Vulkanların heyrətamiz gücü

Volcano Fotonun müəllifi MARTIN BERNETTI/AFP/Getty Images

Pompeydən tutmuş Krakatauya qədər vulkanlar, əsrlər boyu incəsənət və ədəbiyyat üçün mövzu olublar. Bəs onları bu qədər cazibədar edən nədir? Cavabı Alastair Sooke ilə birgə tapmağa çalışaq.

"Vulkanlar haqqına dayanmadan yeni şeylər öyrənmək mümkündür," Oxford Universitetinin yer elmləri üzrə professoru David Pyle deyir.

"Son 200 ildə təxminən 60 vulkan püskürüb və növbəti bir neçə on illik ərzində 1500-ü yenə püskürə bilər." O gülümsəyir. "Amma, biz, vulkanların nə edəcəyini biləcək qədər ağıllı deyilik. Ən ölümcül vulkanlar adətən ən sakit olanlardır."

Müasir elmin gəldiyi ən yaxşı nəticələrə baxmayaraq, böyük püskürmələr hələ də böyük insan itkisinə yol aça bilir. 1900-cü ildən bu yana iki ən dəhşətli vulkan püskürməsi olub.

Onlardan biri 1902-ci il mayın 8-i Karib adası Martinique-də Pelee dağının püskürməsi ilə Saint-Pierre şəhərinin dağılması və 28,000 insanın ölümü ilə nəticələnib.

Fotonun müəllifi Bodleian Libraries, University of Oxford
Image caption Vulkan haqqında ən ilkin məlumatlar 15-ci əsrə gedib çıxır. Saint Brendan-n Səyahəti alman əlyazması.

1985-ci ildə Kolumbiyada Nevado del Ruiz-n partlaması dağın buzlaqlarını əridərək palçığın sürətlə aşağı axıb Armero qəsəbəsinə çatmasına və 20,000-dən çox insanın tələfinə səbəb olub.

Əlbəttə ki, böyük püskürmələr haqqında narahat olan yalnız vulkanoloqlar deyil.

Pyle-n təşkil etdiyi və hazırda Oxford-n Bodleian Kitabxanalarında davam edən Vulkanlar adlı sərgi, bizə ən dəhşətli vulkan püskürmələrini xatırladır - eramızın 79-cu ilində Vezuvi, 1815-ci ildə Tambora, 1883-cü ildə Krakatau.

Minilliklər boyu rəssam və yazıçılar, eləcə də alimlər, vulkanları təsvir və izah etməyə çalışıblar.

Bodleian sərgisində daha çox yazılı və məktub, taxta parçaları və qravüra ilə təsvir olunan kolleksiyalar nümayişdədir.

Buraya vulkanın ən qədim cizgisi - 15-ci əsr Siant Brendan-n Səyahəti alman əlyazması da daxildir.

Bu Xristian hekayəsində irland bir rahibin Atlantik okeanını aşaraq cənnəti tapmaq cəhdindən söz açılır.

Brendan vulkanik adalardan keçərkən "alovları göyə çatan... sanki ocağa bənzəyən dağ" görür.

Burada həmçinin, 1606-cı ildə flamand xəritəçi Abraham Ortelius-n Dünyanın Teatrı adlı və gözəl İslandiya vulkanları ilə dolu kitabı da nümayiş olunur.

Bu kitab, həm də ilk müasir atlas kimi bilinir. Üzən buz parçaları üzərində o tərəf-bu tərəfə sıçrayan fantastik dəniz əntərləri və şirin, xırda qütb ayılarından başqa, xəritədə, Hekla vulkanı və dörd əsr sonra - 2010-cu ildə püskürən Eyjafjallajökull buzlaqları təsvir olunub.

Yaxınlıqda biz, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində dağılan qədim Roma şəhəri Herculaneaum-dan tapılan papirus yazı və vulkanın püskürməsinə şahid olan Pliny-n 15-ci əsr əlyazmalarını görə bilərik.

