Reper Coolio Los Angeles aeroportunda həbs edilib

Coolio Fotonun müəllifi AP
Image caption Coolio daha çox 1995-ci ildə çıxmış "Gangsta's Paradise" hitinə görə məşhurdur

Los Angeles hava limanında təhlükəsizlik yoxlaması zamanı çantadan odlu silah tapıldığı üçün məşhur reper Coolio həbs edilib, ABŞ rəsmiləri deyir.

Şənbə günü baş vermiş hadisəyə görə polis məlumatlandırılıb.

Onlar çantanın özünə məxsus olduğunu deyən şəxsi saxlayıblar.

Araşdırmalar nəticəsində çantanın içindəki əşyaların onunla səyahət edən başqa şəxsə - Coolio-ya məxsus olduğu məlum olub.

Buna qədər həmin ikinci şəxs artıq təhlükəsizlik yoxlamalarını keçərək təyyarədə yerləşib, təhlükəsizlik əməkdaşı Alicia Hernandez deyib.

Daha sonra təhlükəsizlik işçiləri ifaçı Coolio kimi müəyyənləşdirdikləri ikinci şəxsi taparaq, onu odlu silah saxlamaqda şübhəli şəxs kimi həbs ediblər.

Çanta ilə saxlanılmış birinci şəxs daha sonra azad edilib.

Coolio daha çox 1995-ci ildə çıxmış "Gangsta's Paradise" hitinə görə məşhurdur.

Onun meneceri hələ ki, hadisə ilə bağlı şərh verməyib.

Əlaqəli mövzular