Faşizmə qarşı mübarizə aparan rəssamlar

Miró'nun 'İspanya'ya Yardım Edin' adlı eseri

İspaniya Vətəndaş Müharibəsi zamanı 1937-ci ildə açılan Paris Dünya Sərgisi, diktator Franco-nun zülmünə qarşı rəssamların səslərini yüksəltdiyi bir platformaya çevrilir.

26 aprel 1937-ci ildə Nazi Almaniyası İtaliya ilə birlikdə, İspaniyanın Bask bölgəsindəki Guernica şəhərini bombalayır. Üç saat çəkən bombardmanda antik kəndin dörddə üçü yerlə bir edilir, yüzlərcə insan ölür və yaralanır.

Dövrün qəzetləri bu xəbəri "hərb tarixində tayı-bərabəri olmayan" bir hücum kimi təqdim edirdilər. Hadisə həmçinin, tarixdəki müharibə əleyhinə çəkilmiş ən məşhur rəsm əsəri üçün də ilham mənbəyi olur.

Barselona Mayoral Qalereyasının təşəbbüsü ilə Londonda təşkil olunan və 10 fevraladək davam edəcək sərgidə, İspaniya Vətəndaş Müharibəsi dövründə hadisəyə reaksiya verən rəssamların əsərləri nümayiş olunur.

Bu rəssamlar, Vətəndaş Müharibəsi başladıqdan 10 ay sonra, 1937-ci ildə Parisdə təşkil olunan Dünya Sərgisində bir araya gəlirlər. Sərgidə Almaniya böyük bir qranit qüllə üzərində bir qartal və qammalı xaç ilə, Sovet İttifaqı isə mərmər üzərində bir oraq və çəkiclə təmsil olunurdu. İspaniya bölümündə isə, İkinci Respublika, General Franco-nun zülmünü bütün dünyaya göstərmək üçün nümayiş olunurdu.

Image caption Picasso-nun 'Guernica' adlı əsəri müharibə səhnələrinin simvoluna çevrilib

Avropanın müharibə ilə üz-üzə qaldığı bir dövrdə İspaniyanın önəmi artır, faşist və kommunist gücləri arasında çaxnaşmalara səhnə olur. Vəziyyət, dövrün ən tanınmış rəssamlarına da ilham verir. Pablo Picasso, Julio Gonzalez, Joan Miro, Alexander Calder, Alberto Sanchez və Jose Gutierrez Solan-ın əsərləri, İspanıya stadionunda sərgilənir.

Burada sərgilənməsi üçün Picasso-dan bir əsəri istənilir, o da 1937-ci ilin əvvəllərində Franco-nun Röyası və Yalanı adlı eskizlərinə başlayır. Həmin an, Franco müttəfiqlərinin Guernica-nı bombalaması xəbərləri yayılır və bundan sonra Picasso, faşizmə qarşı mübarizənin simvoluna çevrilən əsərinə başlayır.

Londondakı sərgidə Picasso-nun Guernica tablosu yer almır (Tablo Madriddəki Reina Sofia Muzeyində sərgilənir). Picasso, bir ay müddətində tamamladığı əsərində, o zamankı sevgilisi Dora Marr-ın fotolarından da yararlanıb.

Londondakı sərginin kuratoru Juan Manuel Bonet-ə görə, Paris sərgisi üçün sifarişlərin verildiyi rəssamlardan, siyasi mövzulu əsərlər yaratmaları tələbi olmur, lakin rəssamlar özləri bunu seçirlər.

Image caption Miro-nun 'İspaniyaya Kömək Edin' adlı əsəri, onun siyasi mövzulu ilk işlərindən biridir

"1936-cı ilin əvvəllərində nə Picasso, nə də Miro siyasətlə maraqlanmırdılar, amma İspaniya Vətəndaş Müharibəsi bunu dəyişdirir," Bonet deyir. Picasso-nun 1937-ci il tarixli Franco-nun Röyası və Yalanı eskizləri ilə Miro-nun İspaniyaya Kömək Edin adlı əsəri açıq siyası motivlər daşıyır. "Picasso daha sonra 1944-cü ildə Fransa Kommunist Partiyasına üzv olub, Miro isə Fransa rejiminə qarşı 1960 və 70-ci illərədək fəal mübarizə aparıb."