Heç şübhəsiz ki, Pliny-n izahı çox dəqiqdir. Məsələn, o qeyd edib ki, püskürmədən əvvəl göydə, dağın başından qalxan şam ağacı formasında qeyri-adi bulud yaranıbmış. Vulkanoloqlar bənzəri dağıdıcı partlama ilə müşahidə olunan püskürmələri "Plin" adı altında kateqoriyalaşdırırlar.

Cəhənnəm qapıları

Yazıçı və mədəni tarixçi James Hamilton-a görə - o, 2010-cu ildə Warwickshire qraflığında yerləşən Compton Verney-də vulkanlardan ilhamlanaraq təşkil olunmuş gözəl sərginin kuratoru olub - Qərb mədəniyyətinə hələ heç bir vulkan, Neapol limanında yerləşən Vezuvi dağı qədər təsiri göstərməyib.

Bu, Roma şəhərləri Pompey və Herculaneum-n 18-ci əsrdə aşkar olunması ilə başlayıb. Hər iki şəhər eramızın 79-cu ilində püskürmədən havaya qalxan piroklastik axın və kül buludları nəticəsində yeksan olub.

Fotonun müəllifi Bodleian Libraries, University of Oxford
Image caption William Hamilton-n 18-ci əsrdə Vezuvidə apardığı araşdırmalar əsasında Pietro Fabris-n parlaq illüstrasiyası.

"Ərazi turistlərin diqqətini maqnit kimi cəzb etdi," Pyle izah edir. "Və Böyük Turda iştirak edən bir çox varlı turistlər, Neapol və Vezuviyə vuruldular. Evlərinə geri qayıdarkən Neapol Körfəzi haqında yalnız görkəmli nümunələr göstərmək istəyirdilər."

Ərazinin vulkanik landşaftı qədimdən cəhənnəm ilə əlaqələndirilib: qədim roma şairi Vergilinin Aeneid əsərinin VI Kitabında Aeneas, yeraltı dünyaya Neapolun qərbində yerləşən Phlagraean (Alov) Sahələrindən çox da uzaqda yerləşməyən, vulkanik krater gölü Avernus yaxınlığındakı mağaradan daxil olur. "Bəzi island əfsanələrində Hekla da bənzəri şəkildə təsvir olunub," Pyle deyir.

18-ci əsrdə insanlar, İtaliyanın Kampan vulkanik qövsü ilə artıq elmi səbəblərdən maraqlanmağa başlayırlar.

1764 və 1800-ci illər arasında Britaniyanın Neapol krallığında səfiri olan diplomat William Hamilton, Vezuvi vurğunu idi.

O, qıfşəkilli dağın ətəyində bir villa kirayələyir və 1760 və 70-ci illərdə dağdakı püskürmələr siklini yaxından izləyir.

O, Londondakı Kral Cəmiyyətinə vulkan barədə məlumatlarla dolu məktublar yollayır.

1776 və 1779-cu illər arasında bu məktublar Campi Phlegraei ("Alov Sahələri") adı altında çap olunur və Pyle bunu "aktiv vulkan haqqında ilk təsviri monoqrafiya" adlandırır.

İngiltərədə doğulan rəssam Pietro Fabris, bu izahlar sayəsində parlaq illüstrasiyalar yarada bilib.

Küllər arasında

Vezuvinin püskürməsinə şahidlik etmək həvəsi bir çox səyahətçini oralara aparır.

Derby-dən olan rəssam Joseph Wright, 1744-cü ildə Hamilton ilə bir ay qalır.

Qardaşına məktubunda o yazırdı ki, "bəzən böyük püskürmə baş verir - bu təbiətin ən gözəl mənzərəsidir". Həyatı boyu o, 30-dan çox püskürən vulkan rəsmi yaradır.

"Vulkanlar haqqında vizual incəsənətin pik nöqtəsi 1700-cu illərin ortalarından sonlarına qədər yaşanıb," Pyle deyir.

Rəssam JMW Turner də, 1819-cu ildə Neapola baş çəkir.

O Neapola, Kral Akademiyasında Souffrier Dağlarındakı Püskürmə adlı kətan üzərindəki əsərinin nümayişindən sonra gedir.

Turner əsəri, 1812-ci il aprelin 30-u gecə yarısı St Vincent adasında baş verən püskürmənin şahidi Hugh P Keane-n eskizi əsasında ərsəyə gətirmişdi.

