Nuh peyğəmbərin "Qafqazdakı nəvələri"

Xınalıq kəndi Fotonun müəllifi Getty

Böyük Qafqaz dağlarındakı Xınalıq kəndinin sakinləri, yüz illərdir dillərini və ənənələrini qoruyaraq, çətin şərtlərdə ayaqda qalmağı bacarıblar.

Fotonun müəllifi Getty

Xınalıq kəndi, Azərbaycanın Böyük Qafqaz dağlarındakı ən hündür yaşayış yeridir. Tarixi 2000 il əvvələ qədər gedir.

Lakin, bölgə haqqında yazan bəzi jurnalistlər, buradakı kəndlilərin keçmişinin 5000 il əvvələ, Qafqaz Albaniyası dövrünə dayandığını söyləyirlər.

Hətta, bir deyimə görə, buranın sakinləri özlərini Nuh peyğəmbərin nəvələri kimi görürlər.

Xınalıq kəndi, ölkənin şimal-şərqində, zəngin bir mədəniyyətə və etnik müxtəlifliliyə sahib, Quba bölgəsində yerləşir.

Kənd, Qafqazın təpəsində yerləşdiyi halda, dağın ətəklərində Qafqaz yəhudiləri, tatlar və ləzgilər yaşayır.

Fotoqraf Oleksandr Rupeta, Qubadakı etnik müxtəlifliliyi araşdıran bir layihə çərçivəsində, sentyabrda Xınalığa baş çəkib.

Bölgə əhalisi Rupetaya, özlərini azərbaycanlı kimi görmədiklərini deyib.

Burada, əhali yerli Xınalıq dilində danışır.

Sadəcə kənd sakinləri tərəfindən danışıldığı üçün UNESCO bu dili, yox olmaq üzrə olan bir dil kateqoriyasına salıb. Amma, bu dilin yaşama şansı hələ də yüksəkdir.

Xınalıqdakı orta məktəbə gedən 300 şagirdə Azərbaycan və ingilis dilləri ilə yanaşı, Xınalıq dili dərsi də keçirilir.

Xınalıqda toylar da, əsrlərdir nəsildən-nəslə keçən mərasimlə müşayiət olunur. Gəlinin ailəsi qurban kəsir və qonaqlara çay paylanılır.

"Çay içmək də bir mərasim kimi qəbul olunur," Rupet deyir.

"Bu mədəniyyətdə çay, çox vacibdir."

Kənd yüksəklikdə yerləşdiyi üçün, çox məhsul yetişdirilmir. Kartof və bəzi vacib taxıl məmulatları, kəndlilərin əsas qida maddələri arasında yer alır.

Kəndlilər, Qafqaza və Qərbi Asiyaya xas "lavaş" adını daşıyan, yuxaları ilə fəxr edirlər. Qadınlar iki saat ərzində bir həftəlik yuxalarını hazırlaya bilirlər.

Müasirləşmə, min illərdir izolyasıya nəticəsində qorunan bu ənənələri də hədələyir.

Quba ilə Xınalıq arasında 2006-cı ildə salınan yol kənar dünya ilə əlaqə yaradıb.

Lakin, ətraf-mühitin çətin şəraiti səbəbi ilə, yol ilin əksər ayları keçilməz olur.

Sentyabrda yağmağa başlayan qar ilə havanın temperaturu -21 dərəcəyə qədər düşür.

Soyuq ilə birlikdə çobanlar, bölgənin şah damarı olan qoyunları, dağın ətəyindəki daha isti yerlərə aparırlar.

Elektrik olmadığı üçün kəndlilər, təzək yandırırlar. Buradakı daş evlərin əksəriyyəti, bir çox zəlzələlərə rəğmən, hələ də durur.

Qoyunlardan qida və geyim ilə yanaşı, digər kəndlər ilə ticarət məqsədilə də istifadə olunur.

Məhz bu bacarıqları, Xınalıq sakinlərinin çətin şərtlərə baxmayaraq, ayaqda qalmasını təmin edib.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Travel səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki başqa məqalələri burda oxuyun.