Amerikalı heykəltəraş, Alexander Calder-in İspaniya sərgisinə qatqısı da təbliğat xarakteri daşıyırdı. İspaniyada respublikaçıları dəstəkləyən Calder, Miro-nun da çox yaxın dostu olub. Təşkilatçılar ölkədə olmadığı üçün Calder-ə əvvəl icazə vermək istəmirlər. Lakin, İspaniyadan gətirilən bir mərmər hovuz üzərində işi ilə razılaşırlar. Calder-in hovuza bitişdirdiyi heykəllərdən axan civə, 'Almaden' adlı bir qəlib yaradır.

Image caption Alexander Calder-in 'Civə Hovuzu' adlı əsəri, İspaniyada respublikaçıların güclü olduğu bir bölgəyə ünvanlanıb

Bura, respublikaçı olan və Franco-nun döyüşçülərinə qarşı güclü bir dirənmə göstərən bölgənin adı idi və silah istehsalında istifadə olunan civəsi ilə tanınırdı. Calder-in Civə Hovuzu, respublikaçı müqavimətin simvoluna çevrilmişdi. Sərgidəki digər əsərlər kimi, onun da vermək istədiyi bir mesaj var idi.

Sərgidə həmçinin, Joan Miro-nun 'El Segador' (Oraqçı) adlı işi də yer alırdı. Əsərin mövzusu, başı əyri Katalan kəndlisinin İspaniyada baş verənlərə qarşı qəzəbidir. "Əlbəttə ki, bunu etiraz məqsədilə hazırlamışam. Katalan kəndlisi gücün, azaldığın və dözümün simvoludur," Miro deyirdi.

Həm 'Oraqçı', həm də 'Guernica' Sovet tərzində, kütlələrə təsir etmək üçün təbliğat məqsədi ilə yaradılıb. Miro-nun əsəri, sərgi dağıdıldıqdan sonra, məhv edilir, amma Guernica daha sonra Londonda və oradan Birləşmiş Millətlərə köçürülür.

Picasso İspaniyada demokratiya bərqərar olmadan əsərinin bu ölkəyə qayıtmasını istəmir və onu New Yorkdakı Müasir Sənət Muzeyinə (MoMA) təslim edir.

Image caption Joan Miro 'Oraqçı' adlı əsəri üzərində işləyərkən

Sonrakı illərdə Guernica daha geniş bir məna qazanır. "Bu əsər, eyni adlı Bask şəhərində insanları öldürən bombalarla yanaşı, İspaniya Vətəndaş Müharibəsini, oradakı sivil insanların taleyini izah edir," Bonet söyləyir.

Lakin, bu əsərdə ümid də gizlənib. Ölülərin, acıdan qışqıran insanların arasında bir işıq da gizlətmişdi, Picasso. Rəsmin üstündə pəncərələrin birindən qaz lampası tutan bir qadın, oradakı həyəcan və qaranlığı aydınlatmaq istəyir sanki.

Guernica, daha əvvəl Napoleonun İspaniyanı işğalı zamanı baş qaldıran müqaviməti ifadə edən məşhur rəssam Goya-nın başlatdığı ənənənin davamı idi. Picasso, Goya-nın İspaniyanın qarışıq siyasi və dini ənənələrini nəzərdə tutaraq yaratdığı işlərə heyran idi.

"Picasso, Miro, Calder və Gonzalez, İspaniya Vətəndaş Müharibəsi kimi mühüm anlarda bizə, tərəf olmağın birliyini öyrədir," qalereyanın müdiri Jordi Mayoral deyir. "Bu sənətçilərin 1937-ci il sərgisi üçün hazırladıqları əsərləri, ispan ictimai yaddaşının hələ də bir parçasıdır. Bunlar Vətəndaş Müharibəsi zamanı və ölkədə demokratiya ilə faşizm arasındakı mübarizədə vacib bir dönüş nöqtəsini təmsil edirlər."

Image caption İspaniya Vətəndaş Müharibəsində respublikaçılar üçün hazırladığı 'Keçid Yoxdur!' afişası ilə Ramon Puyol, "Sənət üçün, köhnə sənət nəzəriyyəsi artıq bitib," deyirdi

Picasso mövzu üzrə düşüncəsini bu cür ifadə edirdi: "Mənəvi dəyərlərə uyğun yaşayan və işləyən sənətçilərin, insanlığın ən yüksək dəyərlərini və mədəniyyətini təhlükəyə atan bir münaqişə qarşısında qatqısız qalmamasına və qalmayacağına həmişə inanmışam və hələ də bu fikirdəyəm."

Bu barədə daha geniş