"Bu, Turner-n öz müşahidəsi yox, vəkil və şəkər plantasiyası sahibi Hugh Perry Keane-n eskizi əsasında yaranıb," James Hamilton yazır.

Təəssüf ki, Turner-n Vezuviyə 1819-cu ildəki səfərində vulkan yalnız tüstü və küldən başqa heç nə püskürmür.

Fotonun müəllifi Alamy/JW Turner
Image caption JMW Turner vulkanları başqa insanların eskizləri əsasında təsvir etsə də, Neapola səfərində püskürmənin şahidi ola bilməyib.

Vulkanları təsvir edən saysız rəssamlar olub və var.

19-cu əsrdə yaponiyalı rəssamlar Hokusai və Hiroshige, Fuci dağındakı aktiv stratovulkanın (lava və kül qatlarından əmələ gələn vulkan) mənzərələrini əks etdirən taxta parçalar hazırlayırlar.

1874-cü ildə John Ruskin, Siciliyada yerləşən Etna-n rəsmini çəkir. Hətta, Andy Warhol 1985-ci ildə püskürən Vezuvinin kətan üzərində rəngli rəsmlər seriyasını ərsəyə gətirir.

"Mən hər bir Vezuvini, barmaqlarımla çəkmişəm," o deyirdi, "hər dəfə fərqli rənglərdən istifadə edirdim ki, onlar, püskürmədən bir dəqiqə sonra təsirini yarada bilsinlər."

Vulkanlar karikaturaçıları da özünə cəlb edib: məsələn, 1815-ci ildə, Waterloo döyüşü ərəfəsində George Cruikshank, Neapolun Kralı və onun Napoleonun bacısı olan arvadı Caroline-n devrilməsinə Vezuvinin şahidlik etdiyi siyasi karikatura yaradır.

2010-cu ildə Eyjafjallajökull-n püskürməsindən ilhamlanan Gerald Scafe, Britaniyadakı əsas seçkilər kampaniyası ilə bağlı satirik karikatura çəkir.

Vulkanlar yazıçılar üçün də cazibədar olublar. "Beynəlxalq medianın yaydığı ilk qlobal vulkan püskürməsi, 1883-cü ildə Krakatuan püskürməsi olub," Pyle deyir.

"Transatlantik teleqraf şəbəkəsi yenicə tamamlanmışdı və püskürmə hadisəsi bir neçə saat ərzində Şimali Avropaya çatır.

Dərhal Krakatua nağıllara çevrilir. Bir neçə il sonra, RM Ballantyne, püskürmədən sağ qalan insanların şahid ifadələri əsasında, Hissələrə Parçalanmış (Blown to Bits) adlı kitabını nəşr etdirir.

Fotonun müəllifi RKO Radio Pictures
Image caption Ingrid Berdman, vulkanların ölümcül gücü ilə bağlı lentə alınan Stromboli filmində çəkilib

Kinorejissorlar da vulkanların dayanılmaz gücündən yan keçə bilməyiblər.

Bodleian sərgisində iki film afişası nümayiş olunur: İtaliya dramatik filmi Vulkan (1950) və Robert Rossellini-n eyni ildə Ingrid Berdman-n iştirakı ilə lentə aldığı neo-realist Stromboli filmi.

Burada həmçinin, "Vulkan" adlı kibrit qutusu da daxil olmaqla efemer və ticarət məhsulları sərgilənir.

Cavab sadə görünə bilər, amma, niyə vulkanlar kollektiv təxəyyülə bu qədər təsir göstərə bilir? "Uçuruma göz salmaq qarşımızda sirli bir boşluq açır," Pyle izah edir.

"Vulkanın kənarında dayandıqda onun uğultusu və titrəyişini hiss edə bilirsən. İnsanlar min illərdir ki, vulkanları təsvir etmək üçün eyni sözlərdən istifadə edirlər. Bu sözlər, planetdə heç bir yerdə yaşaya bilməyəcəyin bir təcrübənin gücünü əks etdirir."

Bu məqalənin orijinalını ingilis dilində BBC Culture saytında oxuya bilərsiniz.

Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş