‘Kollektiv narsisizm’ dünya siyasətini necə idarə edir

Eynək Fotonun müəllifi Getty Images

Millətiniz haqqında nə düşünürsünüz? Digərləri ölkənizi tənqid etdikdə əsəbiləşirsinizmi? Ölkənizin daha çox tanınmasını istəyərdinizmi?

"Hə" cavabı verən hər kəs, millətçilik dərəcəsindən asılı olaraq "kollektiv narsizim" əlamətlərinə sahibdir - ən azından sosial psixoloqlar belə düşünürlər. Suallar, araşdırmada istifadə edilən Kollektiv Narsisizim Cədvəlindən götürülüb.

Əksəriyyətimiz narsizimin şəxsdəki psixoloji quruluşuna bələdik: kənardan son dərəcə özündən razı və arxayın görünsə də, daxilən həssas və zəif biri.

Lakin, kollektiv narsisizim fərqli bir şeydir: bu halda şəxs, din və ya milliyyətdən asılı olaraq, mənsub olduğu qrupun üstünlüyü göstərir, amma, daxildə isə buna şübhə ilə yanaşır və qrupunun başqaları tərəfindən tanınmasına can atır.

Fotonun müəllifi Getty Images
Image caption Kollektiv narsizim bir çox ölkələrdə qeydə alınıb. Məsələn, gənclərdə millətçilik ruhunun artmasına şahid olmuş Polşa kimi

Psixoloqların kollektiv narsisizmi araşdırdıqları üsullardan biri, "Qapalı Ortaqlıq Testidir" (QOT). Test, müxtəlif formalarda aparıla bilsə də, adətən klaviaturada fərqli kateqoriyalara düşən sözləri müəyyənləşirməkdən ibarət olur. Əsas fikir, zehnimizdə əlaqələndirdiyimiz kateqoriyalar ayrıldığında eyni düyməyə reaksiya vermənin daha sürətli olmasıdır.

Məsələn, əgər yaxşı heysiyyətə maliksinizsə, sol ox işarəsini pozitiv sözlər və özünüzə aid olanlar üçün istifadə etmədə daha cəld olacaqsınız.

Belə bir nümunəyə nəzər salaq.

Kollektiv narsisizm əlamətləri daşıyan polşalılar arasında aparaılan araşdırma göstərib ki, Polşa simvollarını pozitiv sözlərlə əlaqələndirmək dərəcəsi çox aşağıdır. QOT-u izah etmək barəsində mübahisələr olsa da, bu nəticə, polşalı kollektiv narsistlərin öz millətini pozitiv qrupda görmədiklərini isbat edib.

Digər bir dəlil təklif edir ki, kollektiv narsizimin müəyyən aspektləri, qeyri-qənaətbəxşlilik hisslərinin ört-basdır edilməsindən yaranır.

Bir növ, individual narsistlərin narahatlıqlarını örtmək üçün əl atdıqları özünü əhəmiyyətli göstərmə kimi.

Varşava Universitetindən Aleksandra Cichocka və həmkarları bu yaxınlarda müəyyənləşdiriblər ki, həyatı üzərində daha az idarəsi olan insanlar, kollektiv narsizmə daha çox meyllidirlər.

Fotonun müəllifi Getty Images
Image caption Hər iki tərəfin Brexit müzakirələri, seçicilərin kollektiv narsizminə böyük və ya kiçik mənada təsir etmiş ola bilər

Kollektiv narsisizim anlayışı yeni bir şey deyil - ilk dəfə psixoanalitik Erich Fromm və sosioloq Theodor Adorno tərəfindən 1930-cu illərdə təklif olunub - lakin, əsasən də dünyadakı siyasi vəziyyətin gərginləşdiyi indiki zamanda sosial psixoloqların ideyaya marağı daha da genişlənib.

Cichicka-n keçmiş müəllimi London Universiteti Goldsmiths-dən professor Agnieszka Golec de Zavala, kollektiv narsistlərin Donald Trump və ya Brexit-ə səs verəcəyi ilə bağlı ilkin sübutlar da göstərmişdi. (Amma bu, Trump və ya Brexit-ə səs verən hər kəsin kollektiv narsisist olması anlamına gəlmir.)

Kollektiv narsisistlərin, xüsusilə də kənardakıların qəsdçilik nəzəriyyələrinə inanmağa daha meylli olduğu da diqqətçəkəndir.

Misal üçün, Golec de Zavala ilə Cichocka-n ötən il dərc olunan birgə araşdırması göstərib ki, kollektiv narsistlik üzrə daha çox xal verən polşalılar, 2010-cu ildə Smolenskdə baş verən (Polşa prezidenti və onlarla siyasətçinin öldüyü) təyyarə qəzasının rusiyalılar tərəfindən törədilən terror aktı olduğuna inanırlar.

Fotonun müəllifi Getty Images
Image caption Kollektiv narsizim üzrə yüksək göstəriciyə malik türkiyəlilər də, bu etirazdan da göründüyü kimi, almanlara qarşı ədavət saxlaya bilərlər

Golec de Zavala və Cichocka, burada narahatedici məqamın ölkələr arasında düşmənçiliyi artırması olduğunu bildirirlər.

Keçən il dərc olunan bir araşdırmada, məsələn, kollektiv narsizim üzrə yüksək nəticə göstərən türkiyəli iştirakçılar, ölkələrinin Aİ-ə qoşulmamasını milli alçalma kimi qəbul etdiklərini və eyni zamanda blokun iqtisadi problemlər keçirməsindən zövq aldıqlarını bildiriblər.

Eynilə, kollektiv narsisizmə malik portuqaliyalı iştirakçılar, Almaniyanı təhlükə kimi qiymətləndirdiklərini və almanlara qarşı digərləri ilə birləşməkdən həzz alacaqlarını qeyd ediblər. ABŞ tələbələri ilə aparılan başqa bir araşdırma ortaya çıxarıb ki, kollektiv narsizim üzrə yüksək nəticə göstərənlər hərbi təcavüzə daha çox meyllidirlər.

Bütün bunlara baxmayaq, kollektiv narsizmin, milli qürurun digər növlərindən tamamilə fərqli olduğunu qeyd etmək lazımdır. İnsanın öz ölkəsi ilə bağlı yaxşı düşünməsi, xeyir gətirə bilər. Son baxış-icmalında Cichocka, güclü kimlik hissinə malik geniş qrupun qurucu gücə malik olduğunu izah edib.

İnsanlar, mənsub olduqları qrupun yaxşılığı üçün işlər görməkdə daha çox məqsəd və məna tapa bilərlər və sağlam vətənpərvərlik digər xalqlara qarşı daha tolerant və anlayışlı olmaqla bağlıdır. Kollektiv narsisizmi fərqli göstərən cəhət, onun müdafiəedici və paranoyid tona və digərləri tərəfindən tanınmaya görə acgözlük duyğusuna malik olmasıdır.

Eyni zamanda unutmamalıyıq ki, bənzəri araşdırmalar, qruplaşma üstünlüyü (öz qrupunun digərlərindən daha üstün olmasına inanma) kimi neqativ və qurucu vətənpərvərlik (ölkəni sevib inkişafı üçün can atmaq) kimi daha pozitiv görünən faktorlar da daxil olmaqla bu və ya digər psixoloji və sosioloji təsirləri üzə çıxarmaq üçün aparılır.

Həyatın qarışıqlığı içində, əlbəttə ki, hər birimiz bu cür hissələri fərqli dərəcədə yaşayarıq. Və münasibət və inanclarımız zamanla dəyişə də bilər.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular