Daha müdrik olmaq mümkündürmü?

Fotonun müəllifi Getty Images

Müdrikliyi təyin etmək çətindir, lakin, onu görə bilirik. Müdrik insanlar çətinlik zamanı sakit qalmağı bacarırlar. Onlar geriyə çəkilib daha geniş mənzərəni görə bilirlər.

Onlar düşüncəli və dürüstdürlər. Onlar, biliklərinin həddini anlayır, alternativ yolları nəzərdən keçirir və dünyanın daim dəyişdiyini unutmurlar.

Müdriklik zəka ilə qarışdırılmamalıdır.

Müdrik olmadan da zəkalı olmaq mümkündür. Müdrik insanlar, qeyri-əminliyə dözə bilir və ən çətin məsələlərin belə həlinin olduğuna pozitiv yanaşırlar. Onlar, doğru və yanlışı ayıra bilirlər. Siyahı uzana bilər.

Bəs necə müdrik olmaq olar? Psixoloqlar müdrikliyi uzun illərdir ki, tədqiq edirlər və onların bizə yaxşı xəbərləri var. Müdrik olmaq üçün cəhd edə və hətta, buna çata bilərik.

Müdriklik əldə etmək üçün onların məsləhətlərinə qulaq asmaq, yaxşı qərarlar qəbul etməyə səbəb olacaq.

Kanadada yerləşən Waterloo Universiteindən Igor Grossman-a görə müdrik düşüncə, özü ilə çoxlu pozitivlik gətirir: daha çox razılıq, daha az neqativ fikirlər, daha yaxşı münasibətlər və daha az depressiv ruminasiya.

O, öz həmkarları ilə müəyyənləşdirib ki, müdrik insanlar hətta, daha uzunömürlü ola bilirlər.

Müdrik insanlar yaşlandıqca, sağlam həyat tərzləri daha da inkişaf edir. Zəka isə rifah ilə bağlı heç bir təsir yaratmır.

Çox güman ki, IQ səviyyəsi insanın yaxşı münasibət qurması və ya gündəlik qərarlar verməsi bacarığına təsir edə bilmir.

Fotonun müəllifi Getty Images
Image caption Müdriklik fitri xislət deyil - biz müxtəlif vəziyyətlərdən asılı olaraq müdrik ola və ya olmaya bilərik

Grossman əmindir ki, müdriklik, ya sahib olduğuna, ya da olmadığına sabit cəhət deyil. Varsa, bu yaxşı xəbərdir. O deməkdir ki, ən azından bəzi hallarda müdrik ola bilərsən.

Dünəni düşünün. Gün ərzində qarşılaşdığınız ən çətin məqam nə olub? Bəs çıxış yolunu necə tapdınız? Grossman son araşdırmasında iştirakçılara bu kimi suallarla müraciət edib.

İnsanlar, tıxac və ya ailə və həmkarları ilə mübahisəyə görə iclaslarına gecikdiklərini yazırlar.

Tədqiqatçılar onların müdrikliyini ölçmək üçün, səbəb gətirmə tərzlərini sınaqdan keçiriblər.

Onlar, biliklərinin limitli olmasını anlaya bildilərmi? Neqativ kimi görünən vəziyyətdə heç pozitivlik görə bildilərmi? Grossman müəyyənləşdirib ki, onların bəziləri bir vəziyyətdə müdrik, digər vəziyyətdə isə əksinə davranıblar.

Bəs müxtəlif vəziyyətlərdə niyə fərq olur? İştirakçılar, dostları ilə birlikdə olduqda dava müdrik olublar.

Bu onlara mənzərəni daha geniş görməyə, başqa yollar haqqında düşünməyə və biliklərinin həddini anlamağa kömək olub. Yalnız olduqda isə onlar, düşdükləri vəziyyətdən çıxmağın alternativ yollarını düşünə bilməyiblər.

Fotonun müəllifi JD/Flickr/CC BY-2.0
Image caption Müdrik olmaq üçün psixoloq məsləhətinə qulaq asmaq lazımdır

Bu, o deməkdir ki, müdriklik bizim düşündüyümüzdən daha ümumi ola bilər. "Bizim çox güman ki, hamımız müdrikliyin hansısa aspektinə malikik. Sadəcə olaraq həmişə üzə çıxmır," Grossman deyir.

Bəzi iştirakçılar digərlərindən daha müdrik, bəziləri isə daha sadəlövh tərpəniblər. Lakin, bu, bütün hallar üçün eyni olmayıb.

Bu isə ümidvericidir. Bəzən müdrik ola biliriksə, bəlkə də daha tez-tez müdrik olmağı öyrənə bilərik. Və müdrik düşüncənin yaşla artdığından agah olmaq, bunu daha yaxşı inkişaf etdirə bilmək deməkdir.

Sual isə bunu necə etməkdir. Cornell Universitetinin psixoloqu Robert Sternberg-ə görə, müdriklik balansdan ibarətdir.

Müdrik insan, əqli mübarizəni balanslaşdırmağı bacarandır - qısa müddətli ilə uzun müddətli olanı, şəxsi maraqlarla başqalarının maraqlarını tarazlaşdırmaq və eyni zamanda bütün seçimləri nəzərdə saxlayaraq cari vəziyyətə alışmaq və yeni vəziyyətə hazır qalmaqdır.

Sternberg-n formuluna əməl etsək, içində olduğumuz dilemmada həm qısa, həm də uzunmüddətli digər maraqları nəzərə alaraq dəyişən mühit və onun hansı formanı alacağını yadda saxlamaq lazımdır.

Müdrikliklə bağlı Grossman, laboratoriyada müxtəlif strategiyalar üzərində işləyib. Məsələlərə başqa aspektdən yanaşılması istənilən insanlardan vəziyyətə quş baxışı ilə sanki yüksəkdən uçurmuş kimi baxmaq məsləhət bilinir.

İdeyanın məğzində tələsik qərardan özünü uzaqlaşdırmaq dayanır. Hətta, öz-özünlə üçüncü şəxs kimi danışmaq da kömək edə bilər. Beləliklə, problemim olduqda özümdən soruşmalıyam ki, Claudia nə edərdi?

Fotonun müəllifi Getty Images
Image caption Öz bacarıqlarımızı mühakimə etməkdə uğursuz olsaq da, başqalarınınkını daha yaxşı dəyərləndirə bilirik

Bəzən üçüncü şəxs kimi müraciətdən daha irəli gedərək, başqa birinin fikrini öyrənə bilərik. Biz adətən öz həyatımızdan daha çox başqalarının həyatı haqqında müdrik sözlər söyləyə bilirik.

Mənim ən sevimli araşdırmalarıma zamanlama ilə bağlı olanlar daxildir. Bu hamımızın etdiyi bir səhvdir.

Belə ki, işi bacardığımızdan daha tez bitirəcəyimizi düşünürük. İstər qonaq otağımızı bir günə yenidən bəzəmək olsun, istərsə də işlə bağlı layihəni axşama bitirmək - bunu uğurla başa vurmadıqda narahat oluruq.

Düşünürük ki, gələcəkdə özümüzün daha hazırlıqlı versiyası olacağımıza görə, daha çox vaxtımız olacaq. Təəssüf, çox güman ki olmayacağıq.

Özümüz üçün zaman kəsiyini mühakimə etməkdə uğursuz olsaq da, başqalarınınkını daha yaxşı dəyərləndirə bilirik. Bir araşdırmada tələbələrdən öz və digər yoldaşlarının tapşırıqlarını nə vaxt bitirə biləcəkləri sual olunub.

Onlar başqa tələbələrinin zamanlamasını daha yaxşı təxmin etmişdilər.

Çünki, onlar, soyuqdəymə və ya evə gəlib paltar yuyan maşının xarab olduğunu görmək kimi gözlənilməz problemləri nəzər almışdılar. Lakin, söhbət öz həyatımızdan gedirsə, təbii optimizmimiz sanki potensial problemləri görməmizə mane olur.

Daha müdrik ola bilməyə hazırsınızmı? Hə, amma, yadda saxlanılası həddindən artıq çox şey var. Nəzərə almalısınız ki, qısa və ya uzun müddət olmasında asılı olmayaraq, hər kəsin müxtəlif məqsədləri, üstünlükləri və sizinkindən fərqli cavabları olacaq.

Fəqət, çətinlik, cəhd etməyimizin qarşısını almamalıdır. Gorssman-n mənə dediyi kimi, "Bu sizin anidən növbəti Budda olacağınız yox, bir az daha müdrikləşəcəyiniz deməkdir."

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş