İraq hipsterləri və ya dendi olmaq istəyən gənc kürdlər

Tez-tez "centlmen məclislərinə" toplaşan dostlar belə fotosessiyalar təşkil edirlər Fotonun müəllifi Mr Erbil
Image caption Tez-tez "centlmen məclislərinə" toplaşan dostlar belə fotosessiyalar təşkil edirlər

Hər dəfə İraqdan söz düşəndə, göz önünə ilk olaraq münaqişə və hərbi toqquşmalar gəlir.

Lakin modanın son çağırışlarına biganə qala bilməyən bir qrup gənc kürd öz ölkələrinin başqa, daha nikbin üzünü göstərməyə və İraq cəmiyyətində yaranan sosial meylləri təsirləndirməyə ümid edir.

Dostlar öz qruplarını ölkənin şimalında geniş muxtariyyətə malik İraq Kürdüstanı paytaxtının şərəfinə "Cənab Ərbil" adlandırıblar.

İslam Dövləti adlandırılan ekstremist qruplaşma ilə ən ağır döyüşlər də məhz burada baş verib.

Ötən ilin fevralında keçirilmiş ilk fotosessiya sosial şəbəkələrdə "centlmenlərin görüşü" adı ilə xeyli populyarlıq qazanıb.

Foto çəkilişlərini Ərbilin qədim qalasında keçiriblər. Bu tarixi abidə UNESCO-nun mədəni irs siyahısna daxil edilib.

Fotonun müəllifi Rawa Kurdi
Image caption "Cənab Ərbil" lahyəhısinin iştirakçıları regionun yeni imicini yaratmağa çalışırlar

Qərbdə hazırda mövcud olan sonuncu dəbə, xüsusən də onun "hipster" cərəyanına uyğun geyinmiş 20 gənc əyinlərindəki əla tikilmiş pencəklər, dar şalvarlar və səliqəli saqqalları ilə İnstagram saytında xeyli populyarlaşıblar.

Həm də "İraq centlmenlərinin birinci moda klubu" adlanan "Ərbil centlmenlərinin" indi 30 fəal üzvü və İnstagramda 25 min izləyicisi var. Onların Facebook-dakı iştirakı da genişdir.

İraq dendilərinin geyimləri qərbsayağı olsa da, onlar israr edirlər ki, müasirliklə ölkənin mədəni irsini birləşdirməyə çalışırlar. Onların sözlərinə görə, burada söhbət "əfəndi" kimi tanınan ənənəvi kürd mülkədarlarının həyat tərzi və zövqündən gedir.

Fotonun müəllifi Mr Erbil
Image caption Şübhəsiz ki, İraq modabazları Qərb hipsterlərindən ilham alırlar

Keçmiş vaxtlarda "ağa" mənasını verən əfəndilər ən yaxşı paltarları geyinərək, cəmiyyətə, daha doğrusu çayxanalara çıxardılar.

İraqlı kürd modabazları deyirlər ki, əsas diqqətlərini kommersiya şoularının və mədəniyyət tədbirlərinin keçirilməsinə yönəldirlər.

Onlar deyirlər ki, modanı "estetik özünüifadə" vasitəsi kimi təbliğ etməyə çalışırlar.

Sosial dəyişiklliklər

Lakin məsələ heç də təkcə modada deyil və bu təşəbbüsün ciddi siyasi motivləri var.

"Cənab Ərbil" qrupu özünü, hardasa, daha yaxşı həyata can atan və bütün dünyada kürd mədəniyyətini tanıtmaq istəyən gənc İraq kürdlərinin hərəkatı ilə eyniləşdirir.

Moda dünyasında müasir zövqlərin pərəstişkarları ümid edirlər ki, cəmiyyətin, xüsusən də qadın haqları sahəsində oturuşmuş ənənəvi xürafatını aradan qaldıra bilərlər.

Onların sosial şəbəkələrdəki səhifələrində tez-tez fotoşəklillər dərc edilir, bu regionda, İraqda və dünyadakı qadınların problemləri müzakirə olunur.

Fotonun müəllifi Mustafa Khayat
Image caption Qrupun səhifələri sosial şəbəkələrdə çox populyardır

Münaqişənin İraq qadınlarının həyatına necə təsir etməsi də tez-tez müzakirə edilən mövzulardandır.

Hər çümə axşamı "Cənab Ərbil", nümunəsi və işi ilə çoxlarını ilhamlandıran qadınlardan bəhs edir.

Onlardan biri də Daşni Moraddır. Xanım Morad İraqın şimalında yaşayan yezidi qadınlar üçün liderlik bacarıqları haqqında seminarlar keçirir.

İslam Dövləti bu regionu ələ keçirəndən sonra burada yezidilər qəddar təqiblərə və kütləvi qətllərə məruz qalmışdılar. Bir çox qadınları oğurlayır və seks qulları kimi istismar edirdilər.

"Onun sülh işinə, sevginin və insanlığın dəstəyinə nə qədər can qoymasına heyran qalmamaq olmur, - yazır öz postlarından birində "Cənab Ərbil", - İşinizi davam etdirin. Siz bizim fəxrimizsiniz".

Fotonun müəllifi Mr Erbil/Dashni Morad
Image caption "Cənab Ərbil" qrupu Daşni Moradı qızlar üçün ilhamlandırıcı nümunə adlandırıb
  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki başqa məqalələri burda oxuyun.

Bu barədə daha geniş