Milyonerlərin əyləncə məkanlarından fövqəladə şəkillər

Dubai Fotonun müəllifi NICK HANNES
Image caption İran körfəzində insan əli ilə düzəldilmiş arxipelaqda Üzən Dəniz Atı sualtı tətil villasının prototipi, 16 Yanvar 2017

Bu ilki Magnum Mükafatları ötən ay təqdim olunub. Sənədli seriyalar qalibi Nick Hannes Dubayın super-zənginlərinin həyatını əks etdirən layihə ilə çıxış edib.

"Dubay həm maraqlı, həm də ziddiyyətli bir yerdir. Onun həm azarkeşləri, həm də tənqidçiləri var. Mən, izləyicilərimin şəkillərə baxaraq keçirəcəyi hissləri müəyyənləşdirməyi xoşlamıram. Onlar hekayəni öz baxışları və bilikləri əsasında doldurmalıdırlar."

Fotoqraf Nick Hannes öz Bread and Circuses (Çörək və Sirklər) adlı seriya layihəsi ilə Magnum Mükafatları qalibi olub. Layihədə "qloballaşma və kapitalizmin oyun meydanı olan Dubay təqdim olunur", lakin müəllif heç bir mühakimə yürütməyib. Əksinə, onun ikimənalı və bir az da dərin mənalı şəkilləri, bir çoxlarına yad olan həyat tərzinə nəzər salır.

Saudi Arabia Fotonun müəllifi NICK HANNES
Image caption Səudiyyə Ərəbistanlı turistlər Orta Şərqdə ilk buz barı olan Chillout Ice Lounge-da isti şokolad içirlər, 6 Yanvar 2016

"60-cı illərdə tozlu balıqçılıq şəhəri olan, indi isə ultramüasir metropolisə çevrilən Dubay, həm onu sevənləri, həm də tənqid edənləri valeh edir," Hannes layihənin təsvirində yazır.

Onun fotolarının əksəriyyətinə iki dəfə baxmaq lazım gəlir: başqa bucaqdan başqa bir mənzərə görmək mümkündür.

UAE Fotonun müəllifi NICK HANNES
Image caption Əmirliklərdən olan oğlanlar City Walk ticarət mərkəzində yerləşən oyun və əyləncə kompleksində bilyard oynayırlar, 5 Yanvar 2017

"Dubay əhalisinin doxsan faizi ekspatlardan ibarətdir," Hannes BBC Culture-ya deyib.

"Son dərəcə çoxnövlü qrup içində mən, yuxarı orta sinfə - cəmiyyətin varlı təbəqəsinə köklənmək qərarına gəldim. Bu qrupa mənsub şəxslərin əyləndiyi məkanlara getməyə başladım: gecə klubları, çimərliklər, əyləncə parkları, otellər və ticarət mərkəzləri."

Öz süni adaları və dünyanın ən məşhur tikililərinin bənzərləri ilə dolu binaları ilə Dubay, varlılar üçün əyləncə parkı kimi bir şeydir: Hannes sürətli maşınlar və couture loqolarından kənara nəzər salıb.

Global Village Fotonun müəllifi NICK HANNES
Image caption Ticarət və əyləncə parkı Global Village-də 75 ölkəni təmsil edən 32 pavilyon yerləşir, 7 Yanvar 2017

"Dubay seriyası üçün ən mühüm ilham mənbəyi belçikalı filosof Lieven De Cauter-in The Capsular Civilisation (Kapsul Sivilizasiyası) kitabıdır. Bu həm də mənə nəzəri çərçivə," o, De Cauter-in kitabını izah edərək deyir, "kəskin ikili cəmiyyət bəxş etdi. İlk söz qorunan adalar arxipelaqı və ya 'kapsullardır'. Yəni, yaşamaq üçün rahatdır; xaos və kasıblıq okeanı olan ikinci dünya arxa plandadır."

Müəllif öz layihəsində paralellər sezə bilir.

"Dubayın urbanizasiyası De Cauter-in təsvir etdiyi kimi 'kapsullaşma' fenomenini xatırladır. Yerli dərəcədə ekspatlar ilə immiqrant işçilər arasında uçurum mövcuddur. Qlobal baxışda isə Birləşmiş Ərəb Əmirlikləri, qeyri-sabit Orta Şərqdə sabit cənnəti olan böyük bir 'kapsul' kimi görünür."

Dubai Fotonun müəllifi NICK HANNES
Image caption Dubayda səhra yolu, 20 Sentyabr 2016

Lakin, Hannes yenə də şəkillərinin hər hansı müəyyən baxışı təqdim etmədiyi ilə bağlı israrlıdır.

"Mən heç bir monopoliyaya sahib deyiləm və buna görə də məqsədim sualları cavablandırmaq deyil. İstəyim, davamlılıq, bərabərsizlik, cəmiyyətin iqtisadiyyatı, orijinallıq və həsəd əsaslı suallar oyandırmaqdır. Ümid edirəm ki, bu, özünü-əksə səbəb olar."

Fairmont Park Oteli Fotonun müəllifi NICK HANNES
Image caption Palma ağacı formasında hazırlanmış dünyanın ən böyük süni adasında yerləşən Fairmont Palm Otelində gecəyarısı yoqası, 17 Sentyabr 2016

"Bu yerlərin əksəriyyəti inanılmaz və yuxu kimi görünür. Sanki hər şey, hamının xoşbəxt olduğu paralel dünyada baş verir. Fəqət, diqqətlə nəzər salsanız, işimdə gizlənən qeyri-müəyyənliyi sezə bilərsiniz."

Oasis Ticarət Mərkəzi Fotonun müəllifi NICK HANNES
Image caption Oazis Ticarət Mərkəzi, 6 Yanvar 2016

Hannes Dubaya 2016 və 2017-ci illərdə baş çəkib.

"Bu yeni mühitə alışdıqca, hər günün nə qədər proqnozlaşdırıla bilən və şərti olduğunu görürdüm. Edə biləcəyin çox şey var: xizəkdən tutmuş səhra səfərlərinə qədər. Amma mən, müasir şəhərin təqdim etdiyi kortəbiilik və sürpriz üçün darıxırdım. Gəzinti üçün Dubayın daha çox Asiya və Afrika icmaları yaşayan tarixi mərkəzi Deiranı seçirdim."

Bluewaters Island Fotonun müəllifi NICK HANNES
Image caption Süni Bluewaters Adasında Eid al-Adha münasibəti ilə atəşfəşanlıq, 14 Sentyabr 2016

O, Dubayı layihəsinə daha əvvəl gördüyü işdən sonra həvəslənib.

"Axırıncı kitabım Mediterranean: The Continuity of Man (Aralıq Dənizi: İnsanlığın Davamı) üzərində işləyərkən, diqqətimi süni səhər inkişafı və onun cəmiyyətə təsiri çəkdi," o, turizm və ətraf-mühiti qorumağa diqqət yönəldərək deyir.

"Növbəti layihəm üçün mövzuya daha dərindən girmək istəyirdim və marağım məni bazar əsaslı urbanizasiyaya əsl misal olan Dubaya apardı."

La Manga del Mar Menor, İspaniya Fotonun müəllifi NICK HANNES
Image caption La Manga del Mar Menor, İspaniya

Onun Aralıq Dənizi şəkillərinin əksəriyyəti, kəskin kontrast üzə çıxarır.

"İnsanların diqqətini cəlb etmək üçün yumor güclü silahdır," Hannes deyir.

"Yaxşı yumor insanları təəccübləndirməklə yanaşı, daha yaxından və uzun müddət diqqəti üçün zəmin yaradır. Mən fotolarımda yumor və istehzadan istifadə edirəm. Eyni zamanda daha dərinə varmağa çalışıram. Fotolarım təkcə vizual zarafatlardan yox, həm də yaşadığımız dünyaya qarşı davranışımıza baxa bilməyimiz üçün atmacalardan ibarətdir."

Rio, Yunanıstan Fotonun müəllifi NICK HANNES
Image caption Benzindoldurma məntəqəsində toy, Rio, Yunanıstan [Aralıq Dənizi #16]

Hannes bu şəkili 2012-ci ildə Aralıq Dənizi layihəsinin bir hissəsi olaraq çəkib.

"Benzindoldurma məntəqəsinin sahibi həmin gün evlənirdi və toy zalı və ya restoran kirayələmək əvəzinə öz iş yerindən istifadə etmək qərarına gəlib," o deyir.

"Bu şəkil, Yunanıstandakı iqtisadi böhranı bizim görməyə alışdığımız stereotiplərdən (dilənçilər, ərzaq qıtlığı, Afinada qiyamlar...) fərqli şəkildə göstərir. Mən oradan təsadüfən keçirdim və bütün gecəmi onlarla keçirdim. Həqiqətən də iştirak etdiyim ən yaxşı və təsirli toy olub."

Brest, Belarus, 2008 Fotonun müəllifi NICK HANNES
Image caption Brest, Belarus, 2008 [Qırmızı Səyahət #58]

Wes Andersonun filmlərindəki bir səhnə kimi bu foto, 2008-ci ildə keçmiş SSRİ ölkələrinə bir illik səfər əsnasında çəkilib.

"Bu abidə, 'qəhrəman qala' kompleksinin bir hissəsidir," Hannes deyir.

"Gənclər (SSRİ dağıldıqdan sonra doğulanlar) kostyumları da eyni şəkildə SSRİ ənənəsini davam etdirərək keşik dəyişməsi prosesini məşq edirdilər. Tələbə ikən ağ-qara sənədli fotoqrafların əcdadlarından olan Henri Cartier-Bressonun əsərlərindən ilham alırdım. Onun irsi hələ də mənim fotoqrafiyamda rol oynayır. Quruluş və yumordan istifadə baxımından kinorejissor Jacques Tati ilə böyük bənzərlik hiss edirəm."

Müqəddəs Anthony bayramı, İngooigem, 17 Yanvar 2010 Fotonun müəllifi NICK HANNES
Image caption Müqəddəs Anthony bayramı, İngooigem, 17 Yanvar 2010 [Ənənələr #10]

Hannes-in işlərində yumor, daha dərin və əsaslı şeylərə yol açır. Eynən ənənələrlə bağlı kitab üçün 2010-cu il Belçikada çəkilmiş bu şəkildəki kimi.

"Müqəddəs Anthony donuz fermerlərin himayəçi müqəddəsidir," o, donuz ətinin hərracda satılmamışdan əvvəl kilsədə nümayiş olunduğunu izah edərək deyir.

"İnsanlar ilk baxışda gülsələr də, sonradan bunun gülməli olmadığının fərqinə varır və özlərini çaşqın hiss edirlər. Çaşqınlıq isə yaxşı şeydir. Cavablar vermək əvəzinə, suallar oyandırmağa üstünlük verirəm."

2017-ci il Magnum Mükafatları iyulun 18-i elan olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş