Bir cür qida ilə yaşamaq olarmı?

Fotonun müəllifi iStock

Biz, tez-tez müxtəlif pəhrizlərin üstünlükləri haqqında eşidirik. Əgər yalnız bir cür qida yeməyə məcbur olsaq, hansı ilə daha uzun ömür yaşaya bilərik?

Biz, tez-tez müxtəlif pəhrizlərin üstünlükləri haqqında eşidirik. Əgər yalnız bir cür qida yeməyə məcbur olsaq, hansı ilə daha uzun ömür yaşaya bilərik?

İnsan yalnız çörək yeməklə yaşaya bilməz, çünki bir aya sınqa (vitamin C çatışmazlığından yaranır) xəstəliyinə tutular.

Ən yaxşı qidalanma forması müxtəlif tərkibli olandır. Bu zaman insan qayğısız şəkildə vitamin C-dən tutmuş, dəmir və linol turşusunadək hər şeyi qəbul edir.

Hətta, moda pəhrizləri belə, bir neçə qida üzərində və ya müəyyən şeyləri yeməmək üzərində qurulur və adətən kifayət qədər bəsləyici olur.

Lakin, əgər bir qida ilə dolanmağa məcbur olsaq, hansı qida daha doyumlu və sağlam olar? Lazımlı hər şeyi, deyək ki, yalnız kartofdan, yalnız bananda və ya yalnız avokadodan almaq mümkündürmü?

Bir şey dəqiqdir ki, bir çoxu ət və ya bir çox meyvə və tərəvəzi seçməzlər.

Ət lifsiz olur və sağlamlıq üçün mühüm vitamin və bəsləyicilər daşımır. Meyvə və tərəvəzlər vitaminlə zəngin olsalar da, nə qədər yeyilməsindən asılı olmayaraq, onların yağ və ya proteini yoxdur.

Vücudumuza sağ qalmaq üçün düşündüyümüz qədər çox şey gərək olmasa da, nasaz düşdükdə bədəni təhlükəyə atırıq.

Fotonun müəllifi iStock
Image caption Kartofların proteinlərlə zəngin olduğu qədər, vitaminləri də bolmiş

Arktik tədqiqatçı Vilhjalmur Stefansson şimali Kanadada yaşayan insanlar arasında yayılan fenomenlər haqqında yazıb.

Məsələn, dovşan aclığı adlandırılan dövrdə kanadalılar, yalnız dovşan əti yeyirlər və "bir həftəyə baş ağrısı, halsızlıq və anlaşılmaz narahatlıqla müşayiət olunan ishala tutulurlar." O yazıb ki, pis bəslənmədən ölməmək üçün onların yağa ehtiyacları var.

Jon Krakauer Vəhşi təbiətdə (Into the Wild) adlı kitabında təklif edir ki, bədbəxt Chris McCandless dovşan aclığına görə ölüb. Zənn edilir ki, yalnız proteindən kalori alıb, yağ və ya karbohidratdan protein ala bilmədikdə, qaraciyərin protein yaratma qabiliyyəti çökür.

Qlazqo Caledonian Universitetindən diyetoloq Jennie Jackson-a görə, ət və əksər tərəvəzlər olmazsa, kartof düşündüyümüzdən daha yaxşı variant ola bilər. O, keçən il avstraliyalı Andrew Taylor haqqında yazıb.

Taylor, bir il boyunca kartof yeyərək çəki atmaqla yanaşı, sağlam vərdişlərə yiyələnmək çalışıb.

Kartofları xüsusi edən, nişastalı tərəvəz olmasına baxmayaraq, qeyri-adi miqdarda proteinə və geniş müxtəliflikdə amin turşusuna malik olmasıdır, Jackson deyir. Lakin, gün ərzində 3 kq kartof yemək, Taylor ölçüdə bir kəs üçün gərək olan miqdarın təxminən üçdə ikisinə bərabərdir.

Eləcə də kartofda gərəkli miqdarda yağ yoxdur və Taylor-n şirin kartoflar da yeməsinə rəğmən, A və E vitaminləri, dəmir və kalsium, eləcə də, Jackson-n qeyd etdiyi kimi B vitamini kifayət qədər olmayacaqdır. Lakin, o, ili problemsiz başa vura və kifayət qədər arıqlaya da bilib.

