Saxta sağlamlıq xəbərləri: onları necə müəyyənləşdirməli

Maskalı qadın Fotonun müəllifi iStock

Britaniyanın Independent qəzeti keçən il xərçəng başlıqlı 20 ən çox yayılan məqaləni təhlil etdikdə, yarısından çoxu səhiyyə orqanları və həkimlərin təsdiq etmədiyi xəbərlər olub.

Buna baxmayaraq, milyonlarla insan xəbərləri maraqlı sayıb sosial şəbəkələrdə paylaşıblar.

İnsanlar oxuduqları şeylər haqqında ehtiyatlı olmalıdırlar. Bəs, Facebook və ya Twitter-də paylaşılanların həqiqi olub olmadığını necə müəyyənləşdirmək olar?

Hər gün mənə ictimaiyyətlə əlaqədar şirkətlərdən onlarla e-mail gəlir. Bəzilərində maraqlı tədqiqatlar yer alsa da, bir çoxu gərəksiz olur. Səhiyyə üzrə başqa jurnalistlər kimi mən də nəyin doğru olduğunu anlamaq üçün vaxt sərf edirəm.

Mənə oxuduqlarımızın keyfiyyətindən əmin olmaq üçün yeganə üsulun eyni yollara baş vurmaq olub-olmadığı maraqlı idi.

BBC radiosunun Health Check (Sağlamlıq yoxlanışı) adlı verilişi üçün mən, üç təcrübəli səhiyyə jurnalistinə məsləhət üçün müraciət etdim - The Guardian-n səhiyyə redaktoru Sarah Boseley, BBC Elm və Səhiyyə müxbiri James Gallagher və New York Universitetindən müxbir üzvü və Stat News-da Watchdog köşə yazarı İvan Oranski.

Fotonun müəllifi iStock

1.İlk öncə məqalənin mənbəyini axtarın. Onun etibarlı qəzet, internet səhifə və ya yayım təşkilatına istinadən verildiyini müəyyənləşdirin.

2.Tapıntının ağlabatan olmasına fikir verin. Əgər həqiqətə uyğundursa, çox güman ki, elədir.

3.Əgər yazı, "həkimlərin demədiyi sirr" başlığı ilə verilibsə diqqətli olun. Həkimlərin müalicələrin sirr qalmasında çox az marağı ola bilər.

4.Böyük xəbərin doğruluğu da böyük olmalıdır. Əgər bu, çox böyük bir nailiyyətdirsə (böyük nailiyyətlər təbii ki, əldə edilir) minlərlə xəstə üzərində sınaq keçirilmiş, tibb jurnallarında dərc edilmiş və dünyanın ən böyük mətbu nümayəndələri tərəfindən yayımlanmış olmalıdır. Əgər bu, bir həkimin məsləhət bildiyi yeni bir şeydirsə, onu sınamamışdan öncə, daha çox sübutu gözləməyə dəyər.

5.Əgər məqalədə tədqiqatın müəyyən bir jurnalda dərc olunduğu deyilirsə, internetdə axtarış verib həmin jurnalın resenziyalı olub-olmadığını yoxlayın. Bu, məqalə yayımlanmamışdan əvvəl, eyni sahə üzrə işləyən alimlər tərəfindən çapa göndərilmənin sübutudur. Bəzən resenziyalı qəzetlərdə də bu hallar baş verir, lakin, böyük əksəriyyəti belə deyil.

Fotonun müəllifi Getty Images
Image caption Həqiqiliyi şübhə doğuran başlıqları necə müəyyənləşdirirsiniz?

6.Sehrli müalicə insanlara tətbiq olunubmu? Yoxsa, təkcə sınaq borusu və ya siçanlar üzərində yoxlanılıb? Əgər insan üzərində tətbiq olunmayıbsa, müalicə elmi baxımdan maraqlı və vəd verici olsa da, onun insanlar üçün əlverişli müalicə olduğunu demək çox erkən ola bilər.

7.İnternet, vaxtınıza qənaət edəcək. Məlumatı Səhiyyə Xəbərləri Rəyləri olan media səhifələrində axtarmağa dəyər.

8.Əks halda yazını təqdim edən jurnalist və onların adətən nə haqda yazdığını axtarın. Əgər onlar, elm və ya səhiyyə haqqında tez-tez yazırlarsa, demək ki, yeni müalicə ilə bağlı doğru sualları təqdim edəcəklər.

9.Məqalədəki detalları "mif" və "əsassız" sözlərindən istifadə edərək axtarın. Onun başqa bir yerdə müzakirə və ya tənqid olunduğunu tapa bilərsiniz.

10.Son olaraq, xəbərin yalan olmadığını və onun etibarlı jurnalda dərcini aşkar etdikdən sonra, araşdırmanın metodologiyasına da fikir vermək olar. Xəbər başlıqlarının arxasında NHS (NHS - Britaniyanın Milli Səhiyyə Xidməti) səhifəsində tədqiqatın detalları, onu necə aparılması və mediaya düzgün çatdırılması ilə bağlı müzakirələr tapa bilərsiniz.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Bu barədə daha geniş