Yuxu haqqında bildiklərimiz yanlış ola bilər

uyuyan kadın Fotonun müəllifi Thinkstock

Texnologiya cihazlarının yuxumuzu azaltması ilə bağlı narahatlıqlara baxmayaraq, qədim zamanlardakından daha çox yata və yuxunun məqsədini yanlış anlamış ola bilərik.

Fillərin heç biri şeyi unutmadığı bir çoxumuza bəllidir. Bir tərəfdən də yaddaşın güclənməsində yuxunun mühüm rolu olduğu deyilir. Halbuki, qurudakı məməlilər arasında ən böyük beyinə sahib fillər, gecələr sadəcə iki saat yatırlar.

Hər gecə yatmağımıza rəğmən, yuxu ən çox səhv anlaşılan davranışlarımızdan biridir. Yuxu haqqında təsəvvürlərimizin bir çoxu yanlışdır.

Məsələn, ağıllı telefonlarımızın ekranından yayılan işığa görə bizim, ulu babalarımızdan daha az yatdığımız deyilir.

California Universiteti Los Angeles Araşdırmalar Mərkəzinin rəhbəri Jerry Siegel-ə görə, mediadan bir neçə dəfə eşidən insanların çoxu, buna inanır. Halbuki, bu, səhv ola bilər. Belə ki, əlimizdə hər hansı bir əsas yoxdur.

Fotonun müəllifi iStock

Ulu babalarmız bizdən çox yatıblarmı?

Babalarımızın nə qədər yatdığını bilmədiyimizə görə Siegel, buna ən yaxın misal olan Tanzaniya, Namibiya və Boliviyada həyatını ovçuluq və yığıcılıqla keçirən müasir köçəri icmalarına baş çəkib. Siegel düşünür ki, ulu babalarımız da bu qədər yatıblar.

Bu icmalar həmişə, bizim yaşayış və yuxumuza müdaxilə edən modern cihazlardan uzaq olublar. Aralarında minlərcə kilometr məsafə olmasına baxmayaraq, hər üç icmanın hər gecə yatdığı müddət, tamamilə eyni olub: təxminən altı saat yarım. Siegel, atalarımızın da qədimdə bu qədər yatdığını düşünür.

Texnologiya və elektrikə sahib müasir cəmiyyətlərdə isə insanlar, orta hesabla 6-8 saat arası yatırlar. Yəni, babalarımız bizdən daha artıq yatmırmışlar. Bundan əlavə, müasir həyatın bəxş etdiyi üstünlüklərdən yararlanmır, daş, ya da torpaq üzərində, hətta bəlkə də, ağacda yatır və dan yeri söküldükdə ayılırmışlar. Eyni zamanda, yırtıcı heyvan, düşmən qəbilə və ya zəhərli böcək kimi narahatçılıqları da olub. Yəni, gecə sadəcə 6 saat yarım yatmaq əbəs yerə deyilmiş.

Fotonun müəllifi iStock

Oyanmadan, yoxsa hissə-hissə yatmaq?

Siegel, babalarımızla əlaqədar başqa bir səhv məlumatın, oyanmadan yatmaq olduğunu deyir. Onlar hissə-hissə yatırmışlar və Siegel bunu, ev heyvanları ilə əlaqələndirir.

"Bu fikrin mənbəyi, düşünürəm ki, pişik və itlərdir; onlar bu formada yatırlar, amma, primatlar isə yox." İnsanlar gecə ərzində uzun və oyanmadan yatırlar. Arada bir oyananlar da olur əlbəttə ki, lakin bu, normativ deyil.

Siegel-in araşdırmaları, günümüzdə ovçuluq və yığıcılıqla yaşayan icmaların qışda heç gündüz yuxusuna dalmadığını, yayda isə günorta istisindən qurtulmaq üçün daha çox gündüz yuxusu adlıqlarını göstərib. Amma, gündüz yuxusuna orta hesabla, beş gündə bir dəfə gedilir.

Fəqət, Siegel-in araşdırdığı bu icmalar, ekvatora yaxın bölgələrdə yaşayırlar. Şimala doğru getdikcə gecələrin uzandığı və qışda gecələrin 16 saata çatdığı Şimali Avropada ulu babalarımız, ola bilsin ki, qış yuxusunu bir neçə hissəyə bölüblər. Ancaq, insanın yuxusunun artıq fəsillərlə bağlı olmadığı üçün, Şimali Avropada belə, müasir insan qısa bir tualet ehtiyacı üçün durmaqdan başqa, gecə boyu yatmağa meyllidir.

Fotonun müəllifi iStock

Yuxunun funksiyası nədir?

Yuxu mövzusundakı bu iki yanlış düşüncəni ortaya çıxardıqdan sonra, Siegel, daha mühüm bir suala müraciət edib: Niyə yatırıq?

Əgər yuxunun hafizə ilə əlaqədar bir rolu varsa, yarasalar günün 20 saatını yataraq keçirdikləri halda, niyə ən güclü yaddaşa sahib Afrika filləri sadəcə iki saat yatırlar?

Siegel-ə görə, yuxu bəlkə də, bioloji ehtiyac olmaqdan başqa, təkamülün məhsuldarlığı artırmaq üçün yaratdığı bir yöntəmdir. 2009-cu ildə Nature Reviews Neuroscience jurnalında dərc olunan bir məqaləsində Siegel, bəlkə də yuxunun "aktiv olmağın faydalı olmadığı zamanda enerji istifadəsini azaldaraq, məhsuldarlığı artıran bir davranış" olduğunu vurğulayıb.

Fotonun müəllifi iStock

Bu, heyvanlar aləmində olduğu kimi, bitkilər aləmində də geniş istifadə olunan bir üsuldur. Bəzi ağaclar payızda yarpaq tökərək fotosintezi dayandırırlar. Qida qıt olduğu üçün ayılar, qış aylarında boş yerə enerji sərf etməməkdən ötrü, qış yuxusuna dalırlar.

Yuxu bəlkə də, aktiv gündüz saatlarından sonra, gecələr özümüzü boş yerə məcbur edib enerji itirməyərək, növbəti günə daha məhsuldar başlamağı təmin edən bir vasitədir.

Buna, seçici tənbəllik demək də mümkündür.