Maraqlıdır ki, kartof, bənzəri söhbətlərin əsas obrazlarında biridir. Bir neçə ilə əvvəl The Chicago Reader məsləhət qəzetinin The Straight Dope köşəsinə bir oxucu sual yollayır və yalnız kartof və südlə yaşamağın mümkünlüyünü soruşur.

İrlandiyada Kartof Acılığından qabaq, insanlar demək olar ki, yalnız kartof ilə qidalanırmışlar. Keçmiş köşə yazarı Cecil Adams bildirib ki, assistenti ilə birlikdə rəqəmləri nəzərdən keçiriblər və müəyyənləşdiriblər ki, molibden mineralından başqa, kartof və süddən insan üçün vacib olan hər şeyi almaq olar.

Lakin, əgər bir az yulaf yarması da yesəniz, tamamilə hər şeyi əldə edə bilərsiniz.

Fotonun müəllifi iStock
Image caption Avokadolar kartoflardakı qədər olmasa da, bəsləyicilərlə zəngindirlər

Bunu eşitdikdən sonra, Jackson düşünür ki, "Bu ki, bizim pəhrizimizdir - yüz illər qabaq mövcud olan şotland pəhrizi. Tamamilə üst-üstə düşür. Kartof, eləcə də, tərkibinə azca yerli kələm növü kale qatılmış süd və yulaf yarması."

Lakin, təmiz qidalanmadan ötə, insanın pəhrizinin bir qidadan asılılığının qarşısını alan başqa şeylər də var.

İnsanların (çox güman ki, az bəslənməyə apardığı üçün) duyğu əsaslı toxluq adlanan bir xüsusiyyəti var ki, bir şeyi çox yedikcə, ona qarşı daha az davamlı olurlar.

"Mən bunu, pudinq halı adlandırıram," Jackson deyir, "qonaqlıqda doyunca yedikdən sonra, bir tikə belə qəbul edə bilmədiyin anda, kimsə pudinq təklif edir və daha bir az kalorini içəri ötürə bilirsən." Yəni, uzun müddət hər gün eyni şeyi yedikcə, ona qarşı davamlılıq azalır və insanı doydurmur

(Gündə üç kiloqram avokado yemək istəyən varmı?). Bundan əlavə, çeşidli pəhriz əvəzinə, bir cür qida qəbul edərək lazımlı vitamin, mineral və kalori əldə edə bilmək qeyri-mümkündür. Bunu anlamaq üçün müasir bəslənməmizə nəzər salaq.

20-ci əsrin əvvəllərində araşdırmaçılar, siçovulları bəzi bəsləyicilərdən məhrum buraxdıqda, onların xəstələnib və ya öldüyünü müşahidə ediblər. Bu yolla biz, vitaminlərin varlığından agah olduq. Qısa müddətlik də olsa, siçovullar ölürlər.

Fotonun müəllifi iStock
Image caption Dovşan əti o qədər az yağa malikdir ki, həzm problemləri yarada bilər

Lakin, müxtəlifliklə zəngin - uzunmüddətli - pəhrizləri bu cür bərpaedici eksperimentlərə daxil etmək olmaz, Jackson deyir. (Və əlbəttə ki, insanlarla siçovullar eyni deyil.)

İnsanlar üzrə epidemioloji faktlar göstərib ki, müxtəlif cür tərəvəzlərlə qidalanmaq, bir neçə növ tərəvəz yeməkdən daha sağlamdır. Amma, səbəbi aydın deyil.

Bəlkə də, yaşıl tərəvəzlərin daxil olmadığı pəhriz, xərçəng yaratma riskini artırır.

"Biz hansı qidaların hansı təsirləri yaratdığını həqiqətən də bilmirik," Jackson söyləyir. "Beləliklə, makro bəsləyicilərdən nə aldığımızı bildiyimiz halda, nəyi ala bilmədiyimizi dəqiq müəyyənləşdirmək çətindir."

Gündəlik rejimi bir qidaya kökləmək vaxta və əziyyətə qənaət etmək anlamına gələ bilər, lakin, tez xəstələnmək şansını artırdığı qədər, həm də yorucu olar.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.