsa, demək ki, hər şey yaxşı keçir. Satışda işləyənlər vəziyyəti əvvəldən bu cür ələ ala bilərlər.

Əgər yeni ən yaxşı dostunuzla münasibətinizi daha uzunömürlü etmək niyyətindəsinizsə, Schafer-in Hansel və Gretel adlandırdığı vasitəyə əl ata bilərsiniz. Bir çoxumuzun etdiyi ümumi səhv, özümüz haqında birdən daha çox məlumat verməkdir. Bu isə onları yora bilər. Schafer, özünüz haqqında az-az məlumat verməyi tövsiyə edir ki, onların marağı davamlı ola bilsin.

"Münasibətinizin cansıxıcı olmaması naminə, haqqınızdakı məlumatları yavaş-yavaş üzə çıxarın," o izah edir.

Fotonun müəllifi Alamy
Image caption Qaşınızı ani qaldırıb endirmək doğru siqnallar göndərə bilər, lakin qəribə görünməmək üçün gülümsəməyi unutmayın

Bəzi qaçılmaz vəziyyətlər də var ki, kiminsə sizi mümkün qədər tez bəyənməsini istəyəcəksiniz. Bu halda, 20 illik FBI karyerasına insanların sirlərini faş etmək də daxil olan Schafer-in şəxsi suallara cavab almaq fəndləri işə yaraya bilər.

"25-30 yaşlı biri kimi görünürsən" kimi ehtimal fikirləri, adətən digər şəxsin "Hə, 30 yaşımdayam" təsdiqi və ya "35 yaşım var" düzəlişi ilə nəticələnir. Başqa bir yanaşma isə quid pro quo-dur ki, öz həyatınız haqqında şəxsi məlumatları dilə gətirməklə qarşılıqlı əlaqə qura bilərsiniz.

"Bir araşdırma göstərib ki, şəxsi suallara daha tez cavab tapmaq, münasibətin sürətlə inkişafı deməkdir," Schafer deyir.

"Deyək ki, nə isə satıram. Müştəri ilə səmimi olub, onun şəxsi həyatı haqqında daha çox məlumat əldə etdikcə, mənə daha dost münasibəti bəsləyəcək və satış daha sürətli baş tutacaq."

Əgər bunların heç biri alınmasa, kimləsə yaxın vaxt keçirmək, onun sizi bəyənməsi üçün imkan ola bilər. Buraya ən ekstremal vəziyyətlər daxildir. Schafer kitabını, Amerikada həbs olunan xarici casus haqqında FTB-dən bir lətifə ilə başlayır. Hər gün Schafer kamerada sakitcə qəzet oxuyarmış. Bir müddət sonra, qorxu marağa çevrilib və casus söhbətə başlayıb.

"Yəni, əvvəlcə söhbət yaxınlıq və zamandan gedirdisə," Schafer deyir. "Sonradan mən azca ona tərəf əyilərək, göz təmasını artıraraq və s. gərginliyi işə saldım."

Bir neçə ay çəksə də, Schafer istədiyini əldə edə bilib.

Beləliklə, gələn dəfə yeni üzlərlə dolu bir otağa daxil olduqda, cüzi səy göstərməklə hamının tanımaq istədiyi kəs siz ola bilərsiniz.

Bu yazının ingiliscəsini buradan, Dərgidəki bütün yazıları isə buradan oxuya bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş