Pokemon qarabasmasının arxasında yatan qəribə hekayə

Pokemon Fotonun müəllifi Getty Images

2016-cı ilin avqustunda bir qadın, əsl pokemon tərəfindən hücuma məruz qaldığını iddia edir. Onun qorxulu qarabasması, ayıqlıq ilə yuxu arşındakı sirli "alaqaranlıq bölgəni" üzə çıxarır. Bu şüurun elə qəribə bir vəziyyətidir ki, Salem Əcinnələrindən tutmuş yad planetlilərin insan oğurluğuna kimi bir çox fenomeni arxasında duran əsas ola bilər. Psixolog Matthew Tompkins izah edir.

Ötən yay Moskvada bir qadın telefonunda Pokemon Go oyununu oynayarkən yuxuya dalır.

Həmin gecə o, sıxıcı təzyiqdən ayılır. Gözlərini açır və ona hücum edən real Pokemon obrazını görür.

Bu Pokemon kostyumu geyən insan deyildi, əsl Pokemon idi. Qorxudan dili söz tutmayan qadın bu varlıq ilə əlbəyaxa olarkən sevgilisi heç nədən xəbərsiz mürgüləyirdi.

Nəhayət ki, o ayağa qalxa bilir və Pokemon dərhal yoxa çıxır. Evində qısa axtarış apardıqdan sonra, qadın polisə müraciət edir

Qadının polisə müraciət xəbəri sürətlə yayılır və müxtəlif beynəlxalq xəbər qəzetlərinin mövzusuna çevrilir.

İnternetdə də geniş yayılan bu hekayə, mənim Twitter xəbər lentimə də çıxır. Amma, bənzəri anomal təcrübələr üzrə eksperimental psixoloq olaraq mənim ağlıma gələn ilk şey bu oldu: "Bu, hamının başına gələ bilər."

Baxmayaraq ki, qadının təcrübəsini dəqiq izah etmək mümkün deyil, mən, gecə Pokemon hücumu izahının, bizim müasir yuxu qavrayışı ilə üst-üstə düşdüyünə şübhə etmirəm.

Əlbəttə ki, bizim bu sirli neyropsixoloji vəziyyət - və onun verdiyi qəribə hisslər - haqqında bildiklərimizi nəzərə alsaq, onun vəziyyətini 'normal' adlandırmaq olar.

Fotonun müəllifi Getty Images
Image caption Cinlərin hücumu ilə bağlı tarixi hadisələr ilə bizim müasir yuxu iflici arasında oxşarlıqlar çoxdur

Uzun sözün qısası, paradoksal görünsə də, bunun izahı belədir: o, yəqin ki ayıq imiş və eyni zamanda yuxu görürmüş.

Pokemonu anilik bir kənara qoyaq və qadının ayılması və üzərindəki ağır təzyiqdən tərpənə bilməməsinə nəzər salaq.

Burada istifadə oluna bilən texniki termin "yuxu iflicidir"- parasomniyanın növü və ya yuxu pozuqluğu.

Hərəkət edə bilməməkdən savayı, bu ayıq ifliclər adətən aydın görünən qarabasmalar ilə müşayiət olunur. Effektiv olaraq yuxunuzdakı obrazlar, ayıq reallıqla qarışa bilər.

Qarabasmaların məzmunu tez-tez iflic hissi ilə tematik olaraq bağlı olur - adətən yatan şəxsin fiziki olaraq aşağı sıxılması.

Yuxu iflicinə aid hadisələrə tarix və mədəniyyətlər boyunca - hətta e.ə. 400-cü ilə qədər - rast gəlmək mümkündür.

İlk dəfə bu barədə, yuxu və röyalar haqqında olan qədim Çin kitabı Zhou Li/Chun Guan-da görmək olur.

Kitabda müxtəlif növ yuxu görmələrin sistematikası təqdim olunur və tədqiqatçılar E-meng-i ('sürpriz röyalar') hazırkı yuxu iflici ilə ortaq xüsusiyyətlərini müəyyənləşdiriblər.

Zaman və mədəni kontekstdən asılı olaraq, bu qarabasmaları müxtəlif cür izah etmək mümkündür.

Yuxu iflici tədqiqatçıları Brian Sharpless və Karl Dograhmji, dünya üzrə yuxu iflici ilə bağlı 118 cür müxtəlif terminlər toplayıblar: almanların hexendrücken - əcinnə təzyiqi - və alpdrücken - elf təzyiqi - sözləri var.

Norveç xalq nağıllarında istifadə olunan svartalfar sözü, iblis elflərin insanları sinədən yerə basmamışdan öncə, onlara iflicedici oxlar atması mənasına gəlir.

Yaponların kanaşibari termini gözəgörünməz metal vasitəsilə sehrli şəkildə bağlanma deməkdir.

İsveçrənin müxtəlif hissələrində insanlar, qara qoyun formasında gözə görünən şeytani qarabasma pərisi tchutch-muton haqqında danışırlar.

Kürdlər yuxuda insanları boğan iblisə mottaka deyirlər.

İranlıların işlətdiyi baxtak sözü, yatanın sinəsində oturan cinə işarə edir.

Alimlər müasir yuxu iflici təcrübələrinin, yad planetlilərin insan oğurluğunun nəticəsi olması qənaətindədirlər. Pokemon hücumunu buraya daxil etməyin böyük məntiqi sıçrayış olduğunu düşünmürəm.

Ördəklə eyni çəkiyə malik olsaydı...

Müqayisə üçün 1692-ci ildə Salem əcinnələrinin şahidi olan Jon Loudner-n dediklərinə nəzər salaq:

"... Mən dərin yuxuda idim, gecənin bir aləmi sinəmdəki ağırlığı hiss etdim və ayıldıqda Bridget Bishop və ya onun oxşarının qarnımda oturduğunu gördüm. Və qollarımı qaldırıb bu təzyiqdən canımı qurtarmaq istədikdə o, boğazımdan yapışıb məni boğmağa başladı. Müqavimət göstərmək və ya özümə kömək etmək üçün əllərimdə güc-qüvvət yox idi. Və o, məni bu vəziyyətdə az qala bir gün saxladı."

Fotonun müəllifi Getty Images
Image caption Salem Əcinnələri Məhkəməsinin ilk qurbanı Birdget Bishop olub. Biz hələ indi yuxu iflicinin onun "sehri" ilə qarışıq düşdüyünü bilmişik

2016-cı ildəki moskvalı qadın kimi Jon da sıxılma hissi və iflic yaşayıb.

O isə yerli cadugər tərəfindən boğulduğunu görmüşdü. O, gecə ayılıb və hərəkət edə bilməyib.

Üzərində ona nəfəs almağa imkan verməyən bir siluet görüb. Jon-n ifadəsindən sonra, Bridget haqqında ölüm hökmü verilib və asılıb. Salem əcinnələri hadisəsinin ilk qurbanı Bridget olub.

Cadugərlik müasir dövrdə bənzəri hadisələrin mənbəyi kimi daha az populyarlığa malik olsa da, yuxu iflicinin dəqiq psixoloji mexanizmi hələ də tam aydın deyil.

Bilinən tərəf isə, yuxu görərkən hərəkətlərimizin xəyalımızda canlanmasıdır.

Hər birimiz təhlükəsizlik mexanizminə sahibik. Bunu avtomatik açar kimi qəbul edin.

Bu açar, beynimizin mühərrik planlama siqnallarının mühərrik fəaliyyət siqnallarına çevrilməsinin qarşısını alır.

Yəni, yuxuda qulyabanın sizi qovduğunu görərkən, ayağa durub otağınızda qaçmırsınız.

Beynimizin çox qəliz sistemə malik olduğunu nəzərə alsaq, bu kimi axsaq hadisələrin baş verməsi da normaldır.

Bu axsaqlıqlardan biri isə çox məşhurdur: yuxuda gəzmək. Bu zaman iflic, yuxulu ikən baş verir.

Bəzən isə iflic ayıldıqdan sonra yaşanır. Adətən bu, yuxunun astanasında baş verir - ya yuxuya dalarkən ya da ayılarkən.

Şüurunuz yerində ola, gözləriniz də açıla bilər, lakin, bədəninizi tam hərəkət etdirə bilməzsiniz.

Son dərəcə ümumi bir hal olsa da, insanın başına gələrkən çox qorxuludur.

Bənzəri problemlər ümumi yuxu pozuqluğu nəticəsində yarana bilər.

Tədqiqatçılar göstəriblər ki, dərin yuxudan dəfələrlə ayılan təcrübə iştirakçıları da, yuxu iflici yaşayıblar.

Tədqiqatlardan kənarda da bu qeyri-adi hal deyil. Öz başınıza gəlməyibsə belə, əminliklə bunu yaşayan tanışınız var.

Mütəxəssislər hesablayıblar ki, bu, yer üzündəki insanların 50%-n başına ən az bir dəfə gəlir.

Bəzi insanlar isə tez-tez belə hal yaşadıqlarını deyirlər.

Fotonun müəllifi Alamy
Image caption Xanım Macbeth-n yuxuda gəzməsi onun günahının təzahürü kimi görünsə də, biz indi anlayırıq ki, bu qəribə hadisənin səbəbi nevroloji prosesdir

Bəzi sorğularda qarabasmalara səbəb kimi əqli çatışmazlıq və ya narkotik aludəçiliyi göstərilsə də, bu, sağlam insanların da başına gələ bilər.

Düşən kübiklər röyaları

Gəlin Moskvadakı hadisəyə qayıdaq. Niyə bu qarabasmada məhz Pokemon görünüb?

Yüksək subyektivlik xüsusiyyətini nəzərə alaraq, yuxuları elmi səviyyədə araşdırmaq çox çətindir.

Şüursuz bir halda yaşanan və ayılarkən çox vaxt unudulan bir hadisəni necə ölçmək olar ki?

Buna baxmayaraq, o qadının Pokemon Go oyunu ilə qarabasması arasındakı əlaqə aydındır.

Video oyunları ilə yuxular arasındakı əlaqə, yuxu təcrübələri üzrə araşdırmanın daha çox sənədləşdirilmiş sahəsidir.

2000-ci ildə Harvard Tibb Məktəbindən Robert Stickgold-n rəhbərliyi ilə aparılan araşdırmada Tetris video oyununu oynayan iştirakçılar, oyun ilə bağlı hipnagogik təsvirlər gördüklərini bildirirdilər.

Onlar yuxuya dalarkən düşən kubiklər görürmüşlər.

Başqa video oyunları üzrə aparılan tədqiqatlar da, oxşar nəticələr verib.

Bir çox sınaqlar göstərib ki, yatmamışdan əvvəl yaddaş əsaslı tapşırıqlar icra edən insanlar, daha yaxşı yatırlar.

Siçovul 'röyaları'

Daha çox nəticə, yatan siçovulların beyin fəaliyyəti üzərində aparılan təcrübələrdən əldə olunub.

Heyvan tədqiqatçıları, insan iştirakçılar üzrə tədqiqatçılar ilə müqayisədə mənfi və müsbət tərəflərlə qarşılaşıblar.

Bir tərəfdən elektrodları birbaşa siçovulların başına salmaq üçün daha az kağız işi olur. Digər tərəfdən isə, siçovullardan yuxuda nə gördüklərini soruşmaq mümkün deyil.

Fotonun müəllifi Getty Images
Image caption Siçovulun beyni, yuxuya daldıqca labirintdəki hərəkətlərini təkrarlayır

Bir təcrübədə Massachusetts Texnologiya İnstitutundan olan qrup, elektrodları birbaşa siçovulların beyində hippocampus adlanan hissəyə daxil edirlər.

Həm insanlar, həm də siçovullarda beynin bu hissəsi digər funksiyalardan daha çox, fiziki məkanlar haqqındakı yaddaşla əlaqədardır.

Elektrodlar tədqiqatçılara, hippocampusdakı müəyyən hüceyrələrin real neyro-fəaliyyətini izləmək imkanı yaranır.

Siçovullara, naqillərə bağlı şəkildə labirintdə hərəkət etmək öyrədilir. Qarşılığında isə onlara qida verilirdi.

Hippocampus beynin məkan öyrənmə fəaliyyəti ilə bağlı olduğuna görə, hippocampusdakı elektrik fəaliyyətin nümunələri, siçovulların labirintin müəyyən hissələrindəki yeri ilə bağlamaq olur.

Bu metodun bizim Pokemon/Tetris röyaları müzakirəmiz ilə əlaqəsi isə belədir: siçovullar labirinti öyrəndikdən sonra, alimlər onlar yuxuya daldıqda da elektrodları olduğu kimi saxlayırlar.

Siçovullar yuxuladıqca, hippocampus hüceyrələri aktivləşirlər.

Və başqa heç bir hərəkət yox - siçovullar yuxuda olarkən hərəkətə keçən nümunələrin labirintdəki qaçışlarla üst-üstə düşdüyü ortaya çıxıb.

Siçovullardan yuxuda nə hiss etdiklərini soruşmaq mümkün deyil, təbii ki, lakin, nəticələr siçovulların çox güman ki, yuxuda labirintdə qaçdığını göstərib.

Bir nüans həm də odur ki, bu işlərin heç biri yuxugörmə ilə xatirələr arasındakı əlaqəni sübut edə bilmir: yuxugörmə xatirələri gücləndirə bilməz, amma, bir növ birləşmə prosesində yan təsir ola bilər.

Başqa sözlə, moskvalı qadının qorxunc qarabasması bir o qədər də 'normal' hadisə deyil; bu, ola bilsin ki, yuxunun təbiəti və insanların yuxugörməsi üçün bir pəncərə açır.

Yuxuya dalarkən və ya ayılarkən bu cür fantastik bir hal yaşasanız, bunu yadda saxlamağa dəyər.

Unutmayın: Qorxmağa dəyməz.

Bu məqalənin orijinalını ingilis dilində BBC Futuresaytında oxuya bilərsiniz.

Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş