Dini inancı ölümcül hala salan beyin şişi

din Fotonun müəllifi Getty

Beyin şişi olan bir qadın eşitmə qabiliyyətini itirdikdən sonra, xəyali dini göstərişlər eşitməyə başlayıb.

2015-ci ilin sonlarında 48 yaşlı Sarah adlı bir qadın İsveçrənin Bern şəhərində yerləşən xəstəxananın təcili psixiatriya şöbəsinə gəlir.

Özünü bıçaqlayan qadının sinəsində dərin yaralar var idi.

O, həkimlərə bilavasitə Allahın əmrinə əməl etdiyini deyir.

Xəstəni ilk qəbul edən həkim Sebastian Walther onun qısa ara ilə "müqəddəs" səslər eşitdiyini və bunların bəzən saatlarla davam etdiyini, eləcə də bədəninə vurduğu yaralara rəğmən bundan məmnun olduğunu söyləyir.

Aparılan axtarışlar nəticəsində müəyyənləşir ki, onun beynində səsləri ayıran mühüm bir düyün nöqtəsində beyin xərçəngi var.

Tədqiqatlar, insanların 5-19 faizinin qəribə səslər eşitdiyini göstərib. Bunların bəziləri zərərsiz olsa da, başqa ruhi problemlərlə birləşdikdə Sarahdakı kimi nəticələrə yol açır.

Bu cür eşitmə hallüsinasiyaları beynin hiss qəbulunun nə qədər həssas olduğunu göstərir. Bənzəri hal isə qavrama müddətinin işləkliyinə və qarışıqlığın nə dərəcədə olduğuna işıq tutur.

Fotonun müəllifi Getty
Image caption Sarahın eşitdiyi səslər hiss qabiliyyətimizin nə qədər həssas olduğunu göstərir

Sarah 13 yaşından bəri dini anlayışlara maraq göstərib. Ancaq bunların bir çoxu keçici olub.

Eşitmə hallüsinasiyalarına görə onun şizofrenik olduğu düşünülsə də, klassik əlamətlər sezilmirdi. Sosial mühitdən qaçmır, aşağı əhval-ruhiyyə göstərmirdi.

Waltherə görə, beynin həlledici nöqtəsində yerləşən bu şiş Sarahda yeniyetməlik dövründən mövcud olub. Dinə marağı da o zaman başlayıb.

Keçmişinə nəzər salındıqda Sarahın sadəcə dörd dəfə bu simptomları göstərdiyi üzə çıxıb. Hər dəfə də eyni cür.

Səslər eşidir, dinə marağı artır və dini qruplara qatılırmış.

Amma bu maraq qısa müddətdə yox olurdu. Uzun illər heç bir əlamət göstərməsə də, bir müddət sonra yenidən ortaya çıxırdı.

Fotonun müəllifi Getty

Həkimlər, şişin xoşxassəli və yavaş böyüyən növdən olduğunu və hallüsinasiyaların səbəbinin də bunda yatdığını düşünürlər.

Beyin şişə heç də həmişə uyğunlaşmır və buna görə də əlamətlər zamanla gəlib-gedirmiş.

Şişin yeri isə əməliyyat və ya radioterapiyaya imkan verməyib.

Sarahın dinə marağı eşitdiyi səslərlə əlaqələndirilirdi. Lakin bu maraq şiş səbəbi ilə də ola bilərdi.

Aparılan araşdırmalarda beynin bu hissəsinin maqnetik olaraq hərəkətə keçirilməsi ilə dinə marağın artdığı ortaya çıxıb.

Ölümcül beyin şişi nəticəsində 60 yaşındakı başqa bir qadının da dinə kəskin maraq duymağa başladığı müəyyənləşib.

Fotonun müəllifi Getty
Image caption Sarahın beyin şişi eşidilən səsi keçirən sistemdə qarışıqlığa yol açıb

Beyin şişləri xəstələrdə xasiyyət dəyişkənliyinə səbəb olur. Dəyişkənliyin yaxşı və ya pis yöndə olması isə şişin yeri ilə bağlıdır.

Sarahın şişi zaman içində ləng dəyişim keçirdiyinə görə dini marağı artıb-azalıb.

Şiş beynin talamus hissəsinə təsir göstərən andan səslər eşitməyə başlayıb.

Dərman qəbulu hallüsinasiyanı azaltsa da, dərmanı kəsər-kəsməz yenidən ortaya çıxıb.

Xəyali səslərin real səslərdən ayırd edilməməsinin səbəbi isə beyində ikisinin də eyni yolları istifadə etməsindən irəli gəlir.

Bəzi insanların öz "daxili səslərini" eşitmələri də bununla bağlıdır.

Beynin danışıq və eşitmənin işləklik müddəti ilə əlaqəli hissələri hallüsinasiya səsləri eşitməyə bağlıdır.

Fotonun müəllifi Getty

Bu səbəblə də hallüsinasiyalar daha çox bizim qavrayışımızın necə işlədiyini açıqlayır. Sarahda şişdən təsir görən talamus hissəsi eşitdiyimiz səsləri beyinin digər bölgələrində analiz edilməmişdən əvvəl prosesdən keçirir.

Daha sonra bu hissə gələn məlumatları təhlil edərək mənali bilgi vəziyyətinə salır.

Eşitmə siniri üzərindən keçən bu bilgi gurultulu, etibarsız və yaxud mənasız olduqda beyin təxmin irəli sürməyə başlayır.

Bunun üçün də gözlənti və öncəgörmələrimiz hərəkətə keçir.

Talamus zədələndiyi və ya şizofreniya xəstələrində olduğu kimi nazikləşdiyinə görə düzgün işləmədiyi təqdirdə eşitmə əlaqəsi sisteminin digər hissələri də təsir görür.

Sarahın eşitdiyi səslərin dini məzmunlu olması isə öz daxili səsini eşitməsindən irəli gələ bilər.

Bu səslərin ruhi problemlərdən qaynaqlanmaq imkanı da mümkündür, lakin daimi neqativ səslər eşitmək ruhi problemləri daha da ağırlaşdıra bilər.

Sarah artıq beyin şişi ilə yaşamağa alışıb.

Səsləri yenidən eşitmədə başlayarsa, eşitdiyi əmrləri yerinə yetirməmişdən qabaq kömək istəməyin vacibliyini də bilir.

  • Yazının orijinalını ingilis dilində BBC Future saytında oxuyun.
  • Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.

Bu barədə daha geniş