Tarixin başladığı qədim yer

Xəritə Fotonun müəllifi Antiqua Print Gallery / Alamy Stock Photo
Image caption Mesopotamiyanın ərazisi, təxminən müasir İraq ilə üst-üstə düşür, lakin Suriya və Türkiyənin də bir hissəsini əhatə edir

Mesopotamiya ideyası əsrlərcə Qərbi valeh edib. Alastair Sooke, müasir mədəniyyətin formalaşdığı sivilizasiyaya nəzər salıb.

"Hər kəs Babilin Asma Bağları, Nəbukadnəzar və Daşqın haqqında eşidib," Louvre muzeyinin Orta Şərq qədim eksponatları bölməsinin kuratoru, Ariane Thomas deyir. "Görürsünüz ki, Mesopotamiya insanların düşündüklərindən daha çox tanışdır."

Tarix Mesopotamiya ilə Başlayır adlı yeni və təxminən 500 eksponatın nümayiş olunduğu sərginin girişində dayanmışıq. Sərgi, Fransanın Lens şəhərində nümayişdədir. Mesopotamiyanın (təxminən müasir İraq ilə üst-üstə düşən ərazi) tarixi, eramızdan əvvəl 4-cü mileniumda yazının kəşfi ilə başlayan və e.ə. 331-ci ildə Böyük İsgəndərin Babili işğalı ilə bitən 3000 illik dövrü əhatə edir.

Çoxlu füsunkar tarixi artefaktlara həm də, mükəmməl sənət əsərləri daxildir. Məsələn, e.ə.2250-ci ildə kirəcdən hazırlanmış heykəl: əynində xüsusi hazırlanmış yun ətəkdə, keçəl başlı və gözəl mavi gözlü dövlət rəsmisi oturub.

Fotonun müəllifi RMN-Grand Palais / Musee du Louvre / Phili
Image caption Model, tarixdəki ilk körpünü göstərir; qədim yunancadan tərcümədə Mesopotamiya "iki çay arasındakı torpaq" mənasını verir

Birinci qalereya, 19-cu əsrdə arxeoloqların Orta Şərqdə qazıntılar aparmağa başlayarkən, "yenidən kəşf etdikləri" Mesopotamiyanı əks etdirir.

Onlar, Mesopotamiyanın Assuriya və Babil imperiyaları haqqında daha çox məlumat əldə etmək istəyirdilər. O zaman məlumatlar, İncil və klassik əsərlərdəki hekayələr ilə məhdudlaşırdı.

Arxeoloqlar, İraqın şimalında yerləşən Mosulun, şimal-şərqindən bir neçə kilometr aralıda Assuriya paytaxtı Khorsabad-ı aşkar etməklə yanaşı, bir zamanlar bu torpaqların cənubunu idarə edən, unudulmuş Şumer sivilizasiyasını da üzə çıxardılar.

Mesopotamiya ideyası Qərbi, anındaca valeh edir.

"Bu, Avropa təsəvvürünü, insanların, təxəyyüllərindəki imperial gücləri görə bilmək imkanı əldə etdikləri üçün zəbt etdi," Oxford Ashmolean Muzeyinin işçisi və Dağlar və Düzənliklər: Qədim İran və Mesopotamiya (Mountains and Lowlands: Ancient Iran and Mesopotamia) adlı kitabın müəllifi Paul Collins söyləyir.

Fotonun müəllifi RMN-Grand Palais / Musee du Louvre / Phili
Image caption Model, tarixdəki ilk körpünü göstərir; qədim yunancadan tərcümədə Mesopotamiya "iki çay arasındakı torpaq" mənasını verir

"Və əlbəttə ki, bu, İncil dünyasını üzə çıxarmışdı. Yad olduğu qədər də ekzotik səslənən və imperiyalar, şəhərlər, krallar ilə eyni fundamental məziyyətləri daşıyan bir dünya."

Lens sərgisinin ikinci qalereyasında təqdim oluna video proyeksiyada "Mesopotamiya-maniya" adlandıra biləcəyimiz anlayışın, bizim mədəniyyətimizdə əksini görmək mümkündür.

"İki çay arasındakı torpaq"

20-ci əsrə kimi Mesopotamiya artıq, hər bir rəssam və memar (sübut olaraq: Fred F Fransız Binasındakı bəzək və New Yorkdakı Art Deco göydələni), reklamçı və kinorejissor (1973-cü ildə lentə alınan qorxu filmi Ovsunçu-nun (The Exorcist) mesopotamiyalı iblis Pazuzu) üçün məhək daşına çevrilmişdi.

Bu gün isə Mesopotamiya daha məşhur mədəniyyət, Sivilizasiya (Civilisation) video oyunları və Marvel Komikslərində (Marvel Comics) təsvir edilən Pazuzu sayəsində geniş yer alır.

Fotonun müəllifi RMN-Grand Palais / Musee du Louvre / Thier
Image caption İblis Pazuzu Ovsunçu kinosunun və Sivilizasiya video oyunlarının baş qəhrəmanıdır

Bu qədər isnad bolluğuna əsaslanaraq, adam, müasir İraqın ərazisi ilə üst-üstə düşən, eyni zamanda Suriya və Türkiyənin bir hissəsini əhatə edən bu qədim sivilizasiyanın, bizim dünyamızı əsaslı şəkildə formalaşdırdığı fikrinin nə dərəcə doğru olduğunu düşünür.

Monty Python tərzi ilə desək, Mesopotamiya bizim üçün nə edib?

Cavab isə çox şey deyir. Lakin, detallara varmamışdan qabaq, Mesopotamiya dedikdə nəyi nəzərdə tutduğumuzu anlamaq vacibdir.

Bu termini, qədim yunanlar yaradıb və mənası "iki çay arasındakı torpaq" deməkdir. Onlar, Fərat və Dəclə çayları arasındakı düzənlik ərazini nəzərdə tuturdular.

"Sivilizasiyanın beşiyi" kimi bilinən bu ərazidə, insanlar ilk dəfə köçəri-ovçu həyatından, e.ə. 6000-ci illərdə artıq məşhurlaşan əkinçilik həyatının bəxş etdiyi oturaq cəmiyyətə keçiblər.

Fotonun müəllifi O'Kane / Alamy Stock Photo
Image caption Fred F Fransız Binası və New Yorkda yerləşən Art Deco göydələni Mesopotamiya incəsənəti və dizaynından ilhamlanaraq yaradılıb

Tarixə əsasən, suvarmanın, cənubi Mesopotamiyanın münbit torpaqları olan Şumerdə (müasir İraq və Küveyt), əkinçilik məqsədilə kəşf olunduğu deyilir.

Arxlar və kanallar vasitəsilə suvarma sisteminin təşkili, inzibati sistemin yaranması və Uruk kimi ilk şəhər-dövlətlərin, krallıqların və daha sonra imperiyaların əmələ gəlməsinə səbəb olub.

Mesopotamiyanın uzun tarixinin müxtəlif fazalarını birləşdirən dəyər, ortaq adətlər, ənənələr, miflər və əfsanələr və dini inanclar - bir sözlə, fərqli və mürəkkəb mədəniyyət olub.

Təxminən e.ə. 3200-ci ildə kəşf olunan mixi yazının - Latın mənşəli olub cuneus (çiv) mənasini verən yazı sistemi; gildən hazırlanan və gündə qurudulan lövhələrə qazılan xüsusi işarələr forması) ardından, bu adət və inanclar yazılı halda qorunmağa başlanıb.

Rəsmi lövhələrin bir çoxu, digər Mesopotamiya texnologiyası sayılan silindrli möhürlərlə təsdiqlənib.

Fotonun müəllifi AP
Image caption Gildən hazırlanan və gündə qurudulan lövhələrə qazılan xüsusi işarələr forması, Mesopotamiyada yaranıb

"Mesopotamiya ideyası, yazı anlayışına əsaslanır," Collins izah edir.

"Bu sayədə, biz, 3000 illik tarixə, yazı vasitəsilə çata bilirik. İmperiyaların yaranıb və dağılması və yeni insanlar və ideyaların doğulmasına rəğmən, ənənə, katib və rəsmi adamlar tərəfindən davam etdirilib. Mesopotamiya süngər kimidir. Əraziyə gələn yeni insanlar, Mesopotamiyanın uzun tarixli adətlərini götürüblər. Biz, dini inanclar və inzibati təcrübələrin uzun müddət davam etdiyini görə bilirik."

Mədəniyyətlərin çulğalandığı yer

Mesopotamiya o qədər qədimdir ki, özündə en qədər "ilkləri" birləşdirir.

Arxeoloqlar, dulusçu təkəri kimi texniki kəşflərlə yanaşı, riyaziyyat, təbabət və astronomiyanın inkişafı izlərini də aşkar ediblər. Bizim, hər 60 dəqiqəni bir saat kimi qavradığımız zaman hesabını da mesopotamiyalıların ayağına yazmalıyıq.

Süd məhsulları və toxuculuğun inkişaf etdiyi Mesopotamiyada hətta, içilə bilən ilk pivə istehsal olunmuşdur.

Fotonun müəllifi Mənbə: Musee du Louvre / Raphaeal Chipault et Ben
Image caption Mesopotamiya cəmiyyətinin tarix boyu necə idarə olunması və dəyişdiyini, katib və rəsmi adamlar tərəfindən qələmə alınan qeydlərdə görmək mümkündür

Ariane Thomas-a əsasən, Mesopotamiyanın əkinçilik baxımından coğrafi mövqeyi, onun uğurlu olmasının mühüm göstəricisidir.

"Mesopotamiya, Orta Şərqin tam mərkəzində yerləşirdi," o izah edir. "Suvarma nəticəsində quru torpağı münbit hala gətirməklə yanaşı, ora xaricə açıq olmağa məcbur idi. Çünki, burada taxta, daş və metal kimi vacib resurslar yox idi." Bu o deməkdir ki, Mesopotamiya sivilizasiyaları, irəli baxışlı və dinamik olublar.

Paul Collins öz yeni kitabında, Mesopotamiya və dağ adamları ilə müasir İran arasındakı qarşılıqlı əlaqələrin tarixini araşdırıb. Zaqros dağları, alət və silahların istehsalında istifadə oluna bilən mis və eyni zamanda, qurğuşun, gümüş və qızıl ilə zəngin idi.

"Mesopotamiyanın möhtəşəm abidələri tez-tez İrandan gələn materiallarla bəzənir və ya onlardan hazırlanırdı," Collins, bir neçə mərtəbə hündürlüyündə olan Mesopotamiyaya xas (xüsusilə də, Babilə) və Babil Qalasında ilhamlanaraq palçıqdan hazırlanan kərpiclə tikilmiş ziqquratlara işarə ilə izah edir. (Çox təəssüf ki, son illərdə özünü İslam Dövləti adlandıran silahlı qruplaşma, Mesopotamiyaya aid abidə və tikililərə ciddi ziyan vurub.)

Fotonun müəllifi The Trustees of the British Museum
Image caption İçilə bilən ilk pivə - bu qızıl xəlbirə bənzər alət kimi qablarda hazırlanaraq - Mesopotamiyada istehsal olunmuşdur.

Lakin Collins, hesab edir ki, mesopotamiyalıların kəşflərini sadalamaq, tarixi təhrifə səbəb ola bilər.

"Şumerlər həmişə hər şeyin ixtiraçısı kimi təqdim olunublar," o deyir. O bildirir ki, arxeoloqlar indi, qiymətli tapıntıların Mesopotamiyaya xaricdən axan "qüvvələr" sayəsində gəldiyini aşkar edirlər.

"Mesopotamiya, qarışıq millətlərə görə mədəniyyətlərin çulğalandığı yer idi," o izah edir. "Adamlar müxtəlif dillərdə danışırdılar və çox güman ki, müxtəlif mədəni adətlərə malik idilər. Bizim "şumerlər" və ya "assuriyalılar" kimi ümumiləşdirdiyimiz xaqlar, əslində özündə mürəkkəb cəmiyyətləri birləşdirib."

Fotonun müəllifi RMN-Grand Palais / Musee du Louvre / Marti
Image caption İnzibati sistemlərin yaranması şəhər-dövlətlərin, krallıqların və daha sonra imperiyaların əmələ gəlməsinə səbəb olub

Collins üçün Mesopotamiyanın müasir dünyaya ən böyük bəxşişi şəhərdir. "Bir neçə əsr ərzində biz, minlərlə insanın birgə yaşadığı kütləvi şəhər mərkəzlərinin inkişafını görə bilirik," o söyləyir.

"Onları bir yerdə yaşamağa nəyin vadar etdiyini biz hələ deyə bilmirik. Bunun üçün, ətraf-mühit və ya resurslar əldə edə bilmək kimi bir çox mümkün səbəblər mövcuddur. Bəlkə də səbəb, özlərinə dəstək toplamaq üçün insanları məcbur edən və ya həvəsləndirən əhəmiyyətli şəxslərdir. Yəni, müasir siyasətdə qarşılaşdığımız faktorlar, arxeologiyada aşkar olunan şeylərin davamı ola bilər."

O davam edir: "Amma şəhərlər yarandığı andan inkişafda olublar. Mesopotamiya, cavablarını tapmaqda davam etdiyimiz sualların mövcudluğunun haralara dayandığını sübut edir. Bir yerdə yaşayan çox sayda adamı necə idarə etmək olar? Onları qida ilə necə təmin etmək olar? Əhali artımı ilə necə məşğul olmaq olar? Və necə yazı və silindir möhür kimi inzibati vasitələri ixtira etməklə, iyerarxiya və cəmiyyətdə məna yarada bilmək olar? Buna görə də indiki formada qəbul etdiyimiz şəhərlər, Mesopotamiyanın ən böyük mirasıdır."

  • Bu məqalənin orijinalını ingilis dilində BBC səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki diğər məqalələri burda oxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş