Mumbayın 125 illik əvəzsiz sistemi

  • 13 Mart 2017
Velosipedçilər Fotonun müəllifi Getty Images

Hindistanın ən işlək şəhərlərindən birində dabbavalalar gün ərzində yüz minlərlə yeməyi ayaq və ya velosipedlə müştərilərə çatdırırlar.

Həftənin altı gününü hər səhər Kiran Gavande, Mumbayın Aşağı Parel məhəlləsini velosipedi ilə gəzərək dabba adlanan yemək qutularını müştərilərindən toplayır.

Növbəti bir neçə saat ərzində Gavande və onun dabbavala - "qutuları daşıyan şəxs" - yoldaşları, qələbəlik şəhəri bu başdan o başa gəzərək yüz minlərlə insana, evdə bişmiş yeməkləri qəlyanaltı vaxtına çatdıracaqlar.

Ötən bir neçə ildə inkişaf edən, Deliveroo və Uber Eats kimi onlayn qida çatdırılması şirkətləri tərəfindən hazırlanan təamlar, yükləmənin bəxş etdiyi bir rahatlıqdır.

Hindistanda bənzəri şirkətlər artıq məşhurlaşmağa başlayır. Lakin, dabbavalalar bu işi 125 ildir ki, edirlər və yeni başlayanların öyrənəsi çox şeyi var.

İxtisassız işçi qüvvəsinə arxalansa da, bu ikipilləli idarəetmə sistemi və Mumbayın qatar şəbəkəsindən heç də yüksək texnologiyaya sahib olmayan bu 5000 güclü korporasiya, dünyanın ən səmərəli daşınma sistemi hesab olunur.

Onlar, FedEx və Amazon kimi çatdırılma nəhəngləri ilə baş-başa verə bilirlər.

Hətta, Richard Branson da sirlərinə vaqif olmaq üçün onlarla bir gün keçirib.

Deliveroo və Uber Eats-dən fərqli olaraq - və ya Hindistanın bənzəri Swiggy və Runnr-dan - dabbavalalar, restoran yeməyi çatdırmırlar. Onlar, evdə hazırlanmış yeməkləri götürüb - adətən müştərilərin öz evlərindən - qəlyanaltı saatında iş yerlərinə çatdırırlar.

"Biz telefon proqramlarını bəyənmirik," Rashmika Shah deyir.

O, Shivaji Savant-ın xidmətindən Mumbay birjasında işləyən ərinə yemək göndərmək üçün istifadə edir. "Onu uzun müddətdir tanıyırıq və düzgün iş görəcəyinə arxayınıq."

Xidmət etibarlı olmaqla yanaşı, ucuzdur - ayda təxminən 800 rupi (20 manat). "İnsanlar, ofisə yemək çatdırılmasının üstünlük olduğunu düşünür," Mumbay dabbavalalarının koordinatoru Subodh Sangle deyir.

"Lakin, biz sistemimizi gözətçidən tutmuş direktorlara qədər hər kəs üçün əlçatan edirik.

Əksər dabbavalalar yeni rəqəmsal rəqiblərini geridə qoymağı bacarırlar.

"Arada yarışdan söhbət gedə bilməz. Onlar, bizim təqdim etdiyimiz xidməti verə bilməzlər," Gavande deyir.

"Mumbayın yalnız bir dabbavalası var."

Fotonun müəllifi Getty Images
Image caption Əksər dabbavalalar yeni rəqəmsal rəqiblərini geridə qoymağı bacarırlar.

Müqayisə etmək çətindir.

Təşkilat çox aşağı qiymətli xidməti yüksək dərəcədə ifa edir. 2010-cu ildə Harvard Biznes Məktəbi tərəfindən aparılan tədqiqat onu "Altı Siqma" deyə qiymətləndirib.

Belə ki, dabbavalalar hər milyon işdə 3.4 dəfədən da az yanlışlığa yol verirlər.

Hər gün təxminən 200.000 müştəriyə xidmət göstərildiyi nəzərə alınarsa, bu ildə 400 gecikən və ya çatdırılmayan dabbala mənasına gəlir.

Dəqiqlik çox vacibdir. Qəlyanaltılar hər gün müştəriyə günorta saat 1-də çatdırılmaldır və bunun üçün 3 saatadək vaxt lazım ola bilər. Gecikmələr bütün şəhərə təsir edə bilər, Sangle deyir.

İctimaiyyət və nəqliyyat polisi dabbavalalara yol verir.

"Əgər küçədə dabbavala görsəniz, yol verməlisiniz," - o əlavə edir.

Çatdırılma cədvəlinin daxili qaydaları mövcuddur. Əgər çatdırılma saat 1-də olmalıdırsa, məsafə on beş dəqiqəlik olsa belə, dabbavala saat 12-ni nəzərdə tutacaq, Sangle deyir.

"Bu ona, hər hansısa səhvi düzəltmək üçün kifayət qədər vaxt verir." 15 və 20 arası hər dabbavala üçün bir əlavə dabbavala da olur ki, hər hansı bir şey verərsə, qarşısı alına bilsin.

Gərgin iş qrafikinə baxmayaraq, dabbalarını hazırlayarkən adətən dabbavalalar rahat, şən və zarafatcıl görünürlər. Lakin, prosesin növbəti mərhələsi yaxınlaşan an qəfil beş dəqiqə gərgin hərəkətlilik yaşanır.

Birə on beş dəqiqə qalmış velosiped və ayaqla hərəkət edən dabbavalaların sanki yarışı başlayır. "Həyəcan görmək istəyirdin, buyur," Sangel deyir. Dabbavala ola bilsin ki, öz standartları çərçivəsində geciksin, lakin müştəri bunu hiss etmir, o söyləyir.

Gün ərzinə onları izləmək çətin işdir. Bəzən diqqətim yayınır və qarşımdakı pusduğum qrup gözdən itir. Ciddi zamanlama müştərilərə də sirayət edib. Əgər tam qəlyanaltı səhərlər iki və ya üç dəfə gec götürülərsə, müştəri imtina edir.

Hər dabbavalanın bir toplama və çatdırılma ərazisi var. Üzü günortaya doğru onlar qonşuluqdakı məhəllələri ayaqla və ya velosipedlə gəzərək təxminən 30 dabba toplayırlar.

Bunlar yerli ofis və ya qatar stansiyasında yerbəyer olunur və hər dabbavala dabbaları əlində qatara oturaraq çatdırılma ərazisinə yola düşür.

Çatdıqdan sonra, şəhərin hər tərəfindən axışan dabbalar, velosipedlərə yüklənib son mənzilə aparılmamışdan öncə, son dəfə gözdən keçirilirlər.

Bu çətin əldəyişmə seriyası, hər bir yemək qutusunun altına əl ilə qeyd olunmuş ezoterik alfarəqəmlərə əsaslanır. Bu yazı kodunu oxuya bilmək üçün dabbavala olmaq lazımdır.

Dabbavalaların işə bağlılığın bir hissəsini maddi əsaslar təşkil edir. Belə ki, aylıq 12.000 rupi (təxminən 300 manat) ixtisassız işçi üçün Hindistanda yaxşı maaş sayılır. Dabbavalaların məşhurluğu da işi nüfuzlu göstərir.

Eyni zamanda kooperativ kimi bütün dabbavalalar, seçki yolu ilə təyin etdikləri nəzarətçiləri mukadam-lar ilə bərabərhüquqludurlar. "Artıq 'Salam, Cənab' və ya 'Bəli, Cənab' deməyə ehtiyac yoxdur," dabbavala Anil Bhawagat deyir.

Lakin, onların bu bağlılığının daha əsaslı səbəbi var. Dabbavalalar hind allahı Vithala-ya sitayiş edən demək olar ki, xüsusi sayılan Vakari icmasına aiddirlər.

Vithala insana, qida paylamağın edilə bilən ən yaxşı işlərdən biri olduğunu aşılayır. "Dabbavalalar deyirlər ki, biz pul qazanmaqla yanaşı, dini inanclarımızın tələbini də yerinə yetirmiş oluruq," Sangel deyir.

Bəs dabbavalalar artan rahat tətbiqetmə proqramları ilə ayaqlaşa biləcəklərmi? Qida çatıdırılması Hindistanın inkişaf edən bir sektorudur, Amerika 500 Start Ups şirkətinin ortağı Pankahj Jain deyir.

Lakin, o düşünür ki, təhlükə yoxdur. Sektor hələ çox inkişaf etməlidir, o deyir. Problemin bir hissəsi şirkətlərin biznes modellərini Silicon Vadisindən Hindistana gətirərək asanlıqla tətbiq edə biləcəklərini düşünmələridir.

Fotonun müəllifi Getty
Image caption Şəhərin hər tərəfindən gələn qəlyanaltı qutuları son mənzilə çatdırılmamışdan qabaq, velosiped və ya əl arabalarına yüklənir

Jain düşünür ki, qida biznesləri dabbavalalardan çox şey öyrənə bilərlər.

Bu cür düşünən tək o deyil. İki ən qabaqcıl qida çatdırılması şirkəti Swiggy və Runnr da dabbavalaların təcrübəsindən yararlanır.

Banqalorda yerləşən Runnr, öz çatdırılma sistemini bənzəri şəkildə qurub.

Runnr-n həmtəsisçisi və icraçı direktoru Mohit Kumar deyir ki, onlar bir il qabaq Mumbayda işə başlamamışdan öncə, dabbavalalardan məsləhətl alıblar.

Şirkət həmçinin, təxminən 200 dabbavalanı günorta çatdırılmları bitdikdən sonra, yarım ştat işə götürüb.

Runnr-n öyrəndiyi şeylərdən biri də Mumbayda necə hərəkət etmək idi. Google Maps proqramı şəhəri məhəllələrə bölsə də, nəqliyyatı nəzərə almır. İllərin təcrübəsi dabbavalalara çətinliyin harada olduğunu öyrədib.

"Yerli çatdırılma üçün başqa heç bir sistem bu qədər məlumata malik deyir," Kumar deyir. "Bu bizə, çatdırılma vaxtlarının daha qısa olmasında əsl kömək olub."

Fotonun müəllifi Getty Images
Image caption Mumbayın izdihamlı küçələrində, qatarlar və velosipedlər, maşınlar və motosikletlərdən daha sürətlidir

Kumar düşünür ki, texnologiyadan istifadə dabbavalalara kömək edə bilər.

Yerli biliklərlə xəritə texnologiyasını birləşdirmək, müştərilər qoşulub və çıxdıqca, onlar üçün daha rahat yol variantları yarada bilər.

Pavan Agraval isə dabbavalaların yeni texnologiyaya uyğunlaşa biləcəklərindən əmin deyil.

Menecerlik mövzuları üzrə motivasiya spikeri olan Agraval, doktorluq dərəcəsini dabbavala şəbəkəsi üzrə alıb.

Hazırda isə, təşkilatdakı proseslərin tətbiqi ilə bağlı dünyanın müxtəlif şirkətlərində mühazirələr oxuyur.

Agraval, dabbavalaların əksəriyyətinin 50 yaşdan yuxarı olduqlarına və təqaüd yaşının olmadığına diqqət çəkir. "Məncə, bu vaxt alacaq," o deyir.

Lakin, onların az texnologiyalı yanaşması güclü ola bilər. Dabbavalalar, rəqəmsal başlanğıclar üçün başqa xidmət təklif edirlər.

"Evdə bişmiş yeməyi internetdən sifariş edə bilməzsən," o deyir.

Və Mumbayın izdihamlı küçələrində, qatarlar və velosipedlər, maşınlar və motosikletlərdən daha sürətlidir.

Dabbavala Gangaram Hemade fikirlə razıdır: "Əgər motosiklet idarə edirsənsə, qaydaları gözləməlisən və dayanacaq tapmaq çətindir. Bu yolla biz, ağır tıxaclarda da istədiyimiz kimi hərəkət edə bilirik."

Lakin, dabbavalalar yeni texnologiyalardan istifadəyə açıqdırlar.

Onlar, Hindistanın e-ticarət nəhəngi Flipkart ilə çatdırılmanın son mərhələsi ilə bağlı danışıqlar aparırlar.

Fotonun müəllifi 42fpsProduction
Image caption İnternet üzərindən şirkətlərlə əməkdaşlıqlarına baxmayaraq, dabbavalalar düşünürlər ki, onların biznesinin mahiyyəti dəyişməz qalacaq

Sangleyə görə, Hindistanda sağlam qida tələbatının artması dabbavalalar üçün yaxşıdır.

Çünki, qida şirkətləri çatdırılma üçün onlara müraciət edir.

Bu yeni şirkətlərin gəliri dabbavaların aylıq maaşını 12.000 rupidən 20.000 rupiyə qaldırır, o deyir.

Bununla belə, Sangle, biznesin mahiyyətinin dəyişəcəyini düşünmür.

Heç nə olmasa belə, dabbavalaların işə dini bağlılığı, onları eyni cür saxlayacaq.

"Yeni şirkətlər müştərilərinə yaxşı təkliflər təqdim edirlər, lakin, onların məqsədi bazarı ələ almaqdır," o deyir.

"Dabbavalaların isə bunun üçün daha dərin səbəbləri var. Müştərilərə xidmət etmək, tanrılarına xidmət etmək kimidir."